"Qarabağ"ın bugünkü oyunu təxirə salına bilər - Fotolar
Bu gün Misli Premyer Liqasının 19-cu turunda keçiriləcək "Şamaxı" - "Qarabağ" oyunundan öncə çətin vəziyyət yaranıb.
"Qafqazinfo" xəbər verir ki, qarşılaşmanın keçiriləcəyi Şamaxı Şəhər Stadionuna qar yağıb.
Stadionun ot örtüyü tamamilə qarın altında qalıb. Hazırda təmizlik işləri getsə də, qar yağmağa davam edir.
Matçın təxirə salınmaq ehtimalı var.
PFL-in texniki-idman şöbəsinin direktoru Elgiz Abbasov saytımıza açıqlamasında matçın təxirə salınma ehtimalını təkzib etməyib: "Şamaxı şəhərinə bu gün səhər saatlarından etibarən qar yağmağa başlayıb. Bu ehtimal nəzərə alınaraq AFFA ilə birgə danışıqların yekunu olaraq əraziyə Bakıdan peşəkar qar təmizləyən traktor göndərilib. Hazırda qar davam etdiyi üçün təmizlənən ərazi yenidən qarla örtülür və əsas problem məhz budur. Amma işlər tam planlı şəkildə aparılır, "Şamaxı" klubu ilə daim əlaqədəyik, klub narıncı toplarla da təmin olunub. Əlbəttə ki, əsas məqsəd oyunun əvvəlcədən planlaşdırıldığı qaydada keçirilməsidir və bunun üçün bütün addımlar atılır. Əgər aradan qaldırılması mümkün olmayan problemlər meydana çıxarsa, hakimin qərarına əsasən, əsasnaməyə uyğun olaraq addımlar atılacaq".
Qeyd edək ki, qarşılaşma saat 14:30-da başlayacaq.




Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 800 Tarix: 10 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Sabah" - "Qarabağ" matçının hakimi açıqlandı
Misli Premyer Liqasında 9-cu turun təyinatları müəyyənləşib. "Qafqazinfo" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, turun mərkəzi qarşılşaması sayılan "Sabah" - "Qarabağ" matçı Rəşad Əhmədova tapşırılıb. Misli Premyer Liqası. I dövrə, IX tur. 23 oktyabr. 15:00. "Araz-Naxçıvan"
22 oktyabr"Qalatasaray" - "Fənərbağça" oyununun baş hakimi açıqlanıb
Türkiyə Superliqasının IX turunda keçiriləcək "Qalatasaray" - "Fənərbağça" oyununun baş hakimi açıqlanıb. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. İstanbul derbisi FIFA referisi Atilla Karaoğlana tapşırılıb. Xatırladaq ki, "Qalatasaray"
22 oktyabrAnar Hacıyev "Qarabağ"dan getdi
"Qarabağ" futbol klubunun İctimaiyyətlə əlaqələr və Media şöbəsinin rəhbəri Anar Hacıyev vəzifəsindən ayrılıb. xəbər verir ki, bu barədə "Qarabağ" klubu məlumat yayıb. Bildirilib ki, Anar Hacıyev öz xahişi ilə vəzifəsindən ayrılıb. Qeyd edək ki, 2023-cü ilin sentyabrından bu vəzifəd
12 oktyabrBakıdakı sumo üzrə dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
Bakıda keçiriləcək sumo üzrə dünya çempionatı ərəfəsində Azərbaycan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyası və Beynəlxalq Sumo Federasiyası ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) iki antidopinq maarifləndirmə vebinarı təşkil edib. AMADA-ya istinadən xəbər veri
14 oktyabrİngiltərə klubları Dion-Dreno Belyo ilə maraqlanırlar
İngiltərə klubları Xorvatiyanın "Dinamo" komandasının futbolçusu Dion-Dreno Belyo ilə maraqlanırlar. "TEAMtalk"a istinadən xəbər verir ki, "Mançester Yunayted", "Tottenhem", "Everton" və "Brentford" 24 yaşlı hücumçunu izləyir. Premyer Liqa təmsilçilər
14 oktyabrCamal DÇ-yə qələbə ilə başladı - Yenilənir
Azərbaycanın daha 4 cüdoçusu Bakıdakı dünya çempionatında mübarizəyə qoşulacaq. "Qafqazinfo" xəbər verir ki, qadınlardan Madina Kaisinova (+78 kq), kişilərdən isə Camal Qamzatxanov, Uşanqi Kokauri və Kənan Nəsibov (hər üçü +100 kq) mübarizəyə qoşulacaqlar. M.Kaisinova yarışa 1/16 finaldan başlayacaq
10 oktyabrAMADA boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. Bu barədə -a AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb. Sanksiya avqustun 31-dən qüvvəyə minib
20 oktyabrAsif Məmmədov Premyer Liqada son 18 mövsümün rekordunu qırıb
"Qəbələ"nin futbolçusu Asif Məmmədov Azərbaycan Premyer Liqasında son 18 mövsümün rekordunu qırıb. Bu barədə -a Peşəkar Futbol Liqasından məlumat verilib. Bölgə təmsilçisinin kapitanı VII turda "Sabah"la ev matçının son anlarında meydana daxil olaraq mövsümdə ilk dəfə şans qazanıb
19 oktyabrBatrakov "Barselona"ya təklif olunubmuş
1994/95 mövsümündə "Barselona"da çıxış etmiş rusiyalı keçmiş futbolçu və məşqçi İqor Korneyev "Qalatasaray"ın yarımmüdafiəçisi Aleksey Batrakovu İspaniya klubuna təklif etdiyini bildirib. bu barədə "Matç TV"yə istinadən xəbər verir. Korneyev Kataloniya təmsilçisinin rəhbərliyind
18 oktyabr