Bayramqabağı hinduşka ətinin qiymətində artım gözlənilir?
Azərbaycanda bayram günləri yaxınlaşdıqca bazarlarda canlanma müşahidə olunur. Bu isə ərzaq məhsullarının qiymətləri ilə bağlı sualların yaranmasına səbəb olur. Bayramqabağı istehlak tələbatının artması, xüsusilə ət bazarına təsir edir. Hinduşka və toyuq ətinə olan tələbin artması isə bu məhsulların qiymətlərinin yüksəlməsi ehtimalını gündəmə gətirir. Bayram süfrələrində ən çox tələb olunan ət növləri hinduşka və toyuq ətidir ki, bu da təbii olaraq bazarda qiymət artımına səbəb ola bilər.
Hinduşka və toyuq ətinin qiyməti nə qədər artacaq və nə vaxta qədər davam edəcək?
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Trend-ə "Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Mürvət Həsənli açıqlamasında bildirib ki, sənaye üsulu ilə intensiv qaydada istehsal olunan toyuq ətinin qiymətində azalma müşahidə edilir.
Onun sözlərinə görə, hinduşka ətinə qış aylarında tələbat çoxalıb, xüsusilə bayram günlərində hinduşkanın satış qiymətində nisbətən artım müşahidə ediləcək:
"Hinduşka əti Azərbaycanda intensiv şəkildə istehsal olunmur. Yəni, sənaye üsulu ilə satış məqsədli istehsal yoxdur. Hazırda hinduşka ətinin 1 kilosu 18-20 manat aralığında satılır, bayram günlərində isə 25 manatadək artım gözlənilir. Qeyd edim ki, bu daimi artım deyil, bayramdan sonra yenidən öz köhnə qiymətinə qayıdacaq".
M.Həsənli vurğulayıb ki, hinduşka əti ölkəmizdə dekabr, yanvar və fevral aylarında əsasən istehlak olunur.
"İl ərzində Azərbaycanda bir nəfər təxminən yarım kiloqram hinduşka əti istehlak edir. Bu səbəbdən ölkə üzrə hinduşka istehsalı daxili tələbatı ödəmək həcmindədir. Adambaşına təxminən 18-20 kiloqram toyuq əti yeyilir. Son aylarda ölkədə iribuynuzlu heyvanlar arasında yayılan dabaq xəstəliyi toyuq və quş ətinə tələbatı artırıb. Məsələn 2024-cü ilin göstəricilərinə görə adambaşına 147 ədəd yumurta istehlak edilirdisə, bu il həmin rəqəm 184 ədədə qalxıb. Toyuq əti isə 16 kilo istehlak edilirdisə, bu il 20 kiloyadək artıb. Buna qırmızı ətin bahalığı və dabaq xəstəliyi səbəb olub. Ümumilikdə bir insan Azərbaycanda 34 kiloqram ət yeyirsə, bunun 20 kilosunu toyuq əti təşkil edir. Toyuq əti daha sağlıqlı və ucuzdur",- deyə o əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Naxçıvanda qadın sahibkarlar 1,4 milyon manatdan artıq güzəştli kredit alıb
İndiyə qədər Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu qadın sahibkarların layihələrinin maliyyələşdirilməsə 1,4 milyon manatdan çox güzəştli kredit ayırıb. "Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvanın iqtisadiyyat naziri Kazım Hüseynəliye
18 sentyabrAzərbaycan bazarında Ermənistan məhsulları satılacaq: Qiymətlər necə olacaq?
Azərbaycanla Ermənistan arasında ticarət əlaqələrinin bərpası fonunda Ermənistandan Azərbaycana məhsul idxalı da gündəmə gəlib. 2026-cı ilin martında Azərbaycana Ermənistandan ilk dəfə 960 dollar dəyərində məhsul idxal edilib, hazırda isə qarşılıqlı ticarətin genişləndirilməsi müzakirə olunur. Bəs, Ermənista
7 sentyabrAzərbaycanda 8 ayda 446 dövlət standartı qəbul edilib
Bu ilin yanvar-avqust aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Sandartlaşdırma İnstitutu 446 yeni dövlət standartı qəbul edib. bu barədə AZSTAND-a istinadən xəbər verir. Məlumata görə, bunun 91-i nəqliyyat, 56-sı qida texnologiyas
10 sentyabrÖlkədən nə qədər mis məmulatları ixrac edilib?
Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-iyul aylarında ölkədən 24,59 milyon dollar dəyərində mis və ondan hazırlanan məmulatlar ixrac olunub. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki bu, 2025-ci ilin müvafiq dövrünün göstəricis
9 sentyabrSahil Babayevə müşavir təyin edildi
Maliyyə naziri Sahil Babayevə yeni müşavir təyin olunub. Qaynarinfo xəbər verir ki, bu barədə yeni müşavir Rəşad Həsənov özü məlumat paylaşıb. O qeyd edib ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankındakı fəaliyyətini başa vuraraq Azərbaycana qayıdıb. "Dövlət qulluğunda peşəkar fəaliyyətim
14 sentyabrAzərbaycanda pul bazası 15 %-ə yaxın artıb
Bu il sentyabrın 1-nə Azərbaycanda pul bazası 24 milyard 238,8 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 1,2 % çoxdur. Bununla belə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 7,9 %, son 1 ildə isə 14,8 % artıb
7 sentyabrAlmaniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Almaniyanın Moskvadakı müvəqqəti işlər vəkili Bernd Finke Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. "Report" xəbər verir ki, bu barədə Rusiya XİN-in teleqram kanalında məlumat yayılıb. "Sentyabrın 2-də Almaniyanın Moskvadakı müvəqqəti işlər vəkili Bernd Finke ölkə hakimiyyətini
2 sentyabr