Su qan təzyiqə necə təsir edir? - Kardioloqlar cavab verir
Qan təzyiqinə nəzarət uzun və sağlam həyatın əsas şərtlərindən biridir. Təzyiqin uzunmüddətli yüksəlməsi ürək-damar xəstəlikləri riskini artırır və ürək də daxil olmaqla həyati vacib orqanlara mənfi təsir göstərə bilər.
Qaynarinfo xəbər verir ki, "Parade" nəşri suyun arterial təzyiqə necə təsir etdiyini araşdırıb.
Su balansının qorunması ürəyə qayğının ən sadə yollarından biridir.
"Yetərincə su içdikdə ürək bu qədər çox işləməli olmur və qan orqanizmdə daha asan dövr edir. Eyni zamanda böyrəklərin fəaliyyəti və elektrolit balansı yaxşılaşır ki, bu da ürək-damar sisteminin sağlamlığına töhfə verir", deyə həkim Geri MakQoven bildirib.
Amerika Antiyaşlanma Tibb Akademiyasının (A4M) ürək-damar təhsili komitəsinin sədri, kardioloq Mark Hyuston da suyun ürək-damar sağlamlığı üçün vacib olduğunu təsdiqləyir. Onun sözlərinə görə, su yüksək qan təzyiqi fonunda yarana bilən trombların əmələ gəlməsi riskini azaldır.
"Hidratasiya səviyyəsinə diqqət etdikdə qan daha axıcı olur və bu, tromb yaranması riskini aşağı salır", deyə MakQoven vurğulayıb.
Amerika Ürək Assosiasiyasının məlumatına görə, ürək xəstəlikləri və ya diabeti olan insanlar bu xəstəlikləri olmayanlara nisbətən daha çox su içməlidirlər. 50 yaşdan yuxarı şəxslər də su qəbuluna xüsusi diqqət yetirməlidirlər. MakQoven izah edir ki, bu, yaşlı insanlarda susuzluq hissinə reaksiyanın zəifləməsi ilə bağlıdır.
Onun sözlərinə görə, sidiyin rəngi kifayət qədər su içib-içmədiyinizi göstərə bilər. Açıq-sarı rəng kifayət qədər su qəbul etdiyinizi, tünd-sarı rəng isə daha çox su içməli olduğunuzu göstərir.
Susuzluq arterial təzyiqi yüksəldirmi?
Hyuston bildirir ki, susuzluq qan dövranını ləngidir və bu, orqan və toxumaları onların normal fəaliyyəti üçün lazım olan oksigendən məhrum edir. Onun sözlərinə görə, bu hal başgicəllənmə və huşun itirilməsinə səbəb ola bilər.
O qeyd edir ki, qan axınının zəifləməsi əvvəlcə təzyiqin düşməsinə gətirib çıxarır, lakin ürəyə gedən qan axınının azalması ürəyi daha sürətli döyünməyə məcbur edir və qan damarlarını daraldır ki, bu da nəticədə təzyiqin yüksəlməsinə səbəb olur.
"Ürək əzələsinin qanla təminatının azalması sinə ağrısı və təngnəfəsliklə müşayiət olunan ürək disfunksiyasına gətirib çıxara bilər", deyə Hyuston bildirib.
MakQoven isə əlavə edib ki, susuzluq orqanizmdə stress reaksiyasını aktivləşdirir və bədəni "vur və ya qaç" rejiminə keçirir. Bu da ürək döyüntüsünün sürətlənməsinə və qan damarlarının daralmasına səbəb olur.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Peyvənd olunanların sayı açıqlandı
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64 520 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23286, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41234 nəfərdir. Ölkədə vurulan vaksinləri
11 sentyabr 2021On qaşıq bal, üç diş sarımsaq - İnsanları qışdan çıxaran təbii üsullar
Qışın yaxınlaşdığı günlərdə mövsümi dəyişikliklərə hazır olmaq lazımdır. Bunu üçün antibiotik əvəzinə ən təsirli qidalardan istifadə etmək məsləhət görülür. -a istinadən həmin qidaları təqdim edir:. İspanaq antioksidant baxımdan son dərəcə zəngin olduğu üçün orqanizmi hüceyrə səviyyəsində qoruyar. Faydalanma
10 sentyabr 2021Gənc yaşda saçlar niyə ağarır? - Ağ tükü qoparmaq olmaz
Saçların ağarması təkcə yaşla əlaqəli dəyişikliklər səbəblərdən baş vermir. Bu, sağlamlıq problemləri ilə də bağlı ola bilər. -a istinadən xəbər verir ki, alimlər saçların piqmentasiyaya cavabdeh olan melaninin itirilməsi səbəbindən ağardığını bildiriblər. Bu, qida çatışmazlığı və ya hər hansı bir xəstəlik
17 sentyabr 2021Dünyaya yayılan "Mu" ştamı: Əlamətləri nələrdir?
Koronavirusun "Mu" variantı dünyaya yayılmaqda davam edir. Artıq Türkiyədə 2 nəfərdə bu ştam aşkarlanıb. Bəs "Mu" ştamı nədir? Əlamətləri hansılardır?. həmin araşdırmanı təqdim edir:. Vaksinin təsirini azaldırmı?. "Hürriyet"in xəbərinə görə, "Mu" ştamının ən önəml
8 sentyabr 2021Azərbaycanda daha 34 nəfər vəfat etdi - Koronavirusla bağlı SON VƏZİYYƏT
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 372 yeni yoluxma faktı qeydə alınıb, 4 211 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib. İndiyədə
11 sentyabr 2021"Mu" ştammının Deltadan fərqi - Yoluxma əlamətləri hansılardır?
Koronavirus infeksiyası bütün dünyada sürətlə yayıldığı halda yeni variantları da yaranır. Bu dəfə Covid-19-un "Mu variantı" ortaya çıxıb. xəbər verir ki, vaksinlərə qarşı dözümlü bu ştammda əlamətlər nəfəs darlığı, boğulma, boğaz ağrısı, iştahsızlıq, qusma, ürəkbulanmadır. Xəsətlik zaman
9 sentyabr 2021Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB
Bir smartfondan gələn radiasiya xərçəng xəstəliyi ilə təhdid edə bilər, buna görə də cihazı uzun müddət başınızın yanında saxlamayın. Bu barədə rusiyalı mütəxəssis Anton Yastrebtsev bildirib. Onun sözlərinə görə, telefonun orqanizmə təsiri mobil rabitənin baza stansiyasından olan məsafəyə mütənasib olara
17 sentyabr 2021Məşhur alimdən daha bir İNANILMAZ TÖVSİYƏ: Ağsaqqallar zeytun yağı içərsə...
a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Aydın şəhərində keçirilən "Zeytun Yağı Günləri" proqramında qonaq olan professor Canan Karatay deyib. Aydın Böyükşəhər bələdiyyə sədri Özlem Çerçioğlu ilə fincana zeytun yağı töküb içən kardioloq bildirib ki, zeytun yağı təbiətin bəxş etdiy
16 sentyabr 2021