Finlandiyada qəribə hadisə: Siçovullar minlərlə abunəçini işıqsız qoydular

Finlandiyada qəribə hadisə: Siçovullar minlərlə abunəçini işıqsız qoydularFinlandiyanın Tampere şəhərində siçovulların yaratdığı fəsad kütləvi elektrik kəsintisinə səbəb olub. Hadisə nəticəsində Hyarmyalya və Rantaperkkiyo rayonlarında "Tampere Energia" şirkətinin təxminən 5 500 abunəçisi enerjisiz qalıb.

Oxu.Az "Aamulehti" qəzetinə istinadən xəbər verir ki, gəmiricilər açıq avadanlıqların üzərinə dırmaşaraq kabel şəbəkəsini zədələyiblər. Şirkətin əməliyyat direktoru Youni Vanxanarkaus bildirib ki, bu, eyni obyektdə baş verən artıq ikinci belə hadisədir.

Qeyd olunur ki, cari qışın əvvəlində də analoji hal qeydə alınmışdı. Hər iki qəzadan sonra hadisə yerində qısaqapanma nəticəsində tələf olmuş siçovullar tapılıb.

"Qışın əvvəlində eyni yerdə nasazlıq yarananda ölü siçovul aşkar etmişdik. Müəyyən korreksiyaedici tədbirlər görməyə çalışsaq da, görünür, bu kifayət etməyib. İndi daha fərqli həll yolları barədə düşünməliyik", - deyə direktor vurğulayıb.

Youni Vanxanarkaus 20 illik fəaliyyəti dövründə belə bir halla qarşılaşmadığını qeyd edib. Onun sözlərinə görə, quşların hava elektrik xətlərində problem yaratması normal sayılsa da, gəmiricilərin yeraltı kabel şəbəkəsinə bu dərəcədə zərər vurması nadir hadisədir.

Məlum olub ki, siçovullar avadanlıqların yaxınlığındakı beton qutunun altında özlərinə yuva qurublar. İlk hadisədən sonra mütəxəssislər həmin boşluğu çınqıl daşla örtməyə çalışıb və xüsusi zəhərlərdən istifadə ediblər, lakin bu tədbirlər gəmiricilərin qarşısını almağa yetməyib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 737   Tarix: 19 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Si Cinpin: Çin, Rusiya və ABŞ-ın İkinci Dünya müharibəsində qələbəsi dünyaya sülh gətirib

Çin Sədri Si Cinpin İkinci Dünya müharibəsində Çin, Rusiya və ABŞ-ın qələbəsinin bütün dünyada sülh və sabitliyin təmin olunmasına xidmət etdiyini bildirib. xəbər verir ki, Si Cinpin bu barədə Çinin Şençjen şəhərində Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampla keçirilən üçtərəfl

19 noyabr
.

ABŞ Tacikistana dəstək üçün 78 milyon dollar ayıracaq

ABŞ Tacikistanla ikitərəfli əməkdaşlıq haqqında beşillik saziş çərçivəsində bu ölkənin səhiyyə sisteminə dəstək üçün 78 milyon dollar ayıracaq. "Report" Tacikistanın Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bu, noyabrın 19-da Düşənbədə Tacikistan və ABŞ arasınd

20 noyabr
.

ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 48,3 milyard dolları ötüb

ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara çəkdiyi xərclər 48,3 milyard dollara çatıb. xəbər verir ki, bu barədə Pentaqonun maliyyə məsələləri üzrə nümayəndəsi Artur Miller açıqlama verib. Onun sözlərinə görə, noyabrın 13-nə olan məlumata əsasən, fevralın sonunda başlayan münaqişə ilə bağl

20 noyabr
.

Aİ-nin Rusiyaya qarşı 22-ci sanksiyalar paketinin hazırlanması başa çatdırılıb

Avropa Komissiyası (AK) Rusiyaya qarşı sanksiyaların 22-ci paketinin hazırlanmasını başa çatdırıb. Paketə 150 fiziki və hüquqi şəxs daxil ediləcək. "Postimees" qəzetinin məlumatına görə, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna bildirib. "22-ci sanksiya paketi hazırdır. Buray

20 noyabr
.

Reuters: "Tayvan Çini seçkilərə müdaxilə etmək üçün minlərlə sosial media hesabından istifadə etməkdə ittiham edir"

Tayvan hakimiyyəti Çinin sosial şəbəkələr vasitəsilə ölkədə keçiriləcək seçkilərə təsir göstərməyə çalışdığını iddia edib. Reuters-ə istinadən xəbər verir ki, Tayvan minlərlə şübhəli hesabla bağlı Meta şirkətinə müraciət edib. Rəsmi açıqlamada 2 500-dən çox hesabın Çinlə əlaqəli təsir kampaniyasını

20 noyabr
.

ABŞ Prezidenti Putinlə danışıqların uğurla keçəcəyinə əminliyini ifadə edib

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə danışıqlarda müsbət nəticələrin əldə ediləcəyinə əminliyini ifadə edib. xəbər verir ki, Tramp Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsindəki ikitərəfli görüşün əvvəlində bildirib. "Düşünürə

19 noyabr
.

GTA VI-nı dünyada ilk onlar oynadılar

Oyun dünyasının 13 ildir səbirsizliklə gözlədiyi "Grand Theft Auto VI" (GTA VI) ilk dəfə Yeni Zelandiyada oyunçuların istifadəsinə verilib. "Qafqazinfo" xəbər verir ki, "Rockstar Games" oyunu bütün dünyada eyni vaxtda deyil, ölkələrin yerli saat qurşaqlarına uyğun olara

19 noyabr
.

Səudiyyə Ərəbistanı Ər-Riyada hücum edən üç Husi raketini vurduğunu bildirib

Yəmənin İranla həmrəy olan Husilərlə mübarizə aparan Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya şənbə günü Ər-Riyada atılan üç ballistik raketi ələ keçirib məhv etdiyini bildirib. Reuters-ə istinadən xəbər verir ki, bu, cümə axşamı günü ən hündür göydələninə zərbə endirildikdən sonra bir neç

21 noyabr
.

Fransa Ukraynaya 2 qırıcı verəcək

Fransa Ukraynaya hərbi dəstək çərçivəsində bu ölkəyə 2 ədəd "Mirage 200-5F" tipli qırıcı təyyarə tədarük edəcək. "Yeni Sabah" xəbər verir ki, rəsmi Parisin bu addımı Ukrayna Silahlı Qüvvələrinin hava məkanını müdafiə etmək qabiliyyətinin artırılması və cəbhə xəttində hava üstünlüyünü

19 noyabr