Nuranəni öldürdükdən sonra yorğunluğunun çıxmasını gözləyib və meyitini Kürə atıb

Nuranəni öldürdükdən sonra yorğunluğunun çıxmasını gözləyib və meyitini Kürə atıbSabirabad rayonunda 16 yaşlı gəlinin həyat yoldaşı tərəfindən qətlə yetirilməsinin yeni detalları məlum olub.

Sonxeber.az Teleqraf.az-a istinadla xəbər verir ki, qətl hadisəsi 2025-ci il mayın 17-də Güdəcühür kəndində baş verib.

İttihama görə, 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadə 2024-cü ilin iyun ayından tanış olduğu, 2009-cu il təvəllüdlü Nuranə Ələkbərova ilə onun könüllü razılığı əsasında evlənmək barədə razılığa gəliblər.

Həmin il oktyabrın 18-də Şirvan şəhərində "Ağsaray" şadlıq evində keçirilən toy mərasimindən sonra qeyri-rəsmi nikah münasibətinə daxil olublar. Bu münasibət ötən il mayın 17-dək davam edib.

Seyidrəsul Talıbzadə Nuranənin "TikTok" sosial şəbəkəsində şəxsi fotolarını paylaşmaqla, "Instagram" sosial şəbəkəsində tanımadığı şəxslə yazışmaqla ona xəyanət etməsindən şübhələnib. Qısqanclıq zəminində onu öldürmək qərarına gəlib. Qətlin gizli qalması, ailə üzvləri və kənar şəxslərin bundan xəbər tutmaması məqsədilə mayın 17-də təxminən saat 00 radələrində Nuranəni Bakı şəhərində Nardaran qəsəbəsində yeni tapdığı iş yerinə aparacağı adı ilə aldadıb, taksi ilə onu Şirvan şəhərindəki evindən götürüb.

Sabirabad rayonu Güdəcühür kəndi ərazisindəki "Tuqay" meşəsinin yaxınlığında Nuranəni avtomobildən düşürüb. Onu Kür çayının sahilindəki ağaclıq sahəyə aparıb. Aralarında söhbət zamanı Nuranənin etdiyi xəyanətlərə görə peşmançılıq hissi keçirmədiyini, əksinə hərəkətlərinə haqq qazandırdığını görüb. Onun arxa tərəfinə keçirərək, sağ qolunu boğazına dolayıb və təxminən 20 dəqiqə müddətində sıxaraq öldürüb.

Seyidrəsul arvadının öldüyünə əmin olduqdan sonra qolları arasından buraxıb, bir müddət yanında gözləyib. Dincini alan qatil törətdiyi cinayətin izlərini gizlətmək məqsədilə meyiti Kür çayının gur axan hissəsinə atmaq məqsədi ilə çay boyunca belində daşıyıb. O, meyiti təxminən 2 kilometr məsafədə gətirməklə çaya atıb.

"Nuranəni istəyi ilə qaçırdım, anası da bilirdi"

İstintaq orqanı tərəfindən Seyidrəsul Talıbzadə barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddələri ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Talıbzadə ittiham üzrə özünü qismən təqsirli bilib. İfadəsində göstərib ki, Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə özünü təqsirli bilmir: "Nuranənin istəyi ilə ailə qurmuşam. Onun 17 yaşında olduğunu düşünmüşəm. Biz 2024-cü ilin yay aylarında tanış olmuşduq. Bir müddət sonra ailə qurmaq məqsədi ilə onu qaçırdım. Qaçmağımızdan anası Simuzərin əvvəlcədən xəbəri vardı. Bir ay sonra Şirvan şəhərində şadlıq sarayında toyumuz oldu. Toya kimi ailələrimizin biri-birlərinin evinə gedib-gəlirdi".

Təqsirləndirilən şəxs bildirib ki, Nuranə onların evində ümumilikdə 2-3 ay qalsa da, ər-arvad kimi 6 ay birlikdə yaşayıblar: "Anasıgildə yaşadığı müddətdə ad günündə ona pul göndərdim. Nuranənin mobil telefonda kiminləsə yazışdığını aşkarlayanda atasına məlumat verdim. Toydan az bir müddət sonra Simuzər bizə gələrək qızı ilə söhbət etdi. Həmin gündən Nuranə daha bizdə qalmaq istəmədiyini dedi".

"Allahın verdiyi canı aldığım üçün peşmanam"

Talıbzadənin sözlərinə görə, hadisə baş verən günü Nuranəni onun anasının evindən götürüb: "Evləndikdən sonra Nuranə icazəmlə mənim adıma olan "TikTok" profilini işlətdi. Savaşandan sonra öz adına "TikTok" açaraq orada öz şəkillərini paylaşdı. Onun başqa oğlanlarla yazışdığını da görmüşəm.

