Beynin mənfi fikirlərə meylli olmasının əsas səbəbləri nədir? - AÇIQLAMA

Beynin mənfi fikirlərə meylli olmasının əsas səbəbləri nədir? - AÇIQLAMA"Beynimizin mənfi fikirlərə daha çox meyilli olmasının əsas səbəbi, sağqalma mexanizminin işləməsidir. Buna instinkt də deyilir. İbtidai dövrdə insan üçün təhlükəni daha tez və daha güclü dərk etmək sağ qalması üçün vacib idi. Bütün neqativ fikirlərin altında sağ qalmaq instinkti dayanır. Beyin nəzarəti sevir və onun üçün təhlükə hər an mövcud ola bilər. Psixoloji tərəfdən bu artıq pozuntu şəkli alırsa, yəni daim narahatlıq, mənfi və narahat edən fikirlərdən beynin yayınmaması müşahidə olunursa, demək ki, düşüncələrə nəzarət hissi itib".

Bu sözləri Sonxeber.az-a psixoloq Samirə Bağırova danışıb.

Beynin mənfi fikirlərə meylli olmasının əsas səbəbləri nədir? - AÇIQLAMA
O, açıqlamasında qeyd edib ki, mənfi düşüncələr və narahatlıqlar o zaman insandan uzaqlaşmır ki, beyin həmin fikri fakt kimi, real kimi qəbul edir:

"Ələlxüsus insan həyatı boyunca tənqidlər, qorxular, narahatlıqlar, uşaq ikən valideynlərinin sərt davranışları vəs. kimi yalnız mənfi təcrübələrlə üzləşibsə, bu artıq beynin insanı qorumaq üçün "səhv proqramlaşması" deməkdir. Mənfi düşüncələr və narahatlıqlar o zaman insandan uzaqlaşmır ki, beyin həmin fikri fakt kimi, real kimi qəbul edir. Bunu müxtəlif terapevtik seanslar və koqnitiv səbəblərə nəzər salmaqla — yəni beynin məlumatı necə qəbul edib işləməsinə baxmaqla — fikri yayındırmaq və onu yeni tərzdə sistemləşdirmək mümkündür. Bu zaman beyindəki amiqdalada təhlükə siqnalı azalır və nəzarət hissi vəziyyəti ələ alır. Nəzarət hissi gücləndikcə qərarvermə, planlama, özünüidarəetmə, düşüncə və davranışa nəzarət də güclənir. Sağlam eqonun "mən idarə edirəm" hissi də buradan qaynaqlanır".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2104   Tarix: 02 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Maaş naminə təhqirə dözmək: İş yerində psixoloji zorakılıq - PSİXOLOQDAN AÇIQLAMA

İş həyatında hər kəs peşəkar münasibət, hörmət və sağlam kollektiv mühiti gözləyir. Lakin bəzi hallarda rəhbər vəzifələrdə çalışan şəxslər öz səlahiyyətlərindən istifadə edərək əməkdaşlara psixoloji təzyiq göstərir, onları təhqir edir, alçaldır və şəxsiyyətlərinə toxunan ifadələr işlədirlər. İşini v

2 noyabr
.

Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi

Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində

2 noyabr
.

Bakıda dörd nəfərin öldüyü obyektin yaxınlığındakı klub və restoranların icarədarları cəzalandırıldılar - Video

Səbail rayonunda sakinlərin narahatlığına səbəb olan məişət səs-küyü ilə bağlı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. -ın əldə etdiyi məlumata görə, adıçəkilən iaşə obyektlərində araşdırma aparılıb. Araşdırma zamanı ictimai asayişin, eləcə də ətraf ərazidə yaşayan sakinlərin dincliyini

2 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

Azərbaycançılıq ideyası - milli birlik, dövlətçilik və vətənə sədaqətin ideoloji təməli

"Azərbaycançılıq ideyası xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və mənəvi dəyərlərini özündə birləşdirən fundamental ideoloji konsepsiyadır. Bu ideya yalnız milli mənsubiyyətin ifadəsi deyil, həm də Azərbaycan cəmiyyətinin vahid məqsədlər ətrafında birləşməsinin, dövlə

2 noyabr
.

Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

1 noyabr
.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu

Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib

2 noyabr