Məşhur futbolçunun Milad paylaşımı izləyiciləri qəzəbləndirdi
"Liverpul" klubunun və Misir milli komandasının ulduz futbolçusu Məhəmməd Salah Milad bayramı münasibətilə etdiyi paylaşım ilə yenidən sosial mediada müzakirələrə səbəb olub. Müsəlman futbolçu kimi hər il bu ənənəni davam etdirməsi bəzi izləyicilər tərəfindən tənqid edilsə də, paylaşımı anlayış və dəstək mesajları ilə qarşılayanlar da az olmayıb.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, futbolçu 11 yaşlı qızı Makka və 5 yaşlı qızı Kayanla birlikdə bəzədilmiş Milad ağacının önündə çəkilən şəkli sosial şəbəkə hesabında yayımlayıb. Fotoya yalnız "#MerryChristmas" qeydini əlavə edib.
Paylaşımdan sonra bəzi izləyicilər Salahın mesajının İslam inancı ilə uyğun gəlmədiyini irəli sürüb. Şərhlərdə futbolçunun nümunəvi şəxsiyyət kimi daha diqqətli davranmalı olduğu vurğulanıb və bu cür paylaşımların yanlış nümunə yarada biləcəyi iddia edilib.
Tənqidlərə baxmayaraq, paylaşım çoxlu sayda müsbət rəy də toplayıb. Həm müsəlman, həm də qeyri-müsəlman izləyicilər Salahın mesajını tolerantlıq və birlik çağırışı kimi dəyərləndiriblər. Şərhlərdə fərqli inanclara hörmətin önəmi vurğulanıb və futbolçunun bu ənənəni uşaqları üçün mənalı şəkildə davam etdirdiyi qeyd olunub.
Qeyd edək ki, Salah Milad günlərini ailəsi ilə keçirə bilməyib. Afrika Millətlər Kuboku çərçivəsində milli komandanın düşərgəsində olan misirli futbolçu Milad günü məşq edib. Karyerasında ilk Afrika Millətlər Kubokunu qazanmağı hədəfləyən Salah üçün bu dövrdə futbol əsas prioritet olub.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1243 Tarix: 26 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çempionlar Liqası: "Sabah" Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. Qaynarinfo-nun məlumatına görə, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv turnirin II turunda Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionunda
20 oktyabr"İmişli" komandası ispaniyalı baş məşqçi axtarışındadır
"İmişli" komandası ispaniyalı baş məşqçilərin xidmətində daha çox maraqlıdır. Bunu "Report"a açıqlamasında adıçəkilən klubun icraçı direktoru Aqşin Mürsəlov deyib. Bölgə təmsilçisinin rəsmisi "İmişli" üçün baş məşqçi axtarışlarının davam etdiyini söyləyib:. "Hazırd
20 oktyabr"Çelsi" futbolçusu Koul Palmerlə müqavilənin müddətini uzadıb
İngiltərənin "Çelsi" klubu yarımmüdafiəçi Koul Palmerlə müqavilənin müddətinin uzadıldığını elan edib. "Report" London təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçunun müqaviləsinin müddəti 2034-cü il iyun ayının sonuna qədər nəzərdə tutulub. K.Palmer 2023-c
10 oktyabrAzərbaycan boksçusu Avropa çempionu oldu
Azərbaycan idmançısı Cəmilə Muradlı Budvada keçirilən 17 yaşadək boksçular arasında Avropa çempionatının qalibi olub. xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib. 57 kq çəki dərəcəsində mübarizə aparan milli komandanın üzvü finalda Almaniya təmsilçisi Aliya İbrahimi il
11 oktyabrFIFA: Azərbaycan U-15 dünya çempionatı və festivalına hazırdır
Azərbaycan U-15 dünya çempionatına və festivalına hazırdır. xəbər verir ki, bu barədə FIFA sosial şəbəkə hesabından paylaşım edib. Ali futbol qurumu Bakıda keçiriləcək turnirlə bağlı post paylaşıb və Hövsan Yarış Kompleksinin hazır vəziyyətə gətirildiyini diqqətə çatdırıb:. "Bura 66 günə AFFA tərəfində
22 oktyabr"Real Madrid"in futbolçusu itlərinə görə hakim qarşısına çıxacaq
"Real Madrid" klubunun müdafiəçisi Ferlan Mendi ona məxsus itlərdən birinin yeniyetməyə hücum etməsi ilə əlaqədar məhkəməyə çıxacaq. bu barədə "Sport.es" nəşrinə istinadən xəbər verir. Madrid Cinayət Məhkəməsi ilk iclası dekabrın 21-nə təyin edib. Qeyd edək ki, fransalı futbolçunu
17 oktyabrHər gecənin bir "Sabah"ı var... - Yenilənib
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, "Sabah" turnirdə ilk ev oyununa çıxacaq. Azərbaycan çempionu Praqa "Slaviya"sını qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək matçı avstriyalı hakimlər idar
13 oktyabr