Həkimlər həyəcan təbili çalır: Ölümcül göbələk dünyaya yayılır
Alimlər xəbərdarlıq edirlər ki, geniş yayılmış Candida auris göbələyinin dərmanlara davamlı növü getdikcə daha aqressiv xarakter alır və sürətlə bütün dünyaya yayılır.
Qaynarinfo xəbər verir ki, "The Independent" nəşrinin yazdığına görə, bu barədə yeni elmi icmalda qeyd olunur.
Bildirilir ki, göbələk infeksiyaları hər il dünyada təxminən 6,5 milyon insana təsir edir. Hətta göbələk əleyhinə preparatlarla müalicə olunsa belə, ölüm halları 50 faizdən çox təşkil edir.
Candida auris - invaziv maya tipli göbələkdir və xüsusilə immun sistemi zəif olan insanlarda həyati təhlükə yaradan infeksiyalara səbəb ola bilər. İlk dəfə 2009-cu ildə Yaponiyada, bir xəstənin qulaq kanalında aşkarlanıb. Daha sonra sürətlə digər ölkələrə yayılıb, o cümlədən Hindistanda 2014-cü ildə ictimai səhiyyə üçün ciddi təhlükə kimi rəsmi şəkildə tanınıb.
Hazırda Candida auris ən azı 6 qitədə 61 ölkədə qeydə alınıb.
Göbələk niyə bu qədər təhlükəlidir?
İcmalın müəllifləri Candida auris-in sürətlə yayılmasına və sağ qalmasına imkan verən bir neçə unikal xüsusiyyəti vurğulayırlar. Göbələk böyümə formasını dəyişə bilir - maya tipindən lifvari formaya keçərək daha asan yayılır. Hüceyrə divarındakı xüsusi zülallar onun insan dərisinə sanki "yapışmasına" və orada koloniyalaşmasına şərait yaradır. Bundan əlavə, göbələk xüsusilə xəstəxanalarda xəstələr arasında asanlıqla ötürülür.
Tədqiqatçılar qeyd edirlər ki, C. auris-in dəridə koloniyalaşması ciddi tibbi problemdir, çünki yoluxmuş xəstələr göbələyi həm eyni tibb müəssisəsinin daxilində, həm də müxtəlif xəstəxanalar arasında yaya bilirlər.
Məqalədə həmçinin bildirilir ki, bu göbələk "efflyuks nasosları" adlanan mexanizmlərə malikdir - bu mexanizmlər göbələk əleyhinə dərmanları hüceyrədən təsir göstərməyə macal tapmamış xaric edir. Bundan başqa, Candida auris səthlər üzərində sürüşkən bioörtüklər (biofilm) yaradır ki, bu da dərmanların təsirini daha da çətinləşdirir.
Alimlər diaqnostika ilə bağlı problemlərə də diqqət çəkirlər: C. auris-in yaratdığı infeksiyalar tez-tez səhv müəyyən edilir və bu səbəbdən müalicə gecikdirilir.
"Microbiology and Molecular Biology Reviews" jurnalında dərc olunan məqalədə tədqiqatçılar geniş təsir spektrinə malik yeni göbələk əleyhinə dərmanların hazırlanmasının, diaqnostik testlərin təkmilləşdirilməsinin, eləcə də risk qrupunda olan xəstələr üçün immun və peyvənd əsaslı yanaşmaların vacibliyini vurğulayırlar.
Xüsusilə resursları məhdud olan ölkələrdə göbələk infeksiyalarına dair daha güclü epidemioloji nəzarət və məlumatlandırma ehtiyacı önə çəkilir. Eyni zamanda, alimlər bildirirlər ki, Candida auris-ə qarşı üç yeni preparat artıq klinik sınaq mərhələsindədir və yaxın zamanda istifadəyə verilə bilər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Peyvənd olunanların sayı açıqlandı
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64 520 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23286, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41234 nəfərdir. Ölkədə vurulan vaksinləri
11 sentyabr 2021On qaşıq bal, üç diş sarımsaq - İnsanları qışdan çıxaran təbii üsullar
Qışın yaxınlaşdığı günlərdə mövsümi dəyişikliklərə hazır olmaq lazımdır. Bunu üçün antibiotik əvəzinə ən təsirli qidalardan istifadə etmək məsləhət görülür. -a istinadən həmin qidaları təqdim edir:. İspanaq antioksidant baxımdan son dərəcə zəngin olduğu üçün orqanizmi hüceyrə səviyyəsində qoruyar. Faydalanma
10 sentyabr 2021Gənc yaşda saçlar niyə ağarır? - Ağ tükü qoparmaq olmaz
Saçların ağarması təkcə yaşla əlaqəli dəyişikliklər səbəblərdən baş vermir. Bu, sağlamlıq problemləri ilə də bağlı ola bilər. -a istinadən xəbər verir ki, alimlər saçların piqmentasiyaya cavabdeh olan melaninin itirilməsi səbəbindən ağardığını bildiriblər. Bu, qida çatışmazlığı və ya hər hansı bir xəstəlik
17 sentyabr 2021Dünyaya yayılan "Mu" ştamı: Əlamətləri nələrdir?
Koronavirusun "Mu" variantı dünyaya yayılmaqda davam edir. Artıq Türkiyədə 2 nəfərdə bu ştam aşkarlanıb. Bəs "Mu" ştamı nədir? Əlamətləri hansılardır?. həmin araşdırmanı təqdim edir:. Vaksinin təsirini azaldırmı?. "Hürriyet"in xəbərinə görə, "Mu" ştamının ən önəml
8 sentyabr 2021Azərbaycanda daha 34 nəfər vəfat etdi - Koronavirusla bağlı SON VƏZİYYƏT
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 372 yeni yoluxma faktı qeydə alınıb, 4 211 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib. İndiyədə
11 sentyabr 2021"Mu" ştammının Deltadan fərqi - Yoluxma əlamətləri hansılardır?
Koronavirus infeksiyası bütün dünyada sürətlə yayıldığı halda yeni variantları da yaranır. Bu dəfə Covid-19-un "Mu variantı" ortaya çıxıb. xəbər verir ki, vaksinlərə qarşı dözümlü bu ştammda əlamətlər nəfəs darlığı, boğulma, boğaz ağrısı, iştahsızlıq, qusma, ürəkbulanmadır. Xəsətlik zaman
9 sentyabr 2021Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB
Bir smartfondan gələn radiasiya xərçəng xəstəliyi ilə təhdid edə bilər, buna görə də cihazı uzun müddət başınızın yanında saxlamayın. Bu barədə rusiyalı mütəxəssis Anton Yastrebtsev bildirib. Onun sözlərinə görə, telefonun orqanizmə təsiri mobil rabitənin baza stansiyasından olan məsafəyə mütənasib olara
17 sentyabr 2021Məşhur alimdən daha bir İNANILMAZ TÖVSİYƏ: Ağsaqqallar zeytun yağı içərsə...
a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Aydın şəhərində keçirilən "Zeytun Yağı Günləri" proqramında qonaq olan professor Canan Karatay deyib. Aydın Böyükşəhər bələdiyyə sədri Özlem Çerçioğlu ilə fincana zeytun yağı töküb içən kardioloq bildirib ki, zeytun yağı təbiətin bəxş etdiy
16 sentyabr 2021