Alüminium qablarda bişirilən yeməklər nə qədər təhlükəsizdir?
Mütəxəssislər xəbərdarlıq edir ki, alüminium qablardan istifadə bəzi hallarda sağlamlıq üçün risk yarada bilər. Diyetoloq Olqa Yablokovanın sözlərinə görə, xüsusilə yumurta kimi məhsulların bu tip qablarda bişirilməsi arzuolunan deyil.
Milli.Az-ın məlumatına əsasən, əsas təhlükə alüminium qabların üzərindəki qoruyucu oksid qatının zamanla zədələnməsi ilə bağlıdır.
Cızıq, əzik və aşınmalar nəticəsində bu qat sıradan çıxdıqda, metal qida ilə birbaşa təmasda olur.
Yablokova bildirir ki, yüksək temperatur, duzlu və turş mühit alüminiumun qidaya keçməsini daha da sürətləndirir. Yumurta adətən duz əlavə olunmuş suda qaynadıldığından, bu şərait alüminium ionlarının suya keçmə ehtimalını artırır. Əgər qaynama zamanı yumurtanın qabığı çatlayarsa, həmin maddələr zülal və sarıya qədər nüfuz edə bilər.
Mütəxəssisin sözlərinə görə, alüminium tərkibli qidaların uzun müddət və müntəzəm şəkildə qəbul edilməsi mədə-bağırsaq problemlərinə, sümük toxumasının zəifləməsinə, böyrək xəstəliyi olan şəxslərdə isə zəhərlənmə riskinin artmasına səbəb ola bilər.
Diyetoloq yumurta və digər qidaların bişirilməsi üçün daha təhlükəsiz materiallara üstünlük verilməsini tövsiyə edir. Paslanmayan polad, istiliyədavamlı şüşə və keyfiyyətli keramika qablar qida ilə reaksiyaya girmir, duz və turşulara qarşı daha davamlıdır və yeməyin dadını daha yaxşı qoruyur.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Peyvənd olunanların sayı açıqlandı
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64 520 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23286, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41234 nəfərdir. Ölkədə vurulan vaksinləri
11 sentyabr 2021On qaşıq bal, üç diş sarımsaq - İnsanları qışdan çıxaran təbii üsullar
Qışın yaxınlaşdığı günlərdə mövsümi dəyişikliklərə hazır olmaq lazımdır. Bunu üçün antibiotik əvəzinə ən təsirli qidalardan istifadə etmək məsləhət görülür. -a istinadən həmin qidaları təqdim edir:. İspanaq antioksidant baxımdan son dərəcə zəngin olduğu üçün orqanizmi hüceyrə səviyyəsində qoruyar. Faydalanma
10 sentyabr 2021Gənc yaşda saçlar niyə ağarır? - Ağ tükü qoparmaq olmaz
Saçların ağarması təkcə yaşla əlaqəli dəyişikliklər səbəblərdən baş vermir. Bu, sağlamlıq problemləri ilə də bağlı ola bilər. -a istinadən xəbər verir ki, alimlər saçların piqmentasiyaya cavabdeh olan melaninin itirilməsi səbəbindən ağardığını bildiriblər. Bu, qida çatışmazlığı və ya hər hansı bir xəstəlik
17 sentyabr 2021Dünyaya yayılan "Mu" ştamı: Əlamətləri nələrdir?
Koronavirusun "Mu" variantı dünyaya yayılmaqda davam edir. Artıq Türkiyədə 2 nəfərdə bu ştam aşkarlanıb. Bəs "Mu" ştamı nədir? Əlamətləri hansılardır?. həmin araşdırmanı təqdim edir:. Vaksinin təsirini azaldırmı?. "Hürriyet"in xəbərinə görə, "Mu" ştamının ən önəml
8 sentyabr 2021Azərbaycanda daha 34 nəfər vəfat etdi - Koronavirusla bağlı SON VƏZİYYƏT
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 372 yeni yoluxma faktı qeydə alınıb, 4 211 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib. İndiyədə
11 sentyabr 2021"Mu" ştammının Deltadan fərqi - Yoluxma əlamətləri hansılardır?
Koronavirus infeksiyası bütün dünyada sürətlə yayıldığı halda yeni variantları da yaranır. Bu dəfə Covid-19-un "Mu variantı" ortaya çıxıb. xəbər verir ki, vaksinlərə qarşı dözümlü bu ştammda əlamətlər nəfəs darlığı, boğulma, boğaz ağrısı, iştahsızlıq, qusma, ürəkbulanmadır. Xəsətlik zaman
9 sentyabr 2021Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB
Bir smartfondan gələn radiasiya xərçəng xəstəliyi ilə təhdid edə bilər, buna görə də cihazı uzun müddət başınızın yanında saxlamayın. Bu barədə rusiyalı mütəxəssis Anton Yastrebtsev bildirib. Onun sözlərinə görə, telefonun orqanizmə təsiri mobil rabitənin baza stansiyasından olan məsafəyə mütənasib olara
17 sentyabr 2021Məşhur alimdən daha bir İNANILMAZ TÖVSİYƏ: Ağsaqqallar zeytun yağı içərsə...
a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Aydın şəhərində keçirilən "Zeytun Yağı Günləri" proqramında qonaq olan professor Canan Karatay deyib. Aydın Böyükşəhər bələdiyyə sədri Özlem Çerçioğlu ilə fincana zeytun yağı töküb içən kardioloq bildirib ki, zeytun yağı təbiətin bəxş etdiy
16 sentyabr 2021