"Atalara uşağın doğulduğu ilk aylarda məzuniyyət verilməsi vacibdir" - AÇIQLAMA
Beynəlxalq Əmək Təşkilatının (BƏT) tələblərindən irəli gələrək Əmək Məcəlləsinə bir sıra dəyişikliklər ediləcək.
Sözügedən təkliflər Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə olunub.
"Analığın mühafizəsi" Konvensiyasının tələblərinə əsasən Əmək Məcəlləsinə yeni hissə əlavə edilir.
Layihəyə əsasən, hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşdan əvvəlki hissəsinin müddəti doğuş gözlənilən gündən uşağın doğulduğu günədək ötən günlər qədər ödənişli olaraq uzadılır və bu halda məzuniyyətin doğuşdan sonrakı hissəsi qısaldılmayacaq. Həmçinin uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət veriləcək.
Bəs görəsən yeni valideyin olan kişilərə məzuniyyət verilməsi necə addımdır?
Bu barədə sosioloq Elçin Bayramlı Sonxeber.az -a açıqlama verib:
"Son illərdə ailə strukturu və həyat tərzi köklü dəyişikliklərə məruz qalıb. Əvvəllər evdə nənə-baba, bacı-qardaşlar uşağın böyüməsinə dəstək olurdu, amma indiki dövrdə ailələr daha kiçikdir və analar uşağın ilk aylarında çox vaxt tək qalırlar. Bu isə həm uşağın, həm də ananın sağlamlığı və rifahı üçün ciddi çətinliklər yaradır.
Analara həm uşağa baxmaq, həm də ev işlərini görmək eyni vaxtda çətin olur. Kişi işdə olduğundan, uşağın sağlamlığında problem yaranarsa, qadın tək qalır. Bu səbəbdən atalara uşağın doğulduğu ilk aylarda məzuniyyət verilməsi vacibdir.
Məzuniyyət həm uşağın və ailənin təhlükəsizliyi, həm yeni ananın işlərini idarə edə bilməsi, həm də ailə üzvləri arasındakı əlaqələrin möhkəmlənməsi üçün önəmlidir. Həmçinin uşağın emosional inkişafına və cəmiyyətin ümumi rifahına müsbət təsir göstərir.
Bu təcrübə bir çox ölkələrdə tətbiq olunur və bizim ölkəmizdə də tətbiq edilməlidir. Məzuniyyətin müddəti və ödəniş forması üçün uyğun bir mexanizm formalaşdırılmalıdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 989 Tarix: 03 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi
Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində
2 noyabrSabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
3 noyabrAzərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
1 noyabrArvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini
3 noyabrPaytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabrHamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu
Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib
2 noyabr