Bakıya ilk avtomobili o gətirib - TARİXİ FOTO
Bakının neft milyonçularından olan böyük xeyriyyəçi İsa bəy Hacinskinin ictimai-siyasi fəaliyyətindən bəhs edən monoqrafiyanın təqdimat mərasimi keçirilib.
Kitabın müəllifi Hacinskinin nəticəsi dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuridə İsmayılzadədir.
Monoqrafiya İsa bəy Hacınskinin həyat və hərtərəfli fəaliyyətinə həsr olunur. Həmin tədqiqat işində ilk dəfə arxiv sənədlərinə əsaslanaraq İsa bəyin öz xalqı üçün etdiyi çoxsaylı xeyirhaq əməlləri işıqlandırılır. Burada, ilk dəfə olaraq İsə bəy Hacınskinin Bakının XIX əsrin sonları XX əsrin əvvələrində ictimai-siyasi həyatında bir dövlət xadimi, maarifçi və mesenat kimi mühüm rol oynadığı bir daha açıqlanır.
Kitabda yer alan məlumatlara görə, XX əsrin əvvəllərində İsa bəy Hacinski təkcə iri neft kapitalına sahib iş adamı deyil, həm də dövrün yeniliklərini Bakıya gətirən şəxs olub. Əldə olunan arxiv sənədləri onun 1905–1906-cı illərdə Rusiyanın iri səhmdar cəmiyyətlərindən milyon rubl dəyərində pay alaraq Çələkan (indiki Çələken yarımadası, Türkmənistan) neft yataqlarının əsas sahiblərindən birinə çevrildiyini göstərir.
Londonla sıx işgüzar əlaqələri olan Hacinski həmin səfərlərin birində 1904-cü ildə istehsal olunan "Rolls-Royce" markalı avtomobili şəxsi istifadəsi üçün alaraq Bakıya gətirib. Bu avtomobil şəhərə gətirilən ilk belə nəqliyyat vasitəsi hesab olunur və o dövrün sakinləri üçün son dərəcə qeyri-adi hadisə imiş.
Kitabda təqdim olunan tarixi fotoşəkildə İsa bəyin böyük oğlu Sadıq bəy sükan arxasında, kiçik oğlu isə arxa oturacaqda əyləşmiş halda görünür.
Nuridə İsmayılzadə kitabda həmçinin İsa bəy Hacinskinin Bakıya gətirdiyi digər yeniliklərdən - şəhərdə ilk şəxsi kinokamera və kino çəkiliş avadanlığının məhz onun tərəfindən alınmasından da bəhs edir.//Modern.az

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 893 Tarix: 22 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizat
2 noyabrArvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini
3 noyabrNoyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ
2 noyabrÖzəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is
3 noyabrCövdətin qızı 1 yaşında - Fotolar
Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb
2 noyabrİşdən çıxarılan şəxslərin kredit borcunu sığorta ödəyəcək? - Ekspertdən AÇIQLAMA
İşini itirən vətəndaşların kredit öhdəliklərinin sığorta şirkətləri tərəfindən qarşılanmasını nəzərdə tutan mexanizm gözlənilməz gəlir itkisi ilə üzləşən şəxslərin maliyyə yükünün azaldılması baxımından əhəmiyyət daşıyır. Belə bir sistemin tətbiqi bankların kredit siyasətinə, sığorta şirkətlərinin öhdəliklərin
2 noyabrPensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl
3 noyabr