Gənc qadını boş tikinti sahəsinə aparıb təcavüz etdilər
Muğlanın Bodrum rayonunda qadına qarşı ağır cinayət iddiası ilə bağlı araşdırma aparılır.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisənin Yalıkavak ərazisində baş verdiyi bildirilir. Məlumata görə, Özbəkistan vətəndaşı, 36 yaşlı M.S. avtobus gözləyərkən yanına yaxınlaşan avtomobildəki iki nəfər onu gedcəyi yerə çatdıracaqlarını deyərək maşına mindiriblər. Qadının iddiasına görə, onlar onu yaşayış ünvanına aparmaq əvəzinə tikinti sahəsinə yönəldərək zorla içəri daxil edib, hədə-qorxu gələrək cinsi zorakılığa məruz qoyublar.
Zərərçəkən bildirib ki, hadisə zamanı şəxslərdən biri zorakılığı törədərkən digəri bunu videoya çəkib və şikayət edəcəyi təqdirdə görüntüləri yaymaqla hədələyib. Hadisədən sonra isə onun çantası, telefonu və pul vəsaiti götürülərək ərazidən uzaqlaşıblar.
Tikinti sahəsindən çıxan qadın yaxınlıqdakı evlərdən birinə sığınaraq kömək istəyib. O, təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb və hazırda müalicə altındadır.
Faktla bağlı polis tərəfindən cinayət işi başlanıb, şübhəlilərin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Hadisə ilə bağlı ərazidəki müşahidə kameralarının görüntüləri də araşdırılır.
Qadın hüquqları müdafiəçiləri isə hadisəyə sərt reaksiya verərək, günahkarların tez bir zamanda tapılıb ən ağır şəkildə cəzalandırılmasını tələb ediblər.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 2049 Tarix: 19 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gürcüstanda 13 yaşlı Azərbaycan vətəndaşı əkiz uşaq doğdu: Araşdırma başladı
Gürcüstanın Marneuli rayonunda 13 yaşlı azərbaycanlı yeniyetmə qız əkiz uşaq dünyaya gətirib. xəbər verir ki, bu barədə ictimai fəal Samirə Bayramova məlumat yayıb. O, körpələrdən birinin doğum evində öldüyünü, digərinin vəziyyətinin isə ağır olduğunu qeyd edib. S.Bayramova APA-nın yerli bürosuna bildiri
2 oktyabrQaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Səhər saatlarında Qaradağ rayonu ərazisində qəza baş verib. "Yeni Sabah"a istinadən xəbər verir ki, hərəkətdə olan avtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində yaralıların olduğu bildirilir. İlkin məlumata görə avtobus gənc əsgərləri daşıyırmış
9 oktyabrOtağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı
Şəmkirdə əkiz qardaşlar arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. APA-ya istinadən xəbər verir ki, rayon sakini, 2008-ci il təvəllüdlü N.Quliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, 1
11 oktyabrBakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
Bakıda kişi arvadını ayağından bıçaqlayıb. -a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Lütfi Zadə küçəsində qeydə alınıb. 32 yaşlı Tahir Quliyev (şərti adla) aralarında yaranmış mübahisə zamanı əlindəki bıçaqla arvadının ayağına xəsarət yetirib. Fakt əsasında Tahir polis əməkdaşları tərəfində
3 oktyabrİsmayıllıda ev və köməkçi tikili yanıb
İsmayıllı rayonunun Mican kəndində yanğın hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, kənd sakininə məxsus ümumi sahəsi 150 kvadratmetr olan kürsülü, 6 otaqlı evin 130 kvadratmetr sahəsində yanar konstruksiyalar yanıb. Evə bitişik, ümumi sahəsi 180 kvadratmetr olan köməkç
10 oktyabrDİQQƏT! Sabah İŞIQ OLMAYACAQ - Bu ərazilərdə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 4-də paytaxtın Nəsimi rayonunda 35/6 kV-luq 96 saylı yarımstansiyada 6 kV-luq 2-ci bölmədə təmir işləri həyata keçiriləcək. xəbər verir ki, bu barədə "Azərişıq"
3 oktyabrLənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş
Lənkəranda arvad ərini döyərək bıçaqlayıb. -ın məlumatına görə, hadisə Lənkəran şəhəri ərazisində baş verib. Şəhər sakini Şadil Məmmədov (soyad şərtidir - red.) birinci ailəsindən boşanmış 4 uşaq anası olan Aytənlə evlənib. Bir müddətdən sonra onların bir övladı olub. Bir neçə gün əvvəl Şadil işdən ev
14 oktyabr