PFL prezidenti Qurban Qurbanovun iradlarına cavab verdi

PFL prezidenti Qurban Qurbanovun iradlarına cavab verdi"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Quba Olimpiya İdman Kompleksinin stadionu ilə bağlı sərt etirazı müzakirə mövzusuna çevrilib.

"Qafqazinfo" xəbər verir ki, "İmişli"yə 1:0 hesabı ilə qalib gəldikləri matçda çətinlik yaşayan Ağdam klubunun çalışdırısının iradlarından sonra bu arenada oyunların keçirilməsinə icazə verən qurumlar da tənqidə tuş gəlib.

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov da bu məsələyə aydınlıq gətirib. O, Qol.az saytına açıqlamasında bunları deyib:

"Ümumiyyətlə, "İmişli" niyə Quba OİK stadionunda oynayır" sualına cavab tapmaq üçün bir az əvvələ qayıtmaq və qlobal məqamlara toxunmaq lazımdır.
Bildirmək istərdik ki, "İmişli" klubu Premyer Liqaya vəsiqə qazanacağı təqdirdə ev oyunlarını keçirmək üçün mətbuatda yazıldığı kimi Şamaxı və ya Quba stadionunu sifariş etməyib. Onlar Premyer Liqaya vəsiqə qazanacaqları təqdirdə İmişli şəhər stadionunda oynayacaqlarını bildiriblər və bu stadionda olan çatışmazlıqlar ətraflı şəkildə müvafiq instansiyalara biz tərəfdən bildirilib. Nəinki "İmişli", hətta Premyer Liqaya vəsiqə qazanan komandaların sayında dəyişiklik edildikdən sonra potensial Premyer Liqa komandalarının stadionlarına ətraflı şəkildə baxış keçirilib və bütün çatışmazlıqlar tam şəkildə göstərilib. "İmişli" klubunun rəhbərliyi tərəfindən İmişli stadionunun Premyer Liqa oyunları üçün hazır vəziyyətə gətirilə bilməməsinin səbəbi artıq ictimaiyyətə açıqlanıb.

Prosesə yanaşma baxımından PFL eyni addımları "Karvan" klubundan da tələb edib. Yevlax təmsilçisi imkanları çərçivəsində öz arenasını oynanılacaq duruma gətirib. Bura qədər isə stadionda Premyer Liqa standartlarına uyğunluq baxımından xeyli problemlər yaranmışdı. Peşəkar Futbol Liqası olaraq, ən adi elementlərə qədər - isti su, avtodayanacaq, çəkiliş meydançaları, media sektor, miks zona, mətbuat konfransı otağı, paltardəyişmə otağı, eləcə də xüsusi önəmli məqamlardan biri kimi qazonla bağlı tələb-məsləhətlərimizi verdik və klub əməl etdi. "Karvan" stadionunun qazonunun FİFA sertifikatı alması yönündə tələblərimizdən çəkilmədik və bütün addımlardan sonra məkanı yoxlama oyunu ilə sınaqdan keçirib razılıq verdik.

Bu gün isə Yevlax təmsilçisi hətta "Kəpəz" klubunun da istifadəsinə imkan yaradıb dəstək olacaq bir məkana sahibdir".

E.Səmədovun dediyinə görə, Premyer Liqanın startı ərəfəsində stadionlar ilə bağlı durum fərqli idi: "Belə ki, Qəbələ şəhər stadionundan yerli komanda ilə yanaşı "Kəpəz", Şamaxı şəhər stadionundan yerli komanda ilə yanaşı "Karvan" klubu istifadə edirdi. "Bayıl Arena" Premyer Liqa üçün qəbul olunmadığına, "Kapital Bank Arena"nın qazonu isə hazır olmadığına görə "İmişli" klubu Quba OİK stadionuna üz tutdu. Amma burada ilkin təftiş zamanı xeyli problemlər aşkarlandı. Bura çəkiliş platformaları, media sektor, miks zona, qazon, soyunub-geyinmə otaqlarında olan problemlər daxil idi. Həmin problemlərin aradan qaldırılması üçün tələb olunan vaxtda AFFA və PFL-in təşəbbüsü ilə "İmişli" 2 oyunluq ev görüşlərini AFFA-dan icarəyə götürdüyü Şamaxı şəhər stadionunda keçirdi və yekun təftişdən sonra ümumi infrastruktur imkanları nəzərə alınaraq "İmişli"yə Quba OİK-də oynamaq icazəsi verildi.

