Piylənmə zamanı pəhrizlərin səmərəsi varmı? - Həkim açıqladı
"Piylənmə zamanı pəhrizlər çox vaxt davamlı nəticə vermir, çünki orqanizm müdafiə mexanizmlərini işə salaraq maddələr mübadiləsini zəiflədir".
Oxu.Az xəbər verir ki, bunu "İzvestiya" nəşrinə müsahibəsində rusiyalı bariatrik cərrah Pavel Biryukov bildirib.
Onun sözlərinə görə, II və ya III dərəcəli piylənməsi olan bir çox insan problemi sərt pəhrizlərlə müstəqil şəkildə həll etməyə çalışır. Həkim bildirib ki, aidalanma dəyişdikdə çəki azala bilər, lakin bu effekt adətən müvəqqəti olur.
Mütəxəssis izah edib ki, orqanizm kəskin arıqlamanı həyat üçün təhlükə kimi qəbul edir. Nəticədə müdafiə mexanizmləri aktivləşir: maddələr mübadiləsi ləngiyir, aclıq hissi güclənir, hormonal balans dəyişir. Bədən enerjiyə "qənaət etməyə" başlayır və çəkinin azalmasına müqavimət göstərir.
Həkim əlavə edib ki, piylənmə demək olar ki, heç vaxt tək bir səbəbdən yaranmır. Əksər hallarda bu, həddindən artıq qidalanma, genetik meyil, hormonal pozuntular, xroniki stress və azhərəkətli həyat tərzinin birgə təsiridir. Bəzi dərmanların qəbulu da əlavə rol oynaya bilər.
Biryukovun fikrincə, mütəxəssislərin iştirakı olmadan davamlı nəticə əldə etmək çox çətindir. Piylənmənin müalicəsi sadəcə tərəzidəki rəqəmin azalması deyil, qidalanma davranışının dəyişdirilməsi və nəticənin uzunmüddətli qorunmasıdır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ən faydalı və ən zərərli balıq növləri
Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric
29 oktyabrÜzü yumaq üçün ən yaxşı vaxt - Dermatoloqdan tövsiyə
Üz dərisinə qulluq zamanı yalnız istifadə olunan vasitələr deyil, onların tətbiq edildiyi vaxt da əhəmiyyət daşıyır. Dermatoloq Con Kibbi üzün yuyulması üçün səhər və axşam saatlarının əksər insanlar üçün uyğun olduğunu bildirib. Qaynarinfo xəbər verir ki, Kolorado Universitetinin Tibb Məktəbinin dermatologiy
27 oktyabrYumurta qan şəkərinə necə təsir edir?
Yumurta balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər və diabetli insanlar üçün də uyğun məhsullardan sayılır. Tərkibində karbohidratın az olması səbəbindən yumurta qan şəkərinin səviyyəsinə çox cüzi təsir göstərir və yeməkdən sonra qlükozanın kəskin yüksəlməsinə səbəb olmur. Bir iri yumurtanı
17 oktyabrİstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Həftəsonu adi günlərlə müqayisədə bir neçə saat gec oyanmaq artıq çəki, depressiya və əhval dəyişiklikləri riskini artıra bilər. xəbər verir ki, bu barədə terapevt Cina Zarella "Yahoo" nəşrinə açıqlamasında bildirib. Həkimin sözlərinə görə, yuxu rejiminin pozulmasının qarşısını almaq üçün şənb
13 oktyabrGecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Ayaq qıcolmalarına susuz qalmaq, gün ərzində həddindən artıq fiziki yüklənmə
25 oktyabrSağlam ürək üçün yumurtanı belə bişirmək lazımdır
"Ürək sağlamlığı üçün yumurtanı bişirməyin ən faydalı üsulu onu suda qaynatmaqdır". "Qafqazinfo" xəbər verir ki, bu barədə kardioloq Kreyq Basman açıqlamasında bildirib. Mütəxəssis izah edib ki, yumurta tamamilə suda bişirildikdə "pis" xolesterinin səviyyəsini qaldıran əlav
7 oktyabrAlimlər orqanizmin hansı yaşda gücünü itirməyə başladığını müəyyənləşdirdi
Yaşlanma insanın fiziki qabiliyyətlərinə çoxlarının gözlədiyindən daha erkən təsir göstərməyə başlaya bilər. Alimlər müəyyən ediblər ki, yaş artdıqca fiziki göstəricilərin azalması sürətlənir. Bununla belə, yetkin yaşda idmanla məşğul olmağa başlamaq da fiziki göstəriciləri yaxşılaşdıra bilər. Qaynarinf
19 oktyabrQripdən qorunmaq istəyənlər bunu bilməlidir: Peyvənd nə vaxt vurulmalıdır?
Mövsümi qripə qarşı peyvənd xəstəliyin qarşısının alınmasında və yoluxma baş verdiyi halda onun ağır keçməsi riskinin azaldılmasında mühüm rol oynayır. Bununla belə, peyvənd olunan şəxsin də qripə yoluxması mümkündür və qorunma səviyyəsi virusun ştammlarından, peyvəndin həmin mövsümdəki effektivliyində
29 oktyabr