75 yaşlı veteran atlet gənc qalmağın sirrini açıqlayıb - VİDEO
Aydında 40 il əvvəl idmana başlayan 75 yaşlı veteran marafonçu Saffet Acar əzmi ilə ətrafındakılara nümunə olur.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Aydının Efeler rayonunun Fatih məhəlləsində yaşayan Saffet Acar, 40 il əvvəl başladığı idman həyatını bu gün də uğurla davam etdirir. Yaşının irəliləməsinə baxmayaraq idmandan bir an belə uzaqlaşmayan veteran marafonçu, qatıldığı çoxsaylı yarışlardan mükafat və birinciliklərlə qayıdıb.
Hər gün ən azı 2 saat qaçan Acar, məşqçisinin rəhbərliyi ilə müntəzəm məşqlər edir. Qaçdığı parkurda onu izləyənlər üçün də motivasiya mənbəyinə çevrilən idmançı, bir çox insanın idmana başlamasına ilham verir.
Saffet Acar idmanın onun üçün artıq həyat tərzinə çevrildiyini deyir: "Hər gün idman etməyə çalışıram. Sağlamlığımı idmana borcluyam. Hər kəsə tövsiyə edirəm. 1993-cü il istehsalı avtomobilim var. İllər keçsə də, cəmi 85 min kilometr yol gedib. Mən o maşından daha çox kilometr qət edirəm. İdman mənim üçün həyat tərzidir. 18 may 2025-ci ildə Konyada qaçdığım yarı marafonu 1 saat 40 dəqiqəyə başa vuraraq Türkiyə birincisi oldum. Rəqiblərimə hörmətlə yanaşıram, amma indi də yarışa getsəm, 75 yaş qrupu üzrə yenə birinci olaram. Çünki demək olar ki, rəqibim yoxdur. Mən bu idmanı sevərək edirəm və həyatımı bu şəkildə davam etdirirəm."
Evində qatıldığı müxtəlif yarışlarda qazandığı kubokları da nümayiş etdirən Acar daha yaxşı nəticələr əldə etmək üçün qaçmağa davam edəcəyini bildirib.
Hər kəsə fiziki imkanlarına uyğun idmanla məşğul olmağı tövsiyə edən veteran idmançı əlavə edib: "Hər kəsin həyatında mütləq bir idman növü olmalıdır. Qaça bilən qaçsın, heç nə edə bilmirsinizsə, heç olmasa gəzintiyə çıxın. Bu, ən azından özünüzə keyfiyyətli vaxt ayırmaqdır. Apteklərdə satılmayan yeganə dərman idmandır."
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 697 Tarix: 06 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bio Balance Age Reversing Instant Wrinkle Filler
Məhsul haqqında. Bio Balance gəncləşdirici və anında qırışıq doldurucu krem. Faydaları:. Üz xətlərini və qırışıqlarını dərhal doldurur və hamarlayır. Cilddəki xətlərivə qırışıqlıqları dərhal minimizə edir. Cildə möhkəm və dolğun görüntü bəxş edir. Cilddəki qocalma əlamətlərini azaldır. İstifadə qaydaları:
10 sentyabr 2021Ərdoğan gənclər üçün şeir oxudu - VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şeir oxuyub. xəbər verir ki, Qəhrəmanmaraşda gənclərlə bir araya gələn Ərdoğan Türkiyənin istiqlal şairi Mehmet Akif Ərsoyun şeirini oxuyub. Ərdoğan bu şeirlə məktəblərarası şeir yarışmasında qalib olduğunu xatırladıb. Həmin anların videogörüntüsünü təqdim edirik
12 sentyabr 2021İdman dünyası BİR ƏSRDƏ necə dəyişdi? - FOTO
Bir insan üçün 100 il çox böyük müddətdir, tarix baxımından isə bir əsr bir anlıqdır. idman aləminin bir əsrdə necə dəyişdiyini açıq şəkildə nümayiş etdirən maraqlı arxiv fotoşəkillərini təqdim edir:
15 sentyabr 2021Biləcəri qəsəbəsində 7 sot torpaq sahəsi satılır!
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asef Zeynallı küçəsi, Respublika DYP ya tərəf gedəndə 3-cü küçədə 6,7 sot torpaq sahəsidir, yoldan 150 metr aralıdır. Köhnə məhəllədir, yaşayış çoxdur, özüm satıram, 2 hissəyə də bölüb satmaq mümkündür, torpağın eni 23,5 uzunu 28,5 metrdir. Qaz,su,işıq kanalizasiy
8 sentyabr 2021Fərqli gözləri olan pişik bloqerlik edir - FOTO - VİDEO
Bu pişik öz həmcinslərindən nadir genetik patalogiyası ilə fərqlənir. Heteroxromiya sayəsində onun bir gözü sarı, digər isə mavidir. Rusiyanın Sankt-Peterburq şəhərində Yevgeni adlı sahibiylə birlikdə yaşayan ev heyvanı həm də qeyri-adi məşğuliyyətə sahibdir. Belə ki, o asudə vaxtlarında bloqerlik edi
16 sentyabr 2021Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?
Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. -a istinadən xəbə
16 sentyabr 2021Pişik "Ginnesin rekordlar kitabı"na düşüb - FOTO
Yaponiyada yaşayan Motimaru adlı şotland pişiyi "YouTube" kanalında ən çox baxılan ev heyvanı olaraq "Ginnesin rekordlar kitabı"na düşüb. xəbər verir ki, pişiyin videohostinqdəki çarxları 685 milyondan çox baxış yığıb. Hazırda o, "YouTube" kanalının ən populyar ev heyvanıdır
11 sentyabr 2021"Facebook" "ağıllı" eynək satışına BAŞLAYIR
"Facebook" platforması "Ray-Ban"la müştərək "ağıllı" eynəklərin satışına başlayır. xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş məlumatda bildirilir. "Ağıllı" eynəklər foto və video çəkilişi, musiqi mərkəzi və telefon zəngi kimi funksiyalara malikdir
12 sentyabr 2021