Bu ailə davranışları uşaqları məktəbdə zorakılığa sövq edir - ARAŞDIRMA
Valideynlərin uşaqlarına tez-tez dediyi "Sənə vurana sən də vur", "Özünü əzdirmə" kimi ifadələr onların münaqişələri zorakılıq yolu ilə həll etməsinə səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, ailədə fiziki şiddət, sərt tərbiyə üsulları və uşağa qarşı emosional laqeydlik məktəbdə həmyaşıdlarına qarşı zorakılıq davranışlarını gücləndirən amillərdəndir.
Sonxeber.az xəbər verir ki, bu barədə Türkiyənin TRT Haber telekanalı məlumat yayıb.
Uşaq və yeniyetmə psixiatriyası üzrə mütəxəssis Alper Alnakın sözlərinə görə, uşaqların zorakılığa meyilli olmasında ailə mühiti mühüm rol oynayır. Xüsusilə evdə problemlərin fiziki güc və aqressiya ilə həll edilməsi uşağın da bu davranışları nümunə götürməsinə səbəb olur.
Mütəxəssis qeyd edib ki, uşağa qarşı soyuq münasibət, davamlı tənqid, emosional ehtiyaclarının qarşılanmaması və onun məktəb həyatına maraq göstərilməməsi də risk yaradan amillərdir.
Bununla yanaşı, uşağa heç bir sərhəd qoyulmaması, bütün istəklərinin yerinə yetirilməsi də problemə çevrilə bilər. Belə mühitdə böyüyən uşaqlar başqalarının hüquq və ehtiyaclarını anlamaqda, empatiya qurmaqda çətinlik çəkə bilərlər.
Alnak valideynlərə uşaqlarını zorakılığa zorakılıqla cavab verməyə təşviq etməməyi tövsiyə edib. Onun fikrincə, uşağa özünü qorumağı, təhlükəli vəziyyətdən uzaqlaşmağı və müəllimlərdən və ya digər etibarlı böyüklərdən kömək istəməyi öyrətmək daha doğrudur.
Mütəxəssis valideynlərin övladlarının davranışlarını diqqətlə izləməsinin vacibliyini də vurğulayıb. Uşağın məktəbdə təkrar intizam problemləri yaşaması, evə özünə aid olmayan əşyalar və ya izah edə bilmədiyi pullar gətirməsi diqqət tələb edən əlamətlər ola bilər.
Alnak bildirib ki, uşağın zorakılıq etdiyini öyrənən valideynlər ona qışqırmamalı, alçaltmamalı və hamