Beynin qocalmasının qarşısını necə ala bilərik?
Müasir dövrdə beyin əvvəlki nəsillərlə müqayisədə daha sürətlə qocalır. Artıq təkcə yaşlılarda deyil, gənc insanlarda da yaddaş zəifliyi, diqqət dağınıqlığı, fikri cəmləyə bilməmək, enerjisizlik, öyrənmə çətinliyi və gün ərzində yuxululuq kimi hallar müşahidə olunur. Bu əlamətlər beynin erkən qocalmasının ilkin göstəriciləri hesab edilir.
Mövzu ilə bağlı Sonxeber.az-ın suallarını nevroloq Röyanə Quluzadə cavablandırdı.
Bəs, beyin niyə müasir dövrdə daha tez qocalır?
Röyanə Quluzadə: Bunun əsas səbəbləri müasir həyat tərzi ilə bağlıdır. Davamlı səs-küy və stress, həddindən artıq informasiya axını, telefon və sosial şəbəkələrdən uzunmüddətli istifadə, televiziya asılılığı, həmçinin qeyri-sağlam və süni qidalar beynin normal fəaliyyətini zəiflədir və onun tez yorulmasına səbəb olur.
Beynin gec qocalması üçün nə etməliyik?
Röyanə Quluzadə: Beynin sağlam qalması üçün bir neçə sadə, lakin təsirli qaydaya əməl etmək kifayətdir. Bu məqsədlə 5 qızıl qaydanı diqqətinizə çatdırırıq:
1. Yuxu rejiminə əməl edin
Axşam saat 22:00-dan gec olmayaraq yatmağa çalışın və gündə ən azı 8-9 saat keyfiyyətli yuxu alın. Yuxu beynin bərpası və yaddaşın möhkəmlənməsi üçün vacibdir.
2. Stressi azaldın və ekran vaxtını məhdudlaşdırın
Telefon və televizordan istifadənizi gündə maksimum 1 saatla məhdudlaşdırın. Hər gün açıq havada vaxt keçirin, gəzin, təbiətlə ünsiyyətdə olun. Gözləriniz yalnız mavi ekrana deyil, yaşıllığa da baxsın.
3. Sağlam qidalanın
Gündəlik qida rasionunuza qoz, badam, tərəvəz və meyvələr əlavə edin. Xüsusilə qış aylarında ət məhsullarını azaldaraq balıq və dəniz məhsullarına üstünlük verin. Bu qidalar beyin hüceyrələrinin qidalanmasına müsbət təsir göstərir.
4. Zehni aktiv saxlayın
Hər gün kitab oxuyun, yeni dil və ya yeni bacarıq öyrənməyə çalışın. Beyninizi daima məşğul edin və onun tənbəlləşməsinə imkan verməyin.
5. Sosial əlaqələri gücləndirin
Özünüzü cəmiyyətdən təcrid etməyin. Dostlarınız və qohumlarınızla vaxt keçirin, ünsiyyətdə olun, sağlam və müsbət münasibətlər qurun. Sosial aktivlik beyin sağlamlığı üçün ən güclü stimullardan biridir.
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1010 Tarix: 22 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Peyvənd olunanların sayı açıqlandı
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64 520 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23286, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41234 nəfərdir. Ölkədə vurulan vaksinləri
11 sentyabr 2021On qaşıq bal, üç diş sarımsaq - İnsanları qışdan çıxaran təbii üsullar
Qışın yaxınlaşdığı günlərdə mövsümi dəyişikliklərə hazır olmaq lazımdır. Bunu üçün antibiotik əvəzinə ən təsirli qidalardan istifadə etmək məsləhət görülür. -a istinadən həmin qidaları təqdim edir:. İspanaq antioksidant baxımdan son dərəcə zəngin olduğu üçün orqanizmi hüceyrə səviyyəsində qoruyar. Faydalanma
10 sentyabr 2021Gənc yaşda saçlar niyə ağarır? - Ağ tükü qoparmaq olmaz
Saçların ağarması təkcə yaşla əlaqəli dəyişikliklər səbəblərdən baş vermir. Bu, sağlamlıq problemləri ilə də bağlı ola bilər. -a istinadən xəbər verir ki, alimlər saçların piqmentasiyaya cavabdeh olan melaninin itirilməsi səbəbindən ağardığını bildiriblər. Bu, qida çatışmazlığı və ya hər hansı bir xəstəlik
17 sentyabr 2021Dünyaya yayılan "Mu" ştamı: Əlamətləri nələrdir?
Koronavirusun "Mu" variantı dünyaya yayılmaqda davam edir. Artıq Türkiyədə 2 nəfərdə bu ştam aşkarlanıb. Bəs "Mu" ştamı nədir? Əlamətləri hansılardır?. həmin araşdırmanı təqdim edir:. Vaksinin təsirini azaldırmı?. "Hürriyet"in xəbərinə görə, "Mu" ştamının ən önəml
8 sentyabr 2021Azərbaycanda daha 34 nəfər vəfat etdi - Koronavirusla bağlı SON VƏZİYYƏT
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 372 yeni yoluxma faktı qeydə alınıb, 4 211 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib. İndiyədə
11 sentyabr 2021"Mu" ştammının Deltadan fərqi - Yoluxma əlamətləri hansılardır?
Koronavirus infeksiyası bütün dünyada sürətlə yayıldığı halda yeni variantları da yaranır. Bu dəfə Covid-19-un "Mu variantı" ortaya çıxıb. xəbər verir ki, vaksinlərə qarşı dözümlü bu ştammda əlamətlər nəfəs darlığı, boğulma, boğaz ağrısı, iştahsızlıq, qusma, ürəkbulanmadır. Xəsətlik zaman
9 sentyabr 2021Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB
Bir smartfondan gələn radiasiya xərçəng xəstəliyi ilə təhdid edə bilər, buna görə də cihazı uzun müddət başınızın yanında saxlamayın. Bu barədə rusiyalı mütəxəssis Anton Yastrebtsev bildirib. Onun sözlərinə görə, telefonun orqanizmə təsiri mobil rabitənin baza stansiyasından olan məsafəyə mütənasib olara
17 sentyabr 2021Məşhur alimdən daha bir İNANILMAZ TÖVSİYƏ: Ağsaqqallar zeytun yağı içərsə...
a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Aydın şəhərində keçirilən "Zeytun Yağı Günləri" proqramında qonaq olan professor Canan Karatay deyib. Aydın Böyükşəhər bələdiyyə sədri Özlem Çerçioğlu ilə fincana zeytun yağı töküb içən kardioloq bildirib ki, zeytun yağı təbiətin bəxş etdiy
16 sentyabr 2021