Azərbaycan alkoqollu və alkoqolsuz içkilərin idxalı ilə bağlı xərclərini 13 %-dən çox artırıb

Azərbaycan alkoqollu və alkoqolsuz içkilərin idxalı ilə bağlı xərclərini 13 %-dən çox artırıbÖtən ilin yanvar-noyabr aylarında Azərbaycan 104,668 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə idxal edib.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,3 % çoxdur.

Hesabat dövründə Azərbaycan həmçinin 64,363 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 0,1 % azdır.

Bu məhsulların idxalı Azərbaycanın ümumi idxalının 0,49 %-ni, ixrac isə ölkənin ümumi ixracının 0,28 %-ni təşkil edib.

Xatırladaq ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 44 milyard 589 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2024-cü ilin eyni dövrünə nisbətən 3,4 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 23 milyard 401 milyon ABŞ dolları ixracın, 21 milyard 188 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 3,85 % azalıb, idxal isə 12,9 % artıb.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 275   Tarix: 03 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"2026-cı il Azərbaycanda böhranın başlanğıcı olacaq"- iqtisadçı NATİQ CƏFƏRLİ

Hər il ölkədə minimum əmək haqqı artsada, bu il heç bir artım olmadı. Ölkədə ərzaq qiymətləri sözün əsl mənasında hər gün artır. Bir müddət bundan əvvəl ictimai nəqliyyatda qiymət artımı baş verdi. Hökümət artıq yanvar ayından kommunal xidmətlərin artacağını anons edib. Bütün bunların fonunda isə maa

15 dekabr 2025
.

Dövlət qurumu deputatın şirkətindən 67 min manatlıq mebel alır

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 67 281,24 manatlıq mebel avadanlıqları alacaq. Qaynarinfo-nun məlumatına görə, qurum bununla bağlı elan etdiyi satınalma müsabiqəsinə yekun vurub. Müsabiqənin qalibi isə "Embawood"

16 dekabr 2025
.

10 yeni metro stansiyası harada tikiləcək?

Prezidentin yerli telekanallara müsahibəsində yaxın illərdə yeni 10 metro stansiyalarının tikintisinin nəzərdə tutulduğunu və bununla bağlı müvafiq proqramın qəbul edildiyini qeyd etməsi ictimai maraq doğurub. -ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən bildirilib ki, Bakı şəhərind

8 yanvar
.

Dövlət Xidməti torpaq hərracları keçirəcək

Fevralın 4-də Azərbaycanın regionlarında 32 torpaq hərracı keçiriləcək. xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) məlumat yayıb. Bildirilib ki, hərraclar Dövlət Xidmətinın Şirvan, Mingəçevir, Ucar, Bərdə, Qazax, Xaçmaz, Beyləqan, Şamaxı və Qəbəl

1 yanvar
.

Azərbaycanda kərə yağı ehtiyatı 200 dəfəyə yaxın artıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 24 min 358,8 ton kərə yağı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-ci ilin eyni dövrü ilə müqayisədə 9,4 % azdır. Dekabrın 1-nə ölkədə 179,6 ton kərə yağı ehtiyatı yaranıb. Bu da, illik müqayisəd

3 yanvar
.

Komitə sədri Tofiq Bəhramovun nəvəsinin yerinə onu gətirdi

Dövlət Gömrük Komitəsi Poçt və Ekspres Daşımaları Gömrük Postuna yeni rəis təyin edilib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, komitənin sədri general-leytenant Şahin Bağırovun müvafiq əmri ilə gömrük mayoru Pərviz Nəsurullayev sözügedən vəzifəyə təyin olunub. Qeyd edək ki, bir müddət əvvəl Dövlə

23 dekabr 2025
.

Nazirdən yeni təyinat

Maliyyə Nazirliyinin yeni yaradılan Şərqi Zəngəzur Regional Maliyyə İdarəsinə rəis təyin olunub. Qaynarinfo-nun məlumatına görə, nazir Sahil Babayevin müvafiq əmri ilə Mülkədarov Nurlan Qələndar oğlu Şərqi Zəngəzur Regional Maliyyə İdarəsinə rəis təyin gətirilib. Qeyd edək ki, bu ilin may ayında Maliyy

26 dekabr 2025
.

Yenilənmiş 50 manatlıq tədavülə buraxıldı - Foto

Bu gündən Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun imzasının əks olunduğu yenilənmiş 50 manatlıq kağız pul nişanı tədavülə buraxılıb. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Bildirilib ki, imza pul nişanının ön tərəfindən sol yuxarı küncdə təsvir edilib. Kağız pul nişanını

25 dekabr 2025
.

Azərbaycan Türkiyə iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 65 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Türkiyə iqtisadiyyatına 288 milyon 613 min ABŞ dolları birbaşa investisiya qoyub. "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 64,5 % çoxdur. Hesabat dövründə Azərbaycanın Türkiyə iqtisadiyyatın

20 dekabr 2025