"Mental dəyərlər" altında əzilən qadın... "Bakirə qadın anlayışı olmalı deyil" – PSİXOLOQDAN AÇIQLAMA
Ölkədə qadınlar əsrlərdir nənə-bablarımızın formalaşdırdığı "mental dəyərlər" adı altında əzilir. Elə br gün yoxdur ki, mətbuatda qadınlara qarşı zorakılıq, cinayət xəbərləri verilməsin. Bölgələrdə 15-16 yaşlı qızların özlərindən 2 dəfə böyük 30-35 yaşında oğlanlara "ərə" verilməsi adi hal alıb.
Birdə bölgələrdə absurd "bakirə qız" adəti hələdə qalmaqdadır. Yəni mini ilə min hoqqadan çıxmış oğlan evliliyə gəldikdə isə təmiz bakirə qız axtarışına düşür. Evlənmədən əvvəl saysız-hesabsız münasibət yaşayan, "kişidir, olar" damğası ilə hər hoqqanı edən oğlan, sabah evlilik planı quranda qəfil "namus müfəttişi"nə çevrilir.
Mövzu ilə bağlı psixoloq Samirə Bağırova BiG.AZ-a açıqlamasında bildirdi ki, bu ənənələri nəhayət ki, yox etmək zamanı gəlib. Onun sözlərinə görə, əgər bir kişi evlilik öncəsinə qədər, istədiyi kimi gəzməyi özünə haqq bilirsə, o zaman evlənəcəyi qadından bakirəlik tələb etməsi nə etikdir, nə də məntiqli: "Bu, ikiüzlülüyün klassik formasıdır. Əgər insan öz davranışına görə, dəyər ölçüsü qoymursa, başqasına sərhəd çəkmək, nə isə tələb etmək haqqını itirmiş olur. Zehni kasad olan cəmiyyətin beyni, cinsiyyətə fokuslanır. Mənəviyyatı olmayan insanın müdafiə yeri cinsiyyətdir. Kişiyə olar, qadına yox misalı. Belə bərabərhüquqluluq olmur. Yetkin kişi özünə həm yaşda, həm başda bərabər tərəfdaş axtarar. Azyaşlı qız uşaqları ilə, yaxud özündən 10-15 yaş kiçik yaşlı qızla evlənib, özündən zəifdən həyat yoldaşı düzəltməyin adı "üstün görünmək" kompleksi və qorxudan doğan nəzarət ehtiyacıdır.
Əgər münasibətlər qarşılıqlı hörmət üzərində qurulursa, qaydalar hər iki tərəf üçün eynidir. Qadından tələb olunan dəyərlərin eynisi, kişi üçün də keçərlidir. Məntiqdən ac olan bəzi "kişilər" o dəqiqə əsgərlik məsələsini ortaya atırlar ki, onda qadınlar da əsgərlik çəksin. Bir deyən yoxdur ki, kişilik əsgərlik kağızında yox, evinin içindəki üzərinə götürdüyü məsuliyyətlə ölçülür.
Dövlət sabah İsrail kimi əsgərliyi qadınlar üçün də, tətbiq etsə, qadınlar da əsgərlik çəkəcək. O zaman cinsiyyətlərini önə çıxarmaq üçün, nəyi bəhanə gətirəcəklər? Münasibətində, evinin içində bərabərlik yarada bilməyən kişi, dövlət xidmətində bərabərlik istəyə bilməz. Bakirəliyə önəm vermək, kişinin qadından böyük yaş fərqi ilə evliliyinin mental dəyərlərlə heç bir əlaqəsi yoxdur. Mental dəyər adı ilə gizlənən patriarxizm, yəni kişinin mərkəzdə olduğu,qərarların kişi tərəfindən verildiyi sistemdir. Əgər mental dəyərlər həqiqətən də, həqiqi dəyərlər olsaydı, inanıram ki, bu kişilərə də tətbiq olunardı. Kim bahalə dəyərdən imtina edər ki?… Deməli, bu dəyər deyil. Cinsiyyət asimmetriyasıdır, yəni qadın və kişinin eyni cəmiyyətdə, amma fərqli qaydalarla qiymətləndirilməsidir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər
Bu ölkədə 1,5 milyon bakteriya daşıyan ağcaqanad buraxıldı - Məqsəd nədir?
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
96 yaşlı milyarder Uorren Baffett 48 ildir su içmirmiş
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Qədim Şuşada gözəllik yaradılır
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Salyanda ağır qəzada ölən şəxslərin FOTOLARI