Mauro İkardidən "Qalatasaray"a XƏBƏRDARLIQ

Mauro İkardidən "Qalatasaray"a XƏBƏRDARLIQ"Qalatasaray"ın ulduz futbolçusu Mauro İkardi ödənilməyən borc səbəbindən rəhbərliyə rəsmi xəbərdarlıq edib.

Oxu.Az-ın "Milliyet"ə istinadən verdiyi məlumata görə, argentinalı hücumçu bu kəskin addımı imic hüquqlarına əsasən ona çatmalı olan 4 milyon avroluq vəsaiti hələ də ala bilmədiyi üçün atmaq məcburiyyətində qalıb.

Məşhur forvardın qəfil xəbərdarlıq məktubu göndərməsi klub rəhbərliyində həm təəccüb, həm də ciddi narazılıq yaradıb. Xatırladaq ki, hücumçu daha əvvəl də maaşının gecikdirilməsi səbəbindən bənzər yola müraciət etmişdi.

Qeyd edək ki, Mauro İkardi imic hüquqlarına dair sözügedən müqaviləni "Qalatasaray"ın sabiq vitse-prezidenti Erden Timur və klub konqresinin keçmiş üzvü Murat Özkaya ilə bağlayıb. Lakin adıçəkilən şəxslərin həbs olunması səbəbindən ulduz futbolçuya vəd edilən milyonluq vəsaitin ödənişi həyata keçirilməyib.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 601   Tarix: 27 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ederson "Fənərbağça"dan ayrıla bilər - "Əl-Nəsr" iddiası

Türkiyə mətbuatında yayılan xəbərlərə görə, Ederson Moraes "Fənərbağça"dan ayrıla bilər. xəbər verir ki, "Qalatasaray"la oyundan sonra azarkeşlər tərəfindən ünvanlanan tənqidlər futbolçunun klubdan getmək qərarına təsir edib. İddialara əsasən, braziliyalı qapıçı ayrılığa müsbət yanaşır

29 aprel
.

Sabiq "Formula 1" pilotu, dördqat paralimpiya çempionu Alessandro Zanardi vəfat edib

"Formula 1"in keçmiş pilotu, dördqat paralimpiya çempionu Alessandro Zanardi vəfat edib. "Report" xəbər verir ki, bu barədə "Corriere della Sera" məlumat yayıb. O, 60 yaşında həyatını itirib. Qeyd edək ki, Alessandro Zanardi hər iki ayağını 2001-ci ildə CART yarışı zaman

2 may
.

Elvin Cəfərquliyev ilk oyununa çıxdı, qol vurdu - Yenilənib

"Qarabağ"ın əsas heyətindən qovulan Elvin Cəfərquliyev əvəzedici heyətlə ilk oyununa çıxıb. "Qafqazinfo" xəbər verir ki, o, bu gün "Zirə"nin əvəzedici komandasına qarşı keçirilən matçda start heyətdə yer alıb. E.Cəfərquliyev bir neçə müddətdir ikinci komandada məşq ets

1 may
.

Arbeloa Valverde və Tçuameni arasındakı davaya aydınlıq gətirdi

"Real Madrid" klubunun baş məşqçisi Alvaro Arbeloa komandanın yarımmüdafiəçiləri Federiko Valverde və Orelen Tçuameni arasında baş vermiş əlbəyaxa dava ilə bağlı yayılan məlumatlara rəsmi münasibət bildirib. "AS" nəşrinə istinadən xəbər verir ki, Arbeloa "Real Madrid" klub

9 may
.

Misli Premyer Liqası: "Qəbələ" "Qarabağ"a, "Sumqayıt" "Araz-Naxçıvan"a qarşı

Misli Premyer Liqasında XXI turun oyunları davam edir. Qahnarinfo xəbər verir ki, bu gün iki oyun keçiriləcək. Günün ilk matçında "Qəbələ" "Qarabağ"ı qəbul edəcək. Qəbələ şəhər stadionunda baş tutacaq görüşün start fiti 17:00-da səslənəcək. Matçın baş hakimi İnqilab Məmmədov olacaq

9 may
.

Qurban Qurbanovun əsas heyətdən qovduğu oyunçu Belçikaya getdi

"Qarabağ"ın futbolçusu Sami Mmae komandanın düşərgəsini tərk edib. "Qafqazinfo"-nun əldə etdiyi məlumata görə, o, ölkəsinə yollanıb. Belə ki, belçikalı forvard şəxsi işləri ilə əlaqədar baş məşqçi Qurban Qurbanovdan icazə alıb. S.Mmae yenidən Azərbaycana qayıdacaq. Lakin onun Ağda

1 may
.

Avropa ölkəsində 133 oyunun nəticəsi ləğv edilə bilər - SƏBƏB

Niderland futbol çempionatında keçirilmiş ən azı 133 oyunun nəticələri oyunçuların qeydiyyatındakı səhvlərə görə ləğv oluna bilər. xarici mediaya istinadla bildirir ki, bəzi futbolçular İndoneziya, Surinam və Kabo-Verde vətəndaşlığı alaraq həmin ölkələrin milli komandalarında çıxış etmək imkanı qazanıblar

30 aprel
.

"Mançester Yunayted" Mikki van de Veni heyətinə qatmaq istəyir

İngiltərənin "Mançester Yunayted" klubu Niderland millisinin üzvü Mikki van de Veni heyətinə qatmaq istəyir. "Report" "Daily Mail"ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" "Tottenhem"də çıxış edən futbolçunu transfer etməkdə maraqlıdır. Klub rəhbərliy

2 may
.

İki güləşçimiz çempion oldu - Medalların sayı 13-ə çatdı

Azərbaycan güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatını 13 medalla başa vurublar. "Qafqazinfo" xəbər verir ki, yarışın sonuncu günündə sərbəst güləşdə beş çəki dərəcəsində mükafatçılar bəlli olub. Nurəddin Novruzov (61 kq) üçüncü yer uğrunda görüşdə italiyalı Simon

27 aprel