Braziliya futbolunda dava - 23 qırmızı kart verildi
Braziliya futbolunda "Kruzeyro" - "Atletiko-MG" matçında kütləvi dava düşüb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, oyunun ilk yarısının son dəqiqələrində futbolçular arasında başlayan mübahisə qısa müddətdə geniş vüsət alıb.
Belə ki, mübahisə əlavə vaxtda "Atletiko-MG"nin qapıçısı Everson ilə "Kruzeyro"nun yarımmüdafiəçisi Kriştian arasında baş verən epizoddan sonra başlayıb. Bundan sonra hər iki komandanın futbolçuları, ehtiyat oyunçuları və məşqçi heyəti meydana daxil olaraq bir-birinə hücum edib, yumruq və təpiklər atıb.
Hakim insidentdən sonra 12-si "Kruzeyro", 11-i isə "Atletiko-MG" futbolçularına olmaqla rekord sayda - 23 qırmızı vərəqə göstərib.
Bu, Braziliya futbolunda bir oyunda göstərilən ən çox qırmızı vərəqə kimi tarixə düşüb.
Qarşılaşma təxminən 10 dəqiqə dayandırılıb, stadionda vəziyyəti sakitləşdirmək üçün təhlükəsizlik qüvvələri müdaxilə edib. Davada bəzi futbolçuların xəsarət aldığı, qapıçı Eversonun isə başı yarıldığı üçün meydanı tərk etdiyi bildirilir.
Qeyd edək ki, matç 1:0 hesabı ilə "Kruzeyro"nun qələbəsi ilə başa çatıb.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 983 Tarix: 09 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan Premyer Liqasında IV turun təyinatları açıqlanıb
Misli Premyer Liqasında IV turun oyunlarına təyinatlar açıqlanıb. xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Misli Premyer Liqası. I dövrə, IV tur. 4 sentyabr. 18:00. "Qəbələ" - "İmişli". Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə
3 sentyabr"Fənərbaxça" 18 ildən sonra ÇL-ə vəsiqə qazandı
Türkiyənin "Fənərbaxça" klubu 18 illik həsrətə son qoyaraq UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb. "Qafqazinfo" xəbər verir ki, İstanbul təmsilçisi pley-off mərhələsinin cavab oyununda Fransanın "Olimpik Lion" klubunu məğlub edərək bu uğura imza atıb
27 avqust"Sabah"ın yetirməsi Səbuhi Qurbanov "Xankəndi" klubuna keçib
"Sabah" klubunun yetirməsi Səbuhi Qurbanov karyerasını "Xankəndi"də davam etdirəcək. xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. Müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Xatırladaq ki, Səbuhi Qurbanov "Sabah"ın aşağı yaş üzrə və əvəzedicilərdən ibarər komandalarınd
1 sentyabr"Vilyarreal" 3 gənc futbolçusunu komandaya cəlb edib
"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi İspaniyanın "Vilyarreal" klubu akademiyasının 3 yetirməsi - Karlos Masia, Ruben Qomes və Alassan Diattanı komandaya cəlb edib. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Gənc futbolçular 2026/202
1 sentyabrBakıda yeni tribuna quraşdırıldı
"Formula-1" üzrə Azərbaycan Qran-prisi 2026-ya hazırlıq çərçivəsində Bakı Şəhər Halqasında (BŞH) yeni tribuna quraşdırılıb. xəbər verir ki, yerli və xarici azarkeşlərin biletlərə artan tələbatı nəzərə alınaraq istifadəyə verilən "City" tribunası Azərbaycan Dövlət Akademik Musiqil
1 sentyabrAzərbaycan oxatanları Belarusda iki medal qazanıblar
Azərbaycan təmsilçiləri Belarusun Brest şəhərində keçirilmiş P.İ.Klimuk mükafatları uğrunda kamandan oxatma üzrə beynəlxalq turnirdə iki medal qazanıblar. Bu barədə -a Azərbaycan Kamandan Oxatma Federasiyasından məlumat verilib. Fatimə Hüseynli U-21 kateqoriyasının fərdi yarış növündə 622 təsnifat xal
28 avqust