Vəkil Orxan Kəngərli həbs edildi
Ötən gün polis tərəfindən saxlanılan vəkil Orxan Kəngərliyə məhkəmədə sanksiya təqdimatına baxılıb.
Oxu.Az-ın məlumata görə, "Alyans" Vəkil Bürosunun rəhbəri Orxan Kəngərli sanksiya həbsi ilə baglı hakim qarşısına çıxarılıb.
Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə vəkillə bağlı qərar qəbul edilib. Qərara əsasən, Orxan Kəngərli barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, dünən axşam ""Alyans Vəkil Bürosunun rəhbəri Orxan Kəngərli polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
09:23
Bakıda tanınmış vəkilin saxlanılmasının bəzi təfərrüatı məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri tədbirlərlə 5 nəfər tutulub. Əməliyyat zamanı onlardan xeyli miqdarda güclü təsiredici psixotrop maddələr aşkarlanıb.
Saxlanılan şəxslərdən biri Azərbaycan Vəkillər Kollegiyasının üzvü, "Alyans" Vəkil Bürosunun vəkili Orxan Kəngərlidir. Faktla bağlı Cinayət Məcəlləsinin 240-cı (güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) maddəsi ilə cinayət işi başlanılıb.
09:03
"Alyans" Vəkil Bürosunun rəhbəri, vəkil Orxan Kəngərli saxlanılıb.
Oxu.Az xəbər verir ki, O.Kəngərli polis əməkdaşları tərəfindən tutulub.
İlkin məlumata görə, vəkil qanunsuz narkotik dövriyyəsində ittiham olunur.
Onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün bu gün məhkəməyə çıxarılacağı gözlənilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 100 Tarix: 19 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
Sabah Qəbələnin bəzi ərazilərində qazın verilişində fasilə olacaq. xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilir ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar saat 09:30-dan işlər yekunlaşanadək Qəbələ rayonu Yeni qəsəbə, Şəhriyar, F.Rəhimov, A.Səhhət
18 noyabrÇek verməyən sahibkarları 1000, 3000 və 6000 manat cərimə gözləyir - AÇIQLAMA
Satış zamanı alıcıya kassa çekinin təqdim edilməməsi həm vergi qanunvericiliyinin tələblərinin, həm də istehlakçı hüquqlarının pozulması hesab olunur. Xüsusilə, bəzi satıcıların nağd ödəniş zamanı çek verməkdən yayınması vergidən yayınma və satış dövriyyəsinin gizlədilməsi ehtimalını gündəmə gətirir
18 noyabrBu imtahan ləğv olundu - Ödənişlər geri qaytarılacaq
Dövlət İmtahan Mərkəzi tərəfindən ictimaiyyətin diqqətinə çatdırılmış imtahan qrafikinə əsasən 4 dekabr tarixində BB vəzifə altqrupu və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanının, 13 dekabr tarixində isə A və B vəzifə növü üzrə dövlət qulluğuna qəbul üzrə test imtahanının keçirilməs
18 noyabrXəzərsahili qanunsuz obyektlər söküləcək?
"Hazırkı qanunvericiliyə görə, qanunsuz tikili varsa, o təbii ki, sökülür. Amma söhbət bu ərazidən gedirsə və bu ərazidə tikilinin statusu, hüquqi statusu nədirsə, ona uyğun yanaşma olmalıdır". "Qafqazinfo" xəbər verir ki, bunu Xəzər dənizinin sahilboyu ərazilərinin idarə edilməsini
19 noyabrDəhşətli qəzada ölənlər tanınmış aşığın oğlu və nəvələri imiş - Foto
Dünən axşam saatlarında Qazaxın Aslanbəyli kəndində 4 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəzada həlak olanlar tanınmış aşığın ailə üzvləri imiş. "Qafqazinfo" xəbər verir ki, "Opel" markalı avtomobillə toqquşan "Tofaş"da həlak olan 37 yaşlı Sənan Dərgahquliyev ölkəni
19 noyabrBDU-da ilk rəhbərdən ilk qadın rektora qədər - Sayca 27-cidir
Xəbər verdiyimiz kimi, Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin sədri vəzifəsindən azad edilərək Bakı Dövlət Universitetinə rektor təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla Məleykə Abbaszadə BDU tarixində ilk qadın rektor olub. BDU-nun rektorları siyahısına nəzər saldıqda, Məleyk
19 noyabrVəkil Orxan Kəngərli həbs edildi
Ötən gün polis tərəfindən saxlanılan vəkil Orxan Kəngərliyə məhkəmədə sanksiya təqdimatına baxılıb. -ın məlumata görə, "Alyans" Vəkil Bürosunun rəhbəri Orxan Kəngərli sanksiya həbsi ilə baglı hakim qarşısına çıxarılıb. Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə vəkillə bağlı qərar qəbu
19 noyabr