ABŞ-də dəhşətli hadisə: Evdən 100-dən çox insan kəlləsi və sümükləri tapıldı

ABŞ-də dəhşətli hadisə: Evdən 100-dən çox insan kəlləsi və sümükləri tapıldıABŞ-nin Pensilvaniya ştatında yerli sakinlərdən birinin evində 100-dən çox insan kəlləsi və digər qalıqlar aşkar edilib.

Bu barədə Oxu.Az "Sky News" nəşrinə istinadən xəbər verir.

Məlumata görə, 34 yaşlı Conatan Gerlaxın mənzilində, eləcə də ona məxsus anbarda polis əməkdaşları çoxsaylı sümüklər, mumiyalanmış qol və ayaqlar, çürümüş gövdələr,skelet qalıqları tapıblar.

"Onlar müxtəlif vəziyyətlərdə idilər. Bəziləri, belə demək olarsa, asılmışdı. Bir hissəsi müxtəlif hissələrdən yığılmışdı, bəziləri isə sadəcə rəfdəki kəllələr idi", - deyə Delaver dairəsinin prokuroru Tanner Raus bildirib.

Qeyd edilir ki, bu hadisə Filadelfiyanın ətrafındakı Maunt-Moria qəbiristanlığında baş verən məzar oğurluqları ilə bağlı araşdırma nəticəsində ortaya çıxıb.

Polis iddia edir ki, Conatan Gerlax təxminən 150 000 məzarın olduğu ərazidəki məqbərələri və yeraltı kriptləri məqsədyönlü şəkildə seçib. Səlahiyyətlilər həmçinin dəfnlərlə əlaqəli olduğu ehtimal edilən zərgərlik məmulatlarını da tapdıqlarını bəyan ediblər. Hətta məzar yerlərindən birində kardiostimulyator da olub.

Gerlaxın qalıqları nə məqsədlə oğurladığı dəqiq məlum deyil, lakin Tanner Raus onlardan bəzilərinin yüzlərlə yaşı olduğunu qeyd edib.

Conatan Gerlax əlində lom ilə məzarlıqdan öz maşınına doğru qayıdarkən həbs edilib. Məhkəmə sənədlərinə əsasən, o həmin vaxt iki azyaşlı uşağın mumiyalanmış qalıqlarının, üç kəllənin və digər sümüklərin olduğu çantanı da özü ilə daşıyırmış.

Gerlaxa qarşı oğurluq, oğurlanmış əmlakın satışı və cəsədin təhqir edilməsi də daxil olmaqla, 300 maddə üzrə ittiham irəli sürülüb.

O, həmçinin ictimai abidənin, tarixi dəfn yerinin təhqir edilməsi ilə bağlı onlarla digər maddə üzrə də təqsirləndirilir.

Conatan Gerlax Moria dağı yaxınlığından təxminən 30 insan qalığını oğurladığını etiraf edib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1301   Tarix: 11 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Donald Tramp: "İran rəhbərliyini öldürsək, danışacaq heç kim qalmaz"

ABŞ Prezidenti Donald Tramp İranla bağlı mümkün hərbi addımlar və danışıqlar prosesi barədə açıqlama verib. "Axios" portalına istinadən xəbər verir ki, Tramp ABŞ-nin İran rəhbərliyini öldürmək niyyətində olmadığını bildirib. Ağ Ev rəhbərinin sözlərinə görə, belə bir addım Tehranla gələcək danışıqlar

5 iyul
.

7 yaşında 116 kilo çəkisi olan uşaq ürək çatışmazlığından öldü

ABŞ-da 7 yaşlı Kasper O'Brayenin ölümündən sonra valideynləri cinayət, işgəncə və uşaq istismarında ittiham olunurlar. Hakimiyyət orqanları iddia edir ki, öldüyü zaman 116 kiloqram çəkidə olan uşaq illərdir baxımsız qalıb və lazımi tibbi yardım almayıb. Hadisə yerinə gələn təcili yardım həkimlərini

5 iyul
.

Almaniya NATO ölkələri arasında Ukraynaya yeni yardım paketinə ən böyük töhfəni verəcək

Almaniya Ukraynaya növbəti hərbi yardım paketinə NATO-ya üzv dövlətlər arasında ən böyük töhfəni verəcək. "Report" xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib. "Ukrayna üçün indi pulları həm Aİ kreditləri xətti ilə, həm də yeni dəstək fondundan əldə etmə

5 iyul
.

Ərdoğan ABŞ ilə İran arasında əldə olunan atəşkəsin bütün dünyaya təsir etdiyini bildirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə İstanbulda keçirdiyi görüşdə İslamabad razılaşması ilə ABŞ və İran arasında əldə edilən atəşkəsin bütün dünyaya təsir etdiyini bildirib. "Report" xəbər verir ki, bu barədə Türkiyə lideri "X" sosial şəbəkəsind

5 iyul
.

Türkiyə ilə Kanada əməkdaşlığı genişləndirmək niyyətindədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kanada Baş naziri Mark Karni ilə telefon danışığı aparıb. "Report" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı Türkiyə-Kanada ikitərəfli münasibətləri, eləcə də regional və qloba

5 iyul
.

Mali ordusu terrorçuların hücumlarından sonra vəziyyəti nəzarətə götürüb

Mali Silahlı Qüvvələri ölkənin bir sıra şəhərlərində terrorçuların səhər saatlarında həyata keçirdiyi silsilə hücumlardan sonra vəziyyəti nəzarətə götürüb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə hərbi idarədən bildirilib. "Əsgərlər bütün hücumları qətiyyətl

5 iyul
.

Hindistanın cənubunda qayıq qəzasında altı balıqçı itkin düşüb

Hindistanın cənub-şərqindəki Andxra-Pradeş ştatının Vizak sahillərində qayığın aşması nəticəsində altı balıqçı itkin düşüb. "Report" xəbər verir ki, bu barədə "Press Trust of India" məlumat yayıb. Qayıqda olan yeddi balıqçı iyulun 1-də balıq ovuna çıxıb. Ehtimal olunur ki, qayıq fırtın

5 iyul
.

Paşinyan: Yeni konstitusiyanın qəbulu hökumətin gündəmində qalır

Ermənistanın yeni konstitusiyasının qəbulu hakim "Vətəndaş müqaviləsi" Partiyasının gündəmində qalır. "Report" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Konstitusiya Günü ilə əlaqədar xalqa müraciətində bildirib. O, ölkə konstitusiyasının zamanın çağırışların

5 iyul
.

FT: Britaniyanın Aİ-nin müdafiə fondundan kənarlaşdırılması Fransanın özünə qarşı çevrilib

Fransanın Böyük Britaniyanı Aİ-nin müdafiə fonduna buraxmamaq cəhdi Parisin özünə qarşı çevrilərək onu hökumətin Fransa-Britaniya silah layihələrinə xərcləməyi planlaşdırdığı əlçatan Avropa kreditlərindən məhrum edib. "Report" xəbər verir ki, bu barədə "Financial Times" (FT) üç mənbəy

5 iyul