Yaşlanmanın ilk izi - Göz ətrafı üçün doğru baxım necə olmalıdır?

Yaşlanmanın ilk izi - Göz ətrafı üçün doğru baxım necə olmalıdır?Üz nahiyəsində zamanı ən tez büruzə verən hissə göz ətrafıdır və bunun səbəbi təkcə mimik hərəkətlər deyil.

Milli.Az-ın məlumatına görə, göz ətrafı dərisi üzün digər sahələrinə nisbətən təxminən 40 faiz daha nazikdir, yağ toxuması az, kollagen dəstəyi isə məhduddur. Gün ərzində minlərlə dəfə göz qırpılması bu bölgədə elastikliyin daha sürətli azalmasına səbəb olur.

Məlumata görə, göz altı qaralmalar, torbalanma, çöküklük, incə xətlər və sallanma kimi problemlərin hər biri fərqli mexanizmlərlə formalaşır. Məhz buna görə tək bir krem və ya bir prosedur bütün problemləri həll etmir. Əvvəl düzgün analiz, sonra isə fərdi planlama vacib sayılır.

Mütəxəssislər bildirir ki, incə xətlər və qırışlar adətən kollagen azalması və xroniki quruluqla əlaqələndirilir. Ev şəraitində qulluq zamanı peptid tərkibli məhsullar, göz ətrafına uyğun retinoid törəmələri və hialuron turşusu dəstəyi faydalı hesab olunur. Gündüz saatlarında geniş spektrli günəş qoruyucusundan istifadə mütləq tövsiyə edilir.

Klinik üsullar arasında mikroiynələmə, fraksion lazer və "qaz ayağı" nahiyəsinə botulinum toksin tətbiqi effektiv seçimlər kimi göstərilir.

Qeyd olunur ki, göz altı qaralmalarının səbəbi isə genetik piqmentasiya, damarların görünməsi və ya dərinin nazik quruluşu ola bilər. Bu halda C vitamini, niasinamid və kofein tərkibli məhsullar dəstək rolunu oynayır. Klinik səviyyədə mezoterapiya, PRP, regenerativ prosedurlar və piqment hədəfli lazerlər tətbiq oluna bilər.

Son illər göz altı dolğusu ilə bağlı qorxular artsa da, mütəxəssislər bunun əsas səbəbini yanlış pasiyent seçimi və düzgün olmayan texnika ilə əlaqələndirir. Halbuki doğru pasiyentdə bu prosedur estetik tibbdə ən yüksək məmnunluq göstəricilərindən birinə malikdir. Əsas meyar elastiklik itkisinın minimal olmasıdır.

Çox vaxt göz altındakı boşluq orta üz nahiyəsində həcm itkisi ilə bağlı olur və əvvəlcə bu sahələrin bərpası tövsiyə edilir. Doğru anatomik səviyyədə və uyğun dolğu ilə aparılan prosedur üzü şişirtmir, əksinə daha dinc və təbii görünüş yaradır.

Bununla belə, nəzərə çarpan torbalanma, ciddi dəri boşalması və ya limfa dövranı problemlərində ilk seçim dolğu olmur. Göz altı torbaları adətən yağ toxumasının irəli yer dəyişməsi ilə bağlıdır. Duz qəbulunun azaldılması və soyuq kompreslər müvəqqəti rahatlıq verə bilər, lakin bəzi hallarda cərrahi qiymətləndirmə tələb olunur.

Sallanma və elastiklik itkisi zamanı kollagen istehsalını stimullaşdıran müalicələr ön plana çıxır. Ev baxımında retinoid və peptid kombinasiyaları, klinikada isə fokuslu ultrasəs, radiotezlik və kollagen stimullaşdırıcı inyeksiyalar istifadə edilə bilər.

Mütəxəssislər bildirir ki, göz ətrafının qoruyucu qulluğuna 20-li yaşların ortalarında başlamaq gec deyil. Əsas prinsip "əvvəl qoruma, sonra düzəltmə" yanaşmasıdır.

