Bakıda 16 yaşlı boksçumuz Əli Ruşanov FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ - YENİLƏNİB

Bakıda 16 yaşlı boksçumuz Əli Ruşanov FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ - YENİLƏNİBIII MDB Oyunlarında bürünc medal qazanan boksçu, 16 yaşlı Əli Ruşanovun ölməsinin təfərrüatı məlum olub.

Oxu.Az bildirir ki, Azərbaycan Boks Federasiyasından "Qafqazinfo"ya verilən məlumata görə, bu gün iki yeniyetmə boksçu - Vaqif Rüfət oğlu Məhəmmədli və Əli Fazil oğlu Ruşanov arasında şəxsi məşqçilərinin istəyi ilə sınaq döyüşü (sparrinq) keçirilib.

"6-7 dəqiqə davam edən sparrinq zamanı Əli Ruşanov huşunu itirərək yerə yıxılıb. Dərhal təcili yardım briqadası müdaxilə edib və o, 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, orada vəfat edib.

Vaqif Məhəmmədli və Əli Ruşanov yaxın günlərdə keçiriləcək yeniyetmələr arasında Azərbaycan çempionatına hazırlaşmaq üçün məşqçiləri ilə birgə Bakıya gəliblər.

Hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır", - federasiyadan qeyd edilib.

21:00

III MDB Oyunlarında bürünc medal qazanan boksçu, 16 yaşlı Əli Ruşanov ölüb.

Sonxeber.az "Unikal"a istinadla xəbər verir ki, gənc boksçu məşqçi atasının yetirmələrinin yarışını izləmək üçün paytaxta gəlib və burada həyatını itirib.

2010-cu il təvəllüdlü Əli Fazil oğlu Ruşanov dəfələrlə ölkə və beynəlxalq yarışlarda uğurlu çıxışları ilə yadda qalıb.

O, təcrübəli məşqçi olan atası Fazil Ruşanovun yetirmələrinin çıxışlarını izləmək niyyətində olub. İlkin məlumata görə, gənc boksçu yıxılaraq xəsarət alıb, onun həyatını xilas etmək mümkün olmayıb.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 2547   Tarix: 14 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Sabah" Bakıda ilk ÇL matçına çıxır

"Sabah" Çempionlar Liqasında ilk ev oyununa çıxır. Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, "Sabah" turnirdə ilk ev oyununa çıxacaq. Azərbaycan çempionu Praqa "Slaviya"sını qəbul edəcək. Bakı Olimpiy

13 oktyabr
.

Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub

Portuqaliyalı hücumçu Kriştianu Ronaldu mineral su istehsalına 10 milyon avro sərmayə qoyub. -ın xəbərinə görə, bu barədə "Sic Noticias" nəşri məlumat verib. Məlumata görə, futbolçunun yeni biznesdə tərəfdaşı olan "Grupo Ouhterinho" şirkəti də oxşar məbləğdə yatırım edib. Layihəy

17 oktyabr
.

"Barselona" "Ştutqart"ın futbolçusu Finn Yelçlə maraqlanır

İspaniyanın "Barselona" klubu Almaniyanın "Ştutqart" komandasında çıxış edən Finn Yelçi heyətinə qatmaq niyyətindədir. "Sport.es"ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik 20 yaşlı müdafiəçini bir neçə aydır izləyir və onun növbət

20 oktyabr
.

"Venesiya" klubu Davide Nikola ilə anlaşdığını açıqlayıb

İtaliya A Seriyası təmsilçisi "Venesiya" klubu Davide Nikola ilə anlaşdığını açıqlayıb. xəbər verir ki, bu barədə İtaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 53 yaşlı mütəxəssislə 2027/2028 mövsümünün sonunadək müqavilə bağlanıb. D.Nikola bu postda A Seriyasının startındakı ardıcı

15 oktyabr
.

Hövsan Yarış Kompleksi FIFA U-15 Dünya Çempionatına tam hazırdır

Paytaxt Bakı bu günlərdə növbəti beynəlxalq idman yarışına - tarixdə ilk dəfə keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi edir. Yarışda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Turnirə ümumilikdə dörd minə yaxın gənc futbolçu, məşqç

23 oktyabr
.

"Feyenoord" avrokuboklarda səfər məğlubiyyətləri üzrə antirekordunu yeniləyib

Niderlandın "Feyenoord" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda İspaniyada "Betis"ə 0:1 hesabı ilə uduzaraq avrokuboklarda ardıcıl 8-ci səfər məğlubiyyətini alıb. UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Rotterdam klubu bu nəticə ilə 2008-2014-cü illərdək

22 oktyabr
.

Hidayət Heydərova çəkisi ilə bağlı qərar vermək üçün vaxt verildi

Azərbaycanın Olimpiya çempionu Hidayət Heydərovun 73 kiloqram, yoxsa 81 kiloqram çəki dərəcəsində mübarizə aparacağına yaxın günlərdə aydınlıq gələcək. xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Bakıda keçirilən cüdo üzrə dünya çempionatının yekunların

12 oktyabr
.

Bakıda snuker üzrə Azərbaycan çempionatı keçiriləcək

Bakıda snuker üzrə Azərbaycan çempionatı keçiriləcək. xəbər verir ki, bu barədə Azərbaycan Bilyard Federasiyasının mətbuat xidməti məlumat yayıb. Heydər Əliyev adına İdman-Konsert Kompleksində oktyabrın 31-dən noyabrın 2-dək baş tutacaq üçgünlük yarışın keçirilməsində məqsəd ölkənin ən güclü idmançıların

19 oktyabr
.

Anar Hacıyev "Qarabağ"dan getdi

"Qarabağ" futbol klubunun İctimaiyyətlə əlaqələr və Media şöbəsinin rəhbəri Anar Hacıyev vəzifəsindən ayrılıb. xəbər verir ki, bu barədə "Qarabağ" klubu məlumat yayıb. Bildirilib ki, Anar Hacıyev öz xahişi ilə vəzifəsindən ayrılıb. Qeyd edək ki, 2023-cü ilin sentyabrından bu vəzifəd

12 oktyabr