Nuranəni evdən götürəndə valideynlərinə Bakı şəhərinə gedəcəyimizi dedim. Şirvan şəhərində parkda 2 saat gəzdikdən sonra yenə onun anasının evinə qayıtdım. Evdə heç kim yox idi. Düşündüm ki, Nuranə mənimlə razılaşmasa, onu öldürüm. Başqa şəxslərlə danışmağı qadağan etsəm də, mənimlə razılaşmırdı. "Sən heç kimsən, anam bilər, mən bilərəm" deyirdi.

Ona görə də tanımadığım taksi çağırdım. Kür çayına yaxın olan "Tuqay" meşəsinin kənarında avtomobildən düşdük. Nuranəyə buradan kəsə yolla Bakı şəhərinə gedən yola çıxacağımızı bildirdim. Birlikdə yulğunluğa tərəf getdik.

Nuranə ilə bir daha danışdım. Şərtlərimlə razılaşmadığı üçün arxasına keçərək qolumla boğazından tutub boğmağa başladım. Təqribən 10-20 dəqiqə boğazını sıxdım. Mənə heç bir müqavimət göstərə bilmədi. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra meyiti özüm tək Kür çayına atdım. Nuranəni boğduğum yer Kür çayının kənarıdır, meyiti sürümədim. Hər ikimizin telefonumuzu da çaya atdım.

Daha sonra yaşadığım evə qayıdıb paltarlarımı dəyişdim. Anama işləmək üçün Bakı şəhərinə gedəcəyimi dedim. Atamdan yolpulu aldım. İki gün çöldə gəzdikdən sonra polis şöbəsinə gedərək törətdiyim cinayət barədə məlumat verdim. Allahın verdiyi canı aldığım üçün əməlimdən peşmanam".

Seyidrəsul Talıbzadə bildirib ki, Nuranənin meyiti mayın 17-dən 20-nə qədər Kür çayında olub.

"Dəfələrlə bağışlamışdım"

Seyidrəsulun sözlərinə görə, vaxtilə toy edərkən polis əməkdaşları şadlıq sarayına gələrək Nuranənin ata-anasını şöbəyə aparıblar: "Toy günü mənə Nuranənin sənədlərini göstərməyiblər. Qızqaçırma ilə bağlı polsə şikayət edilməyib. Nuranə ilə tanış olanda onun yaşını yox, adını soruşmuşdum. Rəsmi nikaha daxil olmaq istəsəm də, qız 18 yaşına çatmadığından bu, mümkün olmadı.

Etdiyi hərəkətlərə görə Nuranəni dəfələrlə bağışlamışdım. Başımda problem olduğu üçün dərman qəbul etmişəm, məni həqiqi hərbi xidmətə aparmayıblar. Salyan Rayonlararası Psixatriya Xəstəxanasında və Respublika Psixiatriya Xəstəxanasında qeydiyyatdayam".

Təqsirləndirilən şəxs bildirib ki, qızı qaçırdıqdan sonra atası onlara gələndə Nuranə öz razılığı ilə qaçdığını və geri qayıtmaq istəmədiyini deyib: "Evdə problem olduğu üçün Nuranə vaxtilə qollarını doğramışdı. Təzə tanış olanda onun qollarının kəsildiyini gömüşdüm. Mən özüm də əsəbləşdiyim üçün özümü doğramışdım".

Təqsirləndirilən şəxs bildirib ki, Nuranə anasının yaşadığı evə getdikdən sonra onun həqiqi yaşını bilib və bir daha cinsi münasibətdə olmayıb.

"Qızımı geri vermədilər"

İş üzrə zərərçəkmiş Nuranənin hüquqi varisi qismində danışan atası İlkinin sözlərinə görə, qızının qaçırıldığı vaxtı 16 yaşında olduğunu hər kəs bilib:

"Nuranənin yaşının az olması səbəbindən Şirvan Şəhər Polis Şöbəsinə Seyidrəsulun atası ilə birlikdə aparıldım. Mən yoldaşımdan ayrılsam da, Seyidrəsula qızımla bağlı problemləri mənə deməsini bildirdim. Mayın 20-də Sabirabad Rayon Prokurorluğundan mənə zəng edildi, morqa gəlməli olduğumu dedilər. Nuranənin öldüyünü orada bildim".

