"Teatrın durumu Allahın ümidinə qalıb" - Xəyalə Rəis

"Teatrın durumu Allahın ümidinə qalıb" - Xəyalə RəisSəhnədə işıqlar yanır, pərdə açılır və tamaşa başlayır. Hər bir tamaşa isə cəmiyyətin düşüncəsini, hisslərini və həyat hekayələrini əks etdirən bir aynaya çevrilir. Bu gün Azərbaycanda Milli Teatr Günü qeyd olunur. 10 mart ölkəmizdə peşəkar milli teatrın əsasının qoyulduğu tarix kimi yadda qalıb və hər il sənətin bu mühüm sahəsinin inkişaf yoluna nəzər salmaq üçün bir fürsət yaradır. Bəs, hazırda, Azərbaycanda milli teatrın keçdiyi tarixi yol və bu günkü vəziyyəti necə qiymətləndirilir?

Mövzu İlə bağlı Sonxeber.az-a jurnalist, teatrşünas Xəyalə Rəis danışıb.

O, qeyd edib ki, 153 yaşı tamam olan teatrımızın bu gün böyük və zəngin bir tarixi var:

"153 az rəqəm deyil. Teatr cəmiyyətin aynasıdır. O, sadəcə səhnə və dekorasiyadan ibarət deyil - düşüncənin, mədəniyyətin və ruhun ifadəsidir. Lakin son illərdə müşahidə olunan mənzərə göstərir ki, bəzi teatrlarda yaradıcılıq mühiti sağlam rəqabətdən uzaqlaşıb, şəxsi nüfuz mübarizəsinə çevrilib. Halbuki teatrın əsas məqsədi sənəti inkişaf etdirmək və istedadlı aktyorların potensialını üzə çıxarmaqdır. Təəssüf ki, bəzən idarəçilik problemləri və subyektiv qərarlar bu prosesə mane olur.
Teatr kollektiv sənətdir və burada hər kəs - aktyor, rejissor, dramaturq və texniki heyət - ümumi yaradıcılıq mühitinin formalaşmasına töhfə verməlidir. Lakin bəzi hallarda baş rejissorların və rəhbər şəxslərin özlərini teatrın sahibi kimi aparması bu mühitə mənfi təsir göstərir. Belə bir atmosferdə sağlam fikir mübadiləsi və yaradıcı azadlıq zəifləyir, nəticədə istedadlı aktyorlar teatrdan uzaqlaşmağa məcbur qalırlar".

"Teatrın durumu Allahın ümidinə qalıb" - Xəyalə RəisXəyalə Rəis onu da qeyd edib ki, uzun illər səhnəyə xidmət etmiş sənətkarların narazılığı xüsusilə diqqət çəkir:

"Məsələn, Azərbaycanın tanınmış aktrisalarından biri olan Mehriban Xanlarova-nın "teatrdan çıxarsalar, gedib limon satacam" kimi kəskin ifadə işlətməsi sadəcə emosional reaksiya deyil, sistemdə mövcud problemlərə işarə edən ciddi bir siqnaldır. Ömrünü səhnəyə həsr etmiş sənətkarın belə bir fikri səsləndirməsi teatr mühitindəki narahatlıqların nə qədər dərin olduğunu göstərir.
Teatr sahəsindəki problemlərin yalnız kollektiv daxilində deyil, həm də idarəetmə səviyyəsində araşdırılması vacibdir. Bu baxımdan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi teatrların fəaliyyətinə daha həssas yanaşmalı, yaradıcı mühitin qorunması və istedadlı sənətkarların dəstəklənməsi üçün sistemli addımlar atmalıdır. Dövlətin mədəniyyət siyasətinin əsas məqsədi teatrların inkişafını təmin etmək, yeni nəsil aktyorların yetişməsinə şərait yaratmaq və sənət mühitində ədalətli münasibətin formalaşdırılması olmalıdır.
Teatrın gələcəyi yalnız binanın və ya repertuarın mövcudluğu ilə müəyyən olunmur. Əsas məsələ yaradıcı azadlıq, ədalətli münasibət və sənətə hörmətdir. Bu prinsiplər qorunduğu halda teatr öz əsas missiyasını - cəmiyyətə düşüncə və estetik dəyər bəxş etmək missiyasını - layiqincə yerinə yetirə bilər.
İndiki situasiyada isə teatrın durumu Allahın ümidinə qalıb".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 1599   Tarix: 10 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şarovski II Fəxri xiyabanda dəfn olunacaq

Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi bu gün saat 14:30-da Rus Dram Teatrında keçiriləcək. xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Dəfn mərasimi isə İkinci Fəxri xiyabanda baş tutacaq. Qeyd edək ki, 78 yaşlı A.Şarovski bu gün vəfat edib

9 sentyabr
.

