Kərə yağını otaq temperaturunda necə saxlamaq olar?
Bir çox insan kərə yağını adətən soyuducuda saxladığı üçün onu otaq temperaturunda saxlamağın təhlükəsiz olub-olmadığı sualını verir. Mütəxəssislər bildirirlər ki, kərə yağı düşündüyümüzdən daha dayanıqlı məhsuldur. Düzgün şəraitdə saxlandıqda və qısa müddət ərzində istifadə edildikdə, yağ masanın üzərində daha uzun müddət təzə və təhlükəsiz qala bilər.
Lent.az xəbər verir ki, otaq temperaturunda saxlanılan kərə yağı istifadədə rahatlıq yaradır.
Bu halda yağ həmişə yumşaq olur, çörəyə asanlıqla sürtülür və yeməklərə əlavə etmək üçün vaxt itirməyə ehtiyac qalmır. Xüsusilə bişirmə zamanı soyuducudan çıxarılan yağın yumşalmasını gözləməmək həm vaxt, həm də rahatlıq baxımından üstünlükdür.
Otaq temperaturunda saxlanma müddəti isə yağın növündən asılıdır. Duzsuz kərə yağı adətən bir neçə gün ərzində təzə qalır. Duzlu kərə yağı isə tərkibindəki duzun bakteriyaların inkişafını və oksidləşməni ləngitməsi səbəbilə 1-2 həftə saxlanıla bilər. Mütəxəssislər qeyd edirlər ki, mətbəxdə temperatur 21 dərəcədən aşağı olduqda və yağ qaranlıq yerdə saxlanıldıqda onun ömrü daha da uzanır.
Yağın tez xarab olmasına səbəb olan əsas amillər də açıqlanıb. Yüksək istilik məhsulun daha tez xarab olmasına gətirib çıxarır. Birbaşa işıq yağın rənginə və dadına mənfi təsir göstərir. Hava ilə təmas oksidləşməni sürətləndirərək turş və ya acı dad yarada bilər. Digər qidalarla təmas, məsələn, çörək qırıntıları, mürəbbə qalıqları və ya nəm qaşıq bakteriyaların yağın içinə keçməsinə səbəb ola bilər.
Masanın üzərində kərə yağını düzgün saxlamaq üçün qapaqlı yağ qabından istifadə etmək, onu sərin və quru yerdə, plitədən və günəş şüalarından uzaqda saxlamaq tövsiyə olunur. Eyni zamanda yalnız bir neçə gün ərzində istifadə ediləcək qədər yağ götürmək və hər zaman təmiz bıçaq və ya qaşıqdan istifadə etmək vacib sayılır.
İstifadədən əvvəl yağın rənginə, qoxusuna və dadına diqqət yetirilməlidir. Sağlam kərə yağı açıq sarı rəngdə olmalı və yumşaq, xoş qaymaqlı qoxu verməlidir. Tündləşmə, turş və ya acı qoxu, eləcə də kif əlamətləri müşahidə olunarsa, məhsulun atılması tövsiyə edilir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 748 Tarix: 08 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pulsuz internet rahatlıqdır, yoxsa məlumatlar üçün risk? - Video
Bakının müxtəlif yerlərində - restoranlarda, hotellərdə və digər obyektlərdə pulsuz və ya şifrəsiz "Wi-Fi" şəbəkələrinə rast gəlmək mümkündür. Lakin bir neçə saniyə ərzində qoşulduğumuz belə şəbəkələrdən ehtiyatsız istifadə şəxsi və maliyyə məlumatlarımız üçün təhlükə yarada bilər. xəbər veri
4 oktyabrToyda bəyin sevinci diqqət çəkdi - VİDEO
Sosial şəbəkələrdə toylardan birində lentə alınan maraqlı görüntülər yayılıb. xəbər verir ki, kadrlarda sevdiyi xanımla ailə quran bəyin sevinc dolu anları əks olunub. Gəlinlə birlikdə rəqs edən bəyin hərəkətləri və yüksək əhval-ruhiyyəsi diqqətdən yayınmayıb. Sevincini gizlədə bilməyən bəyin hərəkətlər
3 oktyabrQız övladı atanın ömrünü uzadır - Alimlər sübut etdi
Alimlərin apardığı maraqlı araşdırmalardan biri qız övladları ilə ataların uzunömürlülüyü arasında əlaqə olduğunu göstərib. -a istinadən xəbər verir ki, atanın hər bir qız övladı onun ömrünün orta hesabla 74 həftə daha uzun olması ilə əlaqələndirilib. Bu, təxminən 1 il 5 ay deməkdir. Maraqlıdır ki, həmi
4 oktyabrOrta ömür uzunluğu pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşdı
Dünyada orta ömür uzunluğu COVID-19 pandemiyasının yaratdığı geriləmədən sonra yenidən artmağa başlayıb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumata görə, 2023-cü ildə qlobal orta ömür uzunluğu 73,3 yaşa çatıb və bu göstərici pandemiyadan əvvəlki 73,4 illik səviyyəy
4 oktyabrSmartfonların sürətli şarj edilməsinin sirri
Smartfonların şarj sürəti yalnız adapterin gücündən asılı deyil. Kabelin keyfiyyəti, cihazın texniki xüsusiyyətləri və xarici amillər də bu prosesə təsir göstərir. xəbər verir ki, bu barədə "BGR" portalı məlumat verib. Portalın redaktoru Marineli Siqenin sözlərinə görə, smartfonu sürətli şar
4 oktyabrYaş saçla yatmayın: Bu riski artıra bilər
Yaş saçla yatmaq vərdişi zamanla saçların görünüşünə və vəziyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislərin sözlərinə görə, saç yaş olduqda daha həssas vəziyyətə düşür. Su saç telinin müvəqqəti olaraq şişməsinə səbəb olur və nəticədə saçın xarici qoruyucu təbəqəsi olan kutikula xarici təsirlərə qarş
4 oktyabrTelefonun yaddaşı dolub? Fotolardan əvvəl bu 5 tətbiqi yoxlayın
Android telefonunuzda boş yer azalıbsa, foto və videoları silməyə tələsməyin. Yaddaşda yer tutan bəzi tətbiqlərin funksiyaları artıq Google xidmətlərində mövcuddur. Eyni işi görən əlavə proqramlardan imtina etməklə müəyyən qədər yer boşaltmaq mümkündür. xarici mediaya istinadla xəbər verir ki, "CHIP.de"
4 oktyabr