Bəli, biz də qəbul edirik ki, hal-hazırda qış ayları olduğu üçün Quba OİK stadionunun qazonu yaxşı vəziyyətdə deyil, amma biz klubla birlikdə demək olar ki, hər oyundan öncə, hər oyundan sonra qazonun oyunlara nisbətən hazır olması üçün çalışırıq. Quba OİK stadionunda Premyer Liqa oyunlarının keçirilməsi yönündə işlər görüldükdən sonra Peşəkar Futbol Liqası qərar verib, amma qərarın özəyində yuxarıda sadalanan məqamlar və ümumi infrastruktur vəziyyətindən yaranmış ümumi mənzərə dayanıb. "Hazırda klubun başqa stadionda oynamaq şansları necədir" sualı isə təhlil olunmalıdır. Peşəkar Futbol Liqası öz növbəsində "İmişli"nin bu rəqibinə bu, digər rəqibinə başqa imkanların yaradılmasının tərəfdarı deyil. Biz PFL olaraq, idman prinsiplərinin qorunması və hər bir komandaya ortaq şəraitin yaradılmasına çalışırıq".


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 943   Tarix: 16 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Sabah" Bakıda ilk ÇL matçına çıxır

"Sabah" Çempionlar Liqasında ilk ev oyununa çıxır. Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, "Sabah" turnirdə ilk ev oyununa çıxacaq. Azərbaycan çempionu Praqa "Slaviya"sını qəbul edəcək. Bakı Olimpiy

13 oktyabr
.

Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub

Portuqaliyalı hücumçu Kriştianu Ronaldu mineral su istehsalına 10 milyon avro sərmayə qoyub. -ın xəbərinə görə, bu barədə "Sic Noticias" nəşri məlumat verib. Məlumata görə, futbolçunun yeni biznesdə tərəfdaşı olan "Grupo Ouhterinho" şirkəti də oxşar məbləğdə yatırım edib. Layihəy

17 oktyabr
.

"Barselona" "Ştutqart"ın futbolçusu Finn Yelçlə maraqlanır

İspaniyanın "Barselona" klubu Almaniyanın "Ştutqart" komandasında çıxış edən Finn Yelçi heyətinə qatmaq niyyətindədir. "Sport.es"ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik 20 yaşlı müdafiəçini bir neçə aydır izləyir və onun növbət

20 oktyabr
.

"Venesiya" klubu Davide Nikola ilə anlaşdığını açıqlayıb

İtaliya A Seriyası təmsilçisi "Venesiya" klubu Davide Nikola ilə anlaşdığını açıqlayıb. xəbər verir ki, bu barədə İtaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 53 yaşlı mütəxəssislə 2027/2028 mövsümünün sonunadək müqavilə bağlanıb. D.Nikola bu postda A Seriyasının startındakı ardıcı

15 oktyabr
.

Hövsan Yarış Kompleksi FIFA U-15 Dünya Çempionatına tam hazırdır

Paytaxt Bakı bu günlərdə növbəti beynəlxalq idman yarışına - tarixdə ilk dəfə keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi edir. Yarışda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Turnirə ümumilikdə dörd minə yaxın gənc futbolçu, məşqç

23 oktyabr
.

"Feyenoord" avrokuboklarda səfər məğlubiyyətləri üzrə antirekordunu yeniləyib

Niderlandın "Feyenoord" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda İspaniyada "Betis"ə 0:1 hesabı ilə uduzaraq avrokuboklarda ardıcıl 8-ci səfər məğlubiyyətini alıb. UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Rotterdam klubu bu nəticə ilə 2008-2014-cü illərdək

22 oktyabr
.

Hidayət Heydərova çəkisi ilə bağlı qərar vermək üçün vaxt verildi

Azərbaycanın Olimpiya çempionu Hidayət Heydərovun 73 kiloqram, yoxsa 81 kiloqram çəki dərəcəsində mübarizə aparacağına yaxın günlərdə aydınlıq gələcək. xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Bakıda keçirilən cüdo üzrə dünya çempionatının yekunların

12 oktyabr
.

Bakıda snuker üzrə Azərbaycan çempionatı keçiriləcək

Bakıda snuker üzrə Azərbaycan çempionatı keçiriləcək. xəbər verir ki, bu barədə Azərbaycan Bilyard Federasiyasının mətbuat xidməti məlumat yayıb. Heydər Əliyev adına İdman-Konsert Kompleksində oktyabrın 31-dən noyabrın 2-dək baş tutacaq üçgünlük yarışın keçirilməsində məqsəd ölkənin ən güclü idmançıların

19 oktyabr
.

Anar Hacıyev "Qarabağ"dan getdi

"Qarabağ" futbol klubunun İctimaiyyətlə əlaqələr və Media şöbəsinin rəhbəri Anar Hacıyev vəzifəsindən ayrılıb. xəbər verir ki, bu barədə "Qarabağ" klubu məlumat yayıb. Bildirilib ki, Anar Hacıyev öz xahişi ilə vəzifəsindən ayrılıb. Qeyd edək ki, 2023-cü ilin sentyabrından bu vəzifəd

12 oktyabr