Cüdo Federasiyası rəhbərliyi 6 aylıq maaşını mənimsədiyi idmançının zallara girişinə qadağa qoydurdu - İDDİA
Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi ilə idmançılar arasındakı problemlər səngimək bilmir. Azərbaycan Cüdo Federasiyası gənc cüdoçunun 6 aylıq maaşını mənimsəyib. Bundan əlavə idmançı problemini mediada işıqlandırdığı üçün ona zallara giriş qadağan olunub.
Bu barədə cüdoçu Musa Hüseynli Sonxeber.az -a müsahibəsində bildirib.
Musa Hüseynli qeyd edib ki, mənə edilən haqsızlıqla bağlı mediaya açıqlama verdikdən sonra Cüdo Federasiyasının rəhbərliyinin mənə qarşı qərəzli münasibət daha da artdı:
"Hətta mənə Bakıdakı zallara giriş qadağan olundu. Atam federasiyaya gedəndən sonra mənə qoyulan qadağa götürülüb. Hazırda Cüdo Federasiyasının rəhbərliyi mənə özlərinin hazırladıqları sənədə qol çəkmək üçün mənə təzyiq göstərir. Mənə deyirlər ki, qol çəkməsə sənə bir qəpik də verilməyəcək. Mən sizin vasitənizlə Gənclər və İdman Nazirliyinə müraciət edib, xahiş edirəm ki, Cüdo Federasiyasının rəhbərliyinin idmançılara qarşı göstərdiyi təzyiqlər və özbaşınalıqla bağlı qanunla ölçü götürülsün".
Musa Hüseynlinin problemi ile bağlı Sonxeber.az-a verdiyi geniş video müsahibəni təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2658 Tarix: 02 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi
Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində
2 noyabrSabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
3 noyabrAzərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
1 noyabrArvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini
3 noyabrPaytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabrHamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu
Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib
2 noyabr