Netanyahu İranla bağlı gizli əmrlər verdi - Tələskənliyin SƏBƏBİ

Netanyahu İranla bağlı gizli əmrlər verdi - Tələskənliyin SƏBƏBİBinyamin Netanyahu yaxın günlər ərzində İranın müdafiə-sənaye kompleksinə maksimum zərbə endirilməsi barədə göstəriş verərək hava kampaniyasının təcili mərhələsinə start verib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, belə sərt vaxt məhdudiyyəti Tel-Əvivin narahatlığı ilə izah olunur: Vaşinqtonla Tehran arasında diplomatik təmasların sürətlə irəliləməsi döyüş əməliyyatlarının qəfil dayandırılmasına səbəb ola bilər.

Mənbələrin məlumatına görə, İsrail rəhbərliyi Ağ Evin sülh razılaşmasının əldə olunduğunu elan etməsindən əvvəl qalan "imkan pəncərəsi"ndən maksimum istifadə etməyə çalışır. Əmrin icrası üçün son tarix kimi cümə axşamı müəyyən edilib: bu vaxta qədər İsrail Hərbi Hava Qüvvələri İranın silah istehsal edən mümkün qədər çox strateji müəssisəsini vurmalıdır.

Bu tələskənlik İsrailin ABŞ-ın 15 bənddən ibarət sülh planının surətini əldə etməsinə birbaşa reaksiya olub. Həmin plan artıq vasitəçilər vasitəsilə İran tərəfinə təqdim edilib.

Yüksək vəzifəli israilli rəsmilər və insayderlər bildirirlər ki, Donald Tramp ilə İran rəhbərliyi arasında razılaşmanın əldə olunma ehtimalı hazırda çox yüksək qiymətləndirilir. Tel-Əvivdə narahatdırlar ki,

ABŞ prezidenti istənilən an rəsmi sülh danışıqlarının başlandığını elan edə bilər və bu da faktiki olaraq İsrail ordusunun hərəkət imkanlarını məhdudlaşdırar.

Məhz buna görə hədəflərin siyahısı təcili şəkildə genişləndirilib, zərbələrin intensivliyi isə maksimum səviyyəyə çatdırılıb.

Əsas qərarlar ötən çərşənbə axşamı Kiriya qərargahında keçirilən, qapalı və olduqca emosional keçən dar tərkibli hərbi kabinet iclasında qəbul edilib. Anonim mənbələrin məlumatına görə, iclas zalında vəziyyət son dərəcə gərgin olub. Hərbi Hava Qüvvələrinin komandanlığı və kəşfiyyat rəhbərliyi baş nazirə İranın hələ də məhv edilməmiş hərbi infrastruktur obyektlərinin siyahısını təqdim edib. Bunlar mümkün hücumlara moratorium qüvvəyə minməzdən əvvəl zərbə endirilə biləcək hədəflər kimi göstərilib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1310   Tarix: 26 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Lukaşenko Düşənbəyə iti ilə səfər etdi

Belarusun lideri Aleksandr Lukaşenko sentyabrın 15-də Düşənbəyə işgüzar səfərə gedib. -a istinadla xəbər verir ki, Lukaşenko burada Tacikistan prezidenti Emomali Rahman, İrandan olan həmkarı İbrahim Rəisi ilə görüşüb. Məlumata görə, Lukaşenkonun Tacikistana səfərinin formal hissəsindən sonra Belaru

17 sentyabr 2021
.

Bəylə gəlin həm bir-birilərinə, həm də seçdikləri namizədə "hə" dedilər - VİDEO

Rusiyanın Zabaykalsk diyarında gənc cütlük səsvermə zaman elə birbaşa seçki məntəqəsində nikaha girmək qərarına gəliblər. Beləliklə yeni evlilər bir gündə iki vətəndaşlıq borcunu yerinə yetiriblər. Hadisə Çita şəhərində qeydə alınıb. "Gənclərin Rusiyanın gələcəyinə səs verməsinə mane olan səbəblər

18 sentyabr 2021
.

Üç ay əvvəl itkin düşmüşdü - Cəsədi tapıldı

Rusiyanın Oryol bölgəsində üç ay əvvəl itkin düşən 9 yaşlı qızın cəsədi tapılıb. Unikal.org-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb. Bildirilib ki, Viktoriya adlı azyaşlının cəsədi çoxmərtəbəli binanın zirzəmisində aşkar edilib. Müstəntiqlər hadis

15 sentyabr 2021
.

Toyda o qədər pul yığıldı ki, 4 nəfər güclə daşıdı - VİDEO

Siirtdə keçirilən qəbilə toyunda bəyin pulu daşıması görüntüləri böyük maraq doğurub. " "a istinadən xəbər verir ki, çoxlu sayda qonağın iştirak edən toy şəhərin tanınmış simalarından birinin oğlu üçün baş tutub. Bəy pulu daşımaq üçün yanında olan daha 3 nəfərdən kömək istəyib. Bəy və yoldaşlarını

17 sentyabr 2021
.

18 yaşlı tennisçinin geyimi sosial şəbəkələrdə ajiotaj yaratdı - FOTO

"US Open"in qalibi olan britaniyalı tennisçi Emma Radukanunun Açıq Çempionatda geyindiyi idman komplekti böyük ajiotaja səbəb olub. "Böyük Dəbilqə" turinirinin 18 yaşlı çempionu, "Nike" firmasının dar topunda və yubka-şortda korta çıxıb. Məlumata görə, elə həmin günü şirkəti

15 sentyabr 2021
.

72 yaşlı həyat yoldaşından hamilə qalan yaşlı qadın: Bu, möcüzədir, sürprizdir - FOTO

ABŞ-da 62 yaşlı qadın 72 yaşlı ərindən hamilə qalıb. İki uşaq anası olan Cenni adlı bloqqer qadın öz hekayəsini sosial şəbəkələrdə paylaşıb. Qadın qeyd edib ki, son 16 il ərzində menstruasiya dövrünü keçirməsə də hamilə qalmasını möcüzə və sürpriz kimi dəyərləndirir. Lakin bloqqer onun bu yaşda hamil

16 sentyabr 2021
.

Bu ölkədə iki yaşdan yuxarı uşaqların vaksinasiyasına başlanıldı

Kubada 2-10 yaş arasında olan uşaqların vaksinasiyasına başlanılıb. Hazırda Kubada yerli istehsal olan "Abdala" və "Soberana" adlı iki peyvənd var. Hər iki peyvəndin üç dəfə vurulması tələb olunur. Ötən həftə isə hökumət 11-18 yaş arası kubalıların peyvəndləmə prosesinə başlayıb

17 sentyabr 2021
.

Daha bir ölkə sərhədlərini açdı

Çili ölkə səlahiyyətliləri tərəfindən təsdiq edilmiş koronavirus peyvəndi sertifikatı olan əcnəbilərin ölkəyə girişinə qoyulan qadağanı ləğv edib. -ın -a istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb. "Hökumət oktyabrın 1-dən peyvənd edilmiş əcnəbilərin ölkəy

17 sentyabr 2021
.

Təqib etdiyi kişini öldürüb ətrafdakıları da yaraladı - ANBAAN VİDEO

İstanbulun Esenyurt rayonunda daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan kişi küçədə silahlı hücuma məruz qalıb. " "a istinadən xəbər verir ki, hadisə ərazidə olan təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Videoda öldürülən şəxsdən başqa hadisənin yaxınlığında olan qadının da güll

16 sentyabr 2021