Yaddaşlardan silinməyən FACİƏ

Yaddaşlardan silinməyən FACİƏSon iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanan soyqırımı hadisəsidir. Sovet hakimiyyəti dövründə təxminən 70 il xalqın qan yaddaşını silməyə aramsız cəhdlər göstərilsə də, bu, mümkün olmadı və nəhayət ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı.
Ulu Öndər Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi, 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Ekspertlərin digər arxiv sənədləri əsasında apardıqları hesablamalara görə, 1918-ci ilin mart-aprel aylarında təkcə Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlı qətlə yetirilib. Digər bir mənbədə isə Şamaxının 72 kəndində ermənilərin 7 min nəfəri, o cümlədən 1653 qadın və 965 uşağı öldürdüyü bildirilir. Bakıda bir həftə ərzində 12 mindən çox insan, vəhşicəsinə qətlə yetirilib. Azərbaycanlıların soyqırımı təkcə Bakı və Şamaxıda deyil, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi.
Ermənilərin azərbaycanlılara qarşı soyqırımları XX əsrin sonlarında bir daha təkrarlandı. 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə nəticələndi.
Ulu Öndər Heydər Əliyevin tarixi Fərmanından ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.
Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunub.
Nəhayət ki, 2020-ci ilin sentyabrında 44 günlük Vətən müharibəsi günlərində Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi düşmənimiz üzərində Şanlı Qələbə qazandı, 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi. Bununla da düşməni darmadağın edən ordumuz bütün şəhidlərimizin, bəşər tarixində ən qanlı cinayətlərdən biri olan 31 mart soyqırım qurbanlarının qisasını aldı. Bu da hər bir Azərbaycanlıda sevinc və fərəf hissi doğurur.

Həcər Verdiyeva - Tarix elmləri doktoru, professor


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 599   Tarix: 31 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Hazırda Avropada müşahidə olunan proses daha çox yeni təhlükəsizlik balansının axtarışıdır" - BƏHRUZ QULİYEV

"Avropa ölkələrinin liderləri arasında Vladimir Putinlə birbaşa dialoqun bərpası məsələsinin yenidən gündəmə gəlməsi, əslində, Avropanın təhlükəsizlik və xarici siyasət strategiyasında yeni mərhələnin başlandığını göstərir. Mən bunu Rusiyaya qarşı yürüdülən siyasətdən geri çəkilmə kimi deyil, mövcu

26 noyabr
.

Kəlbəcərdən reportaj: Dağların qoynunda yenidən doğulan həyat - Zəfərin, qayıdışın və dirçəlişin ünvanı

Kəlbəcər. Bu ad Azərbaycan xalqının yaddaşında təkcə möhtəşəm dağları, buz bulaqları, zəngin təbiəti və qədim tarixi ilə deyil, həm də ağrı-acı, həsrət, mübarizə və böyük Zəfər salnaməsi ilə yaşayır. İllərlə doğma yurdlarından ayrı düşən insanların qəlbində Kəlbəcər bir ümid, bir gün geriyə dönmək arzus

25 noyabr
.

Prezident Estoniya XİN rəhbərini qəbul etdi - Foto

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Estoniyanın xarici işlər naziri Marqus Tsahknanı qəbul edib. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı dövlət başçısı ilə Estoniyanın xarici işlər nazirinin ötən il Bakıdakı görüşü məmnunluqla xatırlandı. Azərbaycanla Estoniya arasında münasibətləri

27 noyabr
.

İlham Əliyev Maka Boçorişvilini qəbul etdi - Foto

Prezident İlham Əliyev bu gün Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvilini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qonaq Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin və Baş nazir İrakli Kobaxidzenin salamlarını Prezident İlham Əliyevə çatdırıb. Dövlət başçısı salamlar

24 noyabr
.

Kəlbəcər Şəhəri Günü

Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Kəlbəcər "toponiminin mənşəyi qədim türk dilində "çay üstündə qala" deməkdir. Kevli "çayın üstü", çer/car "qala" mənasını verir. Kəlbəcərdəki oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarını

23 noyabr
.

"Dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

Prezident İlham Əliyev Mavritaniya Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuaniyə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Mavritaniya İslam Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütü

28 noyabr
.

Məsud Pezeşkian İranda Qərbi Azərbaycana qarşı ədalətsizlikdən danışdı - Video

İran Prezidenti Məsud Pezeşkian ölkənin əyalətləri arasında mövcud olan sosial-iqtisadi bərabərsizlikdən bəhs edərək, Qərbi Azərbaycan ostanının digər bölgələrdən geri qalmasını nümunə göstərib. xəbər verir ki, bu barədə İranın "Fars" informasiya agentliyi məlumat yayıb. Dövlət başçısının sözlərin

21 noyabr
.

İlham Əliyev: "Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır"

"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Hanoyda rəsmi naharda çıxışı zamanı deyib. Dövlətimizin başçısı vurğulayıb ki, keçən il Prezident To Lamın ölkəmizə dövlət səfəri zamanı qəbul edilən "Azərbayca

21 noyabr
.

İlham Əliyev İtaliya Nazirlər Şurası sədrinin müavinini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də İtaliya Respublikasının Nazirlər Şurası sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayanini qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqınd

23 noyabr