İlkin Ələkbərov ifadəsində Seyidrəsuldan şikayətçi olduğunu deyib: "Nuranənin qaçırılması ilə bağlı şikayət etmədim. Seyidrəsulun atası Mir Möhsünün evinə getdim, Nuranənin yaşı ilə bağlı problemlər olacağını bildirdim. Qızımı geri tələb etsəm də, Seyidrəsul qızımı bizə vermədi. Seyidrəsulun atası Mir Möhsün toy etməyəcəyini desə də, 1-2 gün əvvəl zəng edərək məni toya dəvət etdi".

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Seyidrəsul Talıbzadə 11 il müddətə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxsin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Nuranəni öldürdükdən sonra yorğunluğunun çıxmasını gözləyib və meyitini Kürə atıbNuranəni öldürdükdən sonra yorğunluğunun çıxmasını gözləyib və meyitini Kürə atıb


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2611   Tarix: 21 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qobustanda ağır qəza - 27 yaşlı sürücü öldü

Dünən saat 23 radələrində Qobustan rayonunun Təklə kəndi ərazisində ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb. Nəticədə, sürücü 27 yaşlı Emil Əmralıyev hadisə yerində ölüb. Araşdırma aparılır

8 avqust
.

DTX-nin saxladığı sabiq icra başçısının həbs müddəti uzadıldı

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan sabiq icra başçısı İslam Rzayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Oxu Az-ın məlumatına görə, Səbail rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb. İsla

31 avqust
.

Yatdığı yerdə amansızlıqla öldürülən qayınatanın - Fotosu

Xəbər verdiyimiz kimi, Ağdam rayon sakini, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu mübahisə zəminində bıçaqlanaraq öldürülüb. Onun qətlində kürəkəni Qənbərov Eldəniz Elşən oğlu şübhəli bilinir. "Qafqazinfo" yatdığı yerdə amansızlıqla öldürülən Z.Hüseynovun fotosunu təqdim edir:

26 avqust
.

Bakıda kişi sevgilisini aldadıb 235 min manat aldı - Dubaya qaçdı

Bakıda sevgi münasibətində olduğu qadına qarşı dələduzluq etmiş şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, paytaxtın mərkəzində "makler"lik və evlərin təmiri fəaliyyəti ilə məşğul olan 1986-cı il təvəllüdlü R.Həsənova (şərti) Cinayət Məcəlləsinin 178.3.2-c

26 avqust
.

15 yaşlı qızdan sonra qardaşının da meyiti göldən çıxarıldı

İsmayıllıda göldə boğulan bacı-qardaşın meyitləri ailələrinə təhvil verilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Minkə kəndində baş vermiş hadisədə vəfat edən 2011-ci il təvəllüdlü İsmayılova Əfsanə Rövşən qızı və onun qardaşı 2014-cü il təvəllüdlü İsmayılov Cahan Rövşən oğlunun meyitlər

24 avqust
.

Ərindən borc istəyən qadın döyülüb

Biləsuvarda ərindən borc pul istəyən qadın döyülüb. -a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhərindəki mənzillərdən birində işləyib. Rayon sakini - 1989-cu il təvəllüdlü Orxan Səfərov (ad şərtidir) 2016-cı ildə ailə həyatı qurub və bu nikahdan bir övladları dünyaya gəlib. Bir neçə gün əvvəl O.Səfəro

3 sentyabr
.

Toydan gələrkən qəzaya düşdü - Fotolar

Tərtər rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Kəbirli kəndi ərazisində qeydə alınıb. Kənd sakini Məmmədov Müşfiq Raqub oğlu idarə etdiyi "Ford" markalı 50-EZ-587 dövlət qeydiyyat nişanl

4 sentyabr
.

Tovuzda DƏHŞƏT: Yeni qurulmuş ailədə QAN TÖKÜLDÜ

Tovuzda qadın boğaz nahiyəsindən bıçaqlanıb. "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Qovlar qəsəbəsində qeydə alınıb. 2006-cı il təvəllüdlü Rufanə Nəbiyeva bıçaq xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin ehtimala görə, 20 yaşlı qadını həyat yoldaşı Nəbi Nəbiye

25 avqust
.

Şəmkirdə 14 yaşlı yeniyetmənin FACİƏLİ ÖLÜMÜNÜN TƏFƏRRÜATI: Atası aşkar edib

Şəmkir rayonunda 14 yaşlı yeniyetmə güllələnməsinin təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün səhər 8 radələrində Dağ Daşbulaq kəndində baş verib. Kənd sakini, 2012-ci il təvəllüdlü E.Cəfərovun güllələnmiş meyiti yaşadığı evin qonaq otağında aşkarlanıb. Yeniyetmənin atası səhə

20 avqust