"Bu gün dünya azərbaycanlıları arxalarında güclü, qalib və söz sahibi olan dövlətin dayandığını aydın şəkildə hiss edir" - AÇIQLAMA
Dünya azərbaycanlılarının həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir.
Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir."
Bu sözləri Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyev deyib.
"Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü müasir Azərbaycan siyasi düşüncəsinin və dövlətçilik fəlsəfəsinin mühüm dayaqlarından biridir", - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:
"Bu günün ideoloji əsasları Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılmış azərbaycançılıq məfkurəsinə söykənir. Həmrəylik anlayışı burada yalnız emosional birlik deyil, milli maraqların qorunmasına xidmət edən strateji siyasi xətt kimi çıxış edir. Müstəqil Azərbaycan dövləti dünya azərbaycanlıları üçün təkcə tarixi vətən deyil, həm də milli kimliyin, dilin, mədəniyyətin və mənəvi dəyərlərin qoruyucusudur.
Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının III Qurultayında səsləndirdiyi fikirlər bu xəttin müasir mərhələdə ardıcıl və sistemli şəkildə davam etdirildiyini göstərir. "Bir vətən, bir dil, bir ideologiya" prinsipi diaspor siyasətinin konseptual çərçivəsini müəyyənləşdirir və xaricdə yaşayan soydaşlarımızı vahid siyasi-mənəvi platformada birləşdirir. Qloballaşma şəraitində milli identikliyin zəiflədiyi bir dövrdə Azərbaycan dövləti həmrəyliyi milli təhlükəsizlik və yumşaq güc amili səviyyəsinə yüksəldib.
Bu gün dünya azərbaycanlıları arxalarında güclü, qalib və söz sahibi olan dövlətin dayandığını aydın şəkildə hiss edir. Məhz bu reallıq Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü sadə anım tarixindən çıxarıb, milli birliyin və siyasi sabitliyin rəmzinə çevirir".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 654 Tarix: 24 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı
18 sentyabrAzərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA
"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi
18 sentyabrCeyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu
20 sentyabrBu gün ölkəmiz tarixinin ən şanlı mərhələsini yaşayır
2023-cü il sentyabrın 19-da Azərbaycan tarixində yeni bir qəhrəmanlıq səhifəsi yazıldı. Qarabağda hələ də mövcud olan Ermənistan silahlı qüvvələrinin və separatçı dəstələrin törətdiyi təxribatlar Azərbaycanın səbir kasasını daşırmışdı. Məhz bu mərhələdə Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətl
17 sentyabrİlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı
Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı
19 sentyabrTürk dünyası və İslam aləmi birlikdə daha güclüdür
Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd
17 sentyabrTürk dünyasının yeni strateji erası
Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel
18 sentyabr