Pensiya ilə bağlı BƏD XƏBƏR: Sovet dövründə çalışanlar...

Pensiya ilə bağlı BƏD XƏBƏR: Sovet dövründə çalışanlar...Sovet dövründə işləyən minlərlə vətəndaşın pensiya kapitalı bu gün çox aşağı hesablanır və bu problem sosial narazılıq doğurmaqdadır. Vətəndaşlar bildirirlər ki, təyinatla işlədikləri illərin dəyəri pensiya sistemində nəzərə alınmır və cəmi bir neçə manat hesablanması ədalətsizdir.

Sosial şəbəkələrdə bu mövzu davamlı şəkildə şikayət və çağırış formasında gündəmə gətirilir. İnsanlar bu məsələnin Milli Məclisdə yenidən müzakirə olunmasını və sovet dövrü kapitalının indeksasiyasına baxılmasını tələb edirlər.

Mövzu ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsi sədrinin müavini Elşad Musayev "Yeni Sabah"a açıqlamasında bildirib ki, bu istiqamətdə artıq qanunvericilikdə dəyişiklik edilib:

"Artıq qanunvericilikdə dəyişiklik edilib. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununu var. Bu məsələ bir müddət əvvəl müzakirə olunub. Artıq hesablama forması müəyyən edilib.

Nə bu məsələnin indi Milli Məclisə çıxarılması, müzakirə edilməsi, nə də qanunda dəyişiklik edilməsi gözlənilir.

Bu məsələ niyə yenidən gündəmə gəlib, bilmirəm. Mən də çox istərdim ki, sovet dövründə çalışan minlərlə vətəndaşın pensiya kapitalı daha yüksək məbləğlərlə hesablan­sın".

Komitə rəsmisi əlavə edib ki, vətəndaşların pensiya kapitalının artırılması üçün müzakirələr aparılsa da, hökumət nümayəndələri mövqelərini belə əsaslandırıblar:

"Bu məsələ dəfələrlə Milli Məclisdə müzakirə olunub, hökumət nümayəndələri ilə danışıqlar aparılıb. Onlar məsələni belə əsaslandırıblar ki, nə qədər vəsait yığılıbsa, həmin məbləğ əsasında hesablamalar aparılıb. Xülasə, hökumət nümayəndələri məsələni bu şəkildə əsaslandırırlar. Artıq bununla bağlı qanun da qəbul edilib və normativ sənədlər təsdiqlənib.

Vətəndaşlar bilmək istəyirlər ki, bu məsələ yenidən Milli Məclisdə müzakirə oluna bilərmi? Bu isə gözlənilmir, belə bir məsələ nəzərdə tutulmayıb".

O, qeyd edib ki, dövlət büdcəsi haqqında qanun layihəsi artıq qəbul edildiyi üçün yaxın vaxtlarda bu məsələyə yenidən qayıdılması gözlənilmir:

"Bilirsiniz ki, 2026-cı ilin büdcəsi haqqında qanun layihəsi birinci oxunuşda qəbul edildi. Ona görə də Sovet dövründə çalışan vətəndaşların pensiya kapitalının artırılması və müzakirəsi gözlənilmir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4164   Tarix: 23 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular

Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb

2 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

İşdən çıxarılan şəxslərin kredit borcunu sığorta ödəyəcək? - Ekspertdən AÇIQLAMA

İşini itirən vətəndaşların kredit öhdəliklərinin sığorta şirkətləri tərəfindən qarşılanmasını nəzərdə tutan mexanizm gözlənilməz gəlir itkisi ilə üzləşən şəxslərin maliyyə yükünün azaldılması baxımından əhəmiyyət daşıyır. Belə bir sistemin tətbiqi bankların kredit siyasətinə, sığorta şirkətlərinin öhdəliklərin

2 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib

ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində hər il ənənəvi olaraq təşkil edilən Payız festivalı - "Məhsul bayramı" baş tutub. Tədbirin əsas məqsədi şagird və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçili

2 noyabr
.

Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ

Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ

2 noyabr