Onların fikrincə, hər qaralma dolğu, hər torba cərrahiyyə, hər xətt isə lazer demək deyil. Düzgün analiz olmadan edilən hər müdaxilə risk daşıyır, amma düzgün planlaşdırılmış kiçik toxunuşlar üz ifadəsini təbii şəkildə xeyli dəyişə bilir. Bəzən gənc görünüş böyük dəyişikliklərdən deyil, doğru nöqtədə edilən incə müdaxilələrdən keçir.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 511   Tarix: 15 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ən faydalı və ən zərərli balıq növləri

Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric

29 oktyabr
.

Üzü yumaq üçün ən yaxşı vaxt - Dermatoloqdan tövsiyə

Üz dərisinə qulluq zamanı yalnız istifadə olunan vasitələr deyil, onların tətbiq edildiyi vaxt da əhəmiyyət daşıyır. Dermatoloq Con Kibbi üzün yuyulması üçün səhər və axşam saatlarının əksər insanlar üçün uyğun olduğunu bildirib. Qaynarinfo xəbər verir ki, Kolorado Universitetinin Tibb Məktəbinin dermatologiy

27 oktyabr
.

Yumurta qan şəkərinə necə təsir edir?

Yumurta balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər və diabetli insanlar üçün də uyğun məhsullardan sayılır. Tərkibində karbohidratın az olması səbəbindən yumurta qan şəkərinin səviyyəsinə çox cüzi təsir göstərir və yeməkdən sonra qlükozanın kəskin yüksəlməsinə səbəb olmur. Bir iri yumurtanı

17 oktyabr
.

İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?

Həftəsonu adi günlərlə müqayisədə bir neçə saat gec oyanmaq artıq çəki, depressiya və əhval dəyişiklikləri riskini artıra bilər. xəbər verir ki, bu barədə terapevt Cina Zarella "Yahoo" nəşrinə açıqlamasında bildirib. Həkimin sözlərinə görə, yuxu rejiminin pozulmasının qarşısını almaq üçün şənb

13 oktyabr
.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Ayaq qıcolmalarına susuz qalmaq, gün ərzində həddindən artıq fiziki yüklənmə

25 oktyabr
.

Sağlam ürək üçün yumurtanı belə bişirmək lazımdır

"Ürək sağlamlığı üçün yumurtanı bişirməyin ən faydalı üsulu onu suda qaynatmaqdır". "Qafqazinfo" xəbər verir ki, bu barədə kardioloq Kreyq Basman açıqlamasında bildirib. Mütəxəssis izah edib ki, yumurta tamamilə suda bişirildikdə "pis" xolesterinin səviyyəsini qaldıran əlav

7 oktyabr
.

Alimlər orqanizmin hansı yaşda gücünü itirməyə başladığını müəyyənləşdirdi

Yaşlanma insanın fiziki qabiliyyətlərinə çoxlarının gözlədiyindən daha erkən təsir göstərməyə başlaya bilər. Alimlər müəyyən ediblər ki, yaş artdıqca fiziki göstəricilərin azalması sürətlənir. Bununla belə, yetkin yaşda idmanla məşğul olmağa başlamaq da fiziki göstəriciləri yaxşılaşdıra bilər. Qaynarinf

19 oktyabr
.

Qripdən qorunmaq istəyənlər bunu bilməlidir: Peyvənd nə vaxt vurulmalıdır?

Mövsümi qripə qarşı peyvənd xəstəliyin qarşısının alınmasında və yoluxma baş verdiyi halda onun ağır keçməsi riskinin azaldılmasında mühüm rol oynayır. Bununla belə, peyvənd olunan şəxsin də qripə yoluxması mümkündür və qorunma səviyyəsi virusun ştammlarından, peyvəndin həmin mövsümdəki effektivliyində

29 oktyabr
.

"Gözəllik yuxusu"nun sirləri: Səhər parlaq görünməyinizə kömək edəcək 7 axşam vərdişi

Təravətli və gümrah görünmək yalnız səhər yuxudan durduqdan sonra etdiklərinizdən ibarət deyil; hər şey bir gecə əvvəl, axşamkı baxım rutininizlə başlayır. Qaynarinfo xəbər verir ki, "HuffPost"un məlumatına görə, yatmazdan əvvəlki bu vərdişlər parlaq dəri və gözəl saçlara sahib olmağınıza

6 oktyabr