Antibiotiklə "yola getməyən" qidalar - ürəkbulanma, qusma...
Antibiotik qəbul edərkən bəzi qidalardan imtina etmək tövsiyə olunub.
Rusiyada fəaliyyət göstərən pediatr Aygül İsrafilova bildirib ki, antibiotiklər orqanizmin bakterial infeksiyalara qarşı mübarizəsinə kömək edir, lakin yanlış qidalanma onların təsirini azalda bilər.
Onun sözlərinə görə antibiotik qəbul edərkən süd məhsullarından, alkoqollu içkilərdən, turş meyvə və şirələrdən, çox şəkərli və lifli qidalardan uzaq durmaq lazımdır.
Həkim izah edib ki, süd, yoqurt və pendirdəki kalsium bəzi antibiotiklərlə birləşərək onların qana sorulmasını azaldır və nəticədə təsirini zəiflədir. Alkoqol isə ürəkbulanma, qusma, başgicəllənmə, yuxululuq kimi əks təsirləri gücləndirir və qaraciyərə əlavə yük salaraq orqanizmin müqavimətini azaldır.
İsrafilova əlavə edib ki, qreyfrut, portağal, limon kimi turş meyvələr və onların şirəsi bəzi antibiotiklərin parçalanmasını ləngidir, bu da dərmanın qanda həddindən artıq yığılmasına və yan təsirlərin artmasına səbəb ola bilər. Şəkəri çox olan banan, üzüm, xurma, qaysı kimi meyvə və quru meyvələr bağırsaqda zərərli bakteriya və göbələklərin artmasına şərait yaradır və antibiotiklərin yaratdığı disbalansı gücləndirir. Çox lifli qidalar isə antibiotiklərin orqanizmdən tez xaric olmasına gətirib çıxararaq onların effektini azaldır.
Mütəxəssis xəstələrə həmişə həkimin təyin etdiyi qaydalara riayət etməyi, dərmanların təlimatını diqqətlə oxumağı və hansı qidalardan uzaq durmaq lazım olduğunu həkim və ya əczaçı ilə dəqiqləşdirməyi tövsiyə edib. O, həmçinin antibiotik qəbulundan sonra bağırsaq mikroflorasını bərpa etmək üçün pro- və prebiotiklərdən istifadəni məsləhət görüb./Milli.Az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Peyvənd olunanların sayı açıqlandı
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64 520 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23286, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41234 nəfərdir. Ölkədə vurulan vaksinləri
11 sentyabr 2021On qaşıq bal, üç diş sarımsaq - İnsanları qışdan çıxaran təbii üsullar
Qışın yaxınlaşdığı günlərdə mövsümi dəyişikliklərə hazır olmaq lazımdır. Bunu üçün antibiotik əvəzinə ən təsirli qidalardan istifadə etmək məsləhət görülür. -a istinadən həmin qidaları təqdim edir:. İspanaq antioksidant baxımdan son dərəcə zəngin olduğu üçün orqanizmi hüceyrə səviyyəsində qoruyar. Faydalanma
10 sentyabr 2021Gənc yaşda saçlar niyə ağarır? - Ağ tükü qoparmaq olmaz
Saçların ağarması təkcə yaşla əlaqəli dəyişikliklər səbəblərdən baş vermir. Bu, sağlamlıq problemləri ilə də bağlı ola bilər. -a istinadən xəbər verir ki, alimlər saçların piqmentasiyaya cavabdeh olan melaninin itirilməsi səbəbindən ağardığını bildiriblər. Bu, qida çatışmazlığı və ya hər hansı bir xəstəlik
17 sentyabr 2021Dünyaya yayılan "Mu" ştamı: Əlamətləri nələrdir?
Koronavirusun "Mu" variantı dünyaya yayılmaqda davam edir. Artıq Türkiyədə 2 nəfərdə bu ştam aşkarlanıb. Bəs "Mu" ştamı nədir? Əlamətləri hansılardır?. həmin araşdırmanı təqdim edir:. Vaksinin təsirini azaldırmı?. "Hürriyet"in xəbərinə görə, "Mu" ştamının ən önəml
8 sentyabr 2021Azərbaycanda daha 34 nəfər vəfat etdi - Koronavirusla bağlı SON VƏZİYYƏT
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 372 yeni yoluxma faktı qeydə alınıb, 4 211 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib. İndiyədə
11 sentyabr 2021"Mu" ştammının Deltadan fərqi - Yoluxma əlamətləri hansılardır?
Koronavirus infeksiyası bütün dünyada sürətlə yayıldığı halda yeni variantları da yaranır. Bu dəfə Covid-19-un "Mu variantı" ortaya çıxıb. xəbər verir ki, vaksinlərə qarşı dözümlü bu ştammda əlamətlər nəfəs darlığı, boğulma, boğaz ağrısı, iştahsızlıq, qusma, ürəkbulanmadır. Xəsətlik zaman
9 sentyabr 2021Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB
Bir smartfondan gələn radiasiya xərçəng xəstəliyi ilə təhdid edə bilər, buna görə də cihazı uzun müddət başınızın yanında saxlamayın. Bu barədə rusiyalı mütəxəssis Anton Yastrebtsev bildirib. Onun sözlərinə görə, telefonun orqanizmə təsiri mobil rabitənin baza stansiyasından olan məsafəyə mütənasib olara
17 sentyabr 2021Məşhur alimdən daha bir İNANILMAZ TÖVSİYƏ: Ağsaqqallar zeytun yağı içərsə...
a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Aydın şəhərində keçirilən "Zeytun Yağı Günləri" proqramında qonaq olan professor Canan Karatay deyib. Aydın Böyükşəhər bələdiyyə sədri Özlem Çerçioğlu ilə fincana zeytun yağı töküb içən kardioloq bildirib ki, zeytun yağı təbiətin bəxş etdiy
16 sentyabr 2021