"Kimsə rus bölməsini bağlamaq məsələsini qaldırsa, "döyüşə hazıram""

Kinorejissor Ayaz Salayev səsləndirdiyi fikirlərlə diqqət çəkib. xəbər verir ki, rejissor çıxışında məktəblərdə rus bölməsinin fəaliyyəti ilə bağlı mövqeyini açıqlayaraq bu istiqamətdə hər hansı məhdudiyyətin əleyhinə olduğunu bildirib. O qeyd edib ki, rus bölmələrinin bağlanması məsələsi gündəmə gəlsə

5 iyun
.

Səbinə İskəndər - akvarel sənətinin inkişafına töhfə verən peşəkar rəssam və kurator

Səbinə İskəndər yerli və beynəlxalq bədii sərgilərin təşkili sahəsində zəngin təcrübəyə malik peşəkar rəssam və kuratordur. O, həm Azərbaycanda, həm də xarici ölkələrdə sərgilənən əsərləri, yaradıcı axtarışları və özünəməxsus bədii üslubu ilə seçilir. xəbər verir ki, akvarel sənətinə xüsusi bağlılığ

17 iyun
.

Mehriban Zəkidən Fəxrəddin Manafovla bağlı paylaşım

Xalq artisti Mehriban Zəki həmkarı, Xalq artisti Fəxrəddin Manafovun ad gününü təbrik edib. Axşam.az xəbər verir ki, aktrisa sosial şəbəkədə birlikdə çəkildikləri fotonu paylaşaraq aktyora xoş arzularını ünvanlayıb. "Tərəf müqabilim, müəllimim, dostum. 100 yaşa. Sağlam yaşa. Doğum günün mübarək"

3 avqust
.

Əlikram Bayramov: "İngiltərə uduzanda 2-3 gün özümə gələ bilmədim"

Müğənni Əlikram Bayramov 2026-cı il dünya çempionatında azarkeşlik etdiyi İngiltərə millisinin çempion ola bilməməsindən təəssüfləndiyini bildirib. Sənətçi Qaynarinfo-ya açıqlamasında deyib ki, turnir başlamazdan əvvəl İngiltərənin dünya çempionu olacağını proqnozlaşdırıb:. "Dünya çempionatınd

20 iyul
.

Elçin Cəlilovun məzarından yayılan görüntülər müzakirələr yaratdı - (Video)

Sosial şəbəkələrdə yayılan görüntülər izləyicilərin diqqətini çəkərək geniş müzakirələrə yol açıb. xəbər verir ki, sosial media istifadəçisi Qurban Oruc mərhum sənətkar Elçin Cəlilovun baxımsız vəziyyətdə olan məzarını ziyarət edərək həmin anları lentə alıb. Daha sonra o və yaxınları məzarın ətrafınd

29 iyul
.

Aleksandr Şarovski ilə vida mərasimi keçirilir

Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, vida mərasimi Rus Dram Teatrında baş tutur. Vida mərasimində mərhum sənətçinin ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edirlər. Qeyd edək ki, 78 yaşlı A. Şarovski b

9 sentyabr
.

Rauf Hacıyevin ailəsində itki

Görkəmli Azərbaycan bəstəkarı və dövlət xadimi, Azərbaycan SSR mədəniyyət naziri, SSRİ Xalq artisti Rauf Hacıyevin bacısı oğlu vəfat edib. "Qafqazinfo" xəbər verir ki, onun nəslinin davamçılarından olan Nazim Musayev Göyçay şəhərində dünyasını dəyişib. Mərhum rayonda tanınmış stomatoloqlarda

1 iyun
.

1700 illik nadir "Odisseya" parçası tapıldı

Niderlandda qədim əlyazmaları araşdıran tədqiqatçı kitabxana kolleksiyasındakı kitabların birinin arasında Homerin "Odisseya" əsərindən təxminən 1700 il əvvələ aid nadir fraqment aşkar edib. "Qafqazinfo" xəbər verir ki, Radboud Universitetindən yunan dili üzrə mütəxəssis doktor Mar

18 sentyabr