Dünyada fəlakət gözlənilir - Azərbaycana da yaxınlaşır

Dünyada fəlakət gözlənilir - Azərbaycana da yaxınlaşırDünya Bankı 2026-cı ildə qlobal iqtisadiyyatın orta hesabla 2,7% artacağını proqnozlaşdırır.

Milli.Az xəbər verir ki, bunu sabiq maliyyə naziri Fikrət Yusifov Globalinfo.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu göstərici ölkələr üzrə fərqli olacaq:

"Bankın proqnozlarına görə gələn il ABŞ-da iqtisadiyyat 1,6 - 2,6%, Çində 4,4 - 4,8% aralığında, Avropada isə 1,0 - 1,5% civarında arta bilər. Lakin biz dəfələrlə bu proqnozların özünü doğrultmadığının şahidi olmuşuq. Növbəti il üçün verilən proqnozların bundan daha artıq olması gözlənilən deyil. 2026-cı ildə bəşəriyyətin üzləşəcəyi ən böyük problem ərzaq təminatı ilə bağlı olacaq. Verilən proqnozlar göstərir ki, gələn il dünya müasir tarixin ən ciddi qlobal ərzaq təhlükəsizliyi böhranlarından biri ilə üzləşəcək və yüz milyonlarla insan kifayət qədər ciddi ərzaq qıtlığı keçirəcək".

Sabiq nazir qeyd edib ki, BMT-nin 2026-cı il üçün proqnozuna görə, gələn il dünyada 318 milyon insan aclıq vəziyyətində və ya bundan daha pis bir durumda olacaq:

"Bu da aclığın 2019-cu illə müqayisədə iki dəfədən çox insanı əhatə edəcəyi anlamına gəlir. Nə qədər acınacaqlı olsa da, deməliyik ki, bu gün müasir dünyada aclığın qlobal humanitar maliyyələşdirilməsi sahəsində ciddi problemlər yaşanır. Qlobal humanitar maliyyələşmənin kəskin azaldılması səbəbindən növbəti ildə BMT-nin Ərzaq Proqramı çərçivəsində aclıqdan əziyyət çəkən insanların yalnız az bir qisminə yardım göstərmək mümkün olacaq.

BMT 2026-cı ildə Ümumdünya Ərzaq Proqramı çərçivəsində aclıqdan əziyyət çəkən 318 milyon insanın ən həssas təbəqəsi hesab edilən 110 milyon insana yardım etməyi planlaşdırsa da, bunu etmək mümkün olmayacaq. Bu qədər insanı aclıqdan xilas etmək üçün təqribən 13 milyard ABŞ dolları məbləğində vəsait tələb olunur. Lakin mövcud proqnozlar onu göstərir ki, Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı çərçivəsində növbəti ildə ən yaxşı halda bu məbləğin təxminən yarısını əldə etmək mümkündür".

Fikrət Yusifovun fikrincə, dünyada aclığın yaranmasının başlıca səbəblərindən biri münaqişələr və müharibələrdir:

"Bu gün Sudan, Yəmən, Haiti, Fələstin, Əfqanıstan, Konqo Demokratik Respublikası kimi ölkələrdə milyonlarla insan aclıq həddindədir. Qəzza zolağında 1,6 milyondan çox insan kəskin qida çatışmazlığı ilə üzləşir. Əgər bölgədə döyüşlər yenidən başlayarsa, aclıq riski də böyüyəcək. Ərzaq təminatı sahəsində Azərbaycan hökumətinin qarşısında ciddi vəzifələr durur. Biz aqrar-sənaye ölkəsi olsaq da, bu gün ölkə əhalisinin təlabatı üçün zəruri olan ərzağın 3/4 hissəsindən çoxunu xaricdən idxal edirik. Ərzaq təminatı sahəsində xaricdən bu qədər asılılıq hökumətimizi ciddi düşündürməlidir. Bu problemin tezliklə həll olunması yolunda kordinal addımlar atmasaq, ölkənin ərzaq təhlükəsizliyi məsələsi dünya bazarlarında baş verən proseslərdən asılı vəziyyətdə qalacaq".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 14370   Tarix: 03 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Almaniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb

Almaniyanın Moskvadakı müvəqqəti işlər vəkili Bernd Finke Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. "Report" xəbər verir ki, bu barədə Rusiya XİN-in teleqram kanalında məlumat yayılıb. "Sentyabrın 2-də Almaniyanın Moskvadakı müvəqqəti işlər vəkili Bernd Finke ölkə hakimiyyətini

2 sentyabr
.

ASCO-nun mənfəəti 38 dəfə artıb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) bu ilin I yarısını 23,386 milyon manat mənfəətlə başa vurub. səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,85 dəfə çoxdur. Yanvar-iyun aylarında ASCO-nun əməliyyat gəlirləri 256,42

4 sentyabr
.

Çindən Azərbaycana turist axını 5 % artıb

2026-cı ilin avqust ayında Çindən Azərbaycana gələn turistlərin sayı 5 % artıb. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Teymur Süleymanzadə "China Southern Airlines" aviaşirkətinin Bakıdakı nümayəndəliyinin fəaliyyətə başlamasını

10 sentyabr
.

Norveç şirkəti Azərbaycanın hidrogen strategiyası ilə bağlı tədqiqat aparır

Azərbaycan hazırda Milli Hidrogen Strategiyasının həyata keçirilməsi planının hazırlanması ilə məşğuldur. xəbər verir ki, bunu Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdiri Fuad Müştaqov "Azərbaycanda infrastrukturun inkişafı, elektromobilli

3 sentyabr
.

Avropada yanacaq qiyməti niyə bahalaşır? - AÇIQLAMA

Avropada yanacağın qiymətindəki dəyişikliklər son dövrdə həm qlobal enerji bazarındakı proseslər, həm də regiondakı geosiyasi gərginliklərlə əlaqələndirilir. Neftin dünya bazarında bahalaşması ilə yanaşı, yanacağın daşınması və emalı xərcləri, təchizat zəncirində yaranan problemlər və Avropa ölkələrind

16 sentyabr
.

SOCAR ilk dəfə İtaliyadan Gürcüstana 5 min ton benzin idxal edib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə müəssisəsi olan "SOCAR Georgia Petroleum" SOCAR Qrupunun tərkibinə daxil edilmiş "Italiana Petroli" şirkətindən həmin ölkəyə 5 min ton həcmində yüksək keyfiyyətli benzin idxal edib. "Report"un Gürcüstan büros

4 sentyabr
.

Azərbaycan diri heyvan ixracından gəlirini 45 dəfəyədək artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 12,6 milyon dollar dəyərində diri heyvan ixrac edib. bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,7 dəfə çoxdur

14 sentyabr
.

Sahil Babayevə müşavir təyin edildi

Maliyyə naziri Sahil Babayevə yeni müşavir təyin olunub. Qaynarinfo xəbər verir ki, bu barədə yeni müşavir Rəşad Həsənov özü məlumat paylaşıb. O qeyd edib ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankındakı fəaliyyətini başa vuraraq Azərbaycana qayıdıb. "Dövlət qulluğunda peşəkar fəaliyyətim

14 sentyabr
.

Azərbaycan bazarında Ermənistan məhsulları satılacaq: Qiymətlər necə olacaq?

Azərbaycanla Ermənistan arasında ticarət əlaqələrinin bərpası fonunda Ermənistandan Azərbaycana məhsul idxalı da gündəmə gəlib. 2026-cı ilin martında Azərbaycana Ermənistandan ilk dəfə 960 dollar dəyərində məhsul idxal edilib, hazırda isə qarşılıqlı ticarətin genişləndirilməsi müzakirə olunur. Bəs, Ermənista

7 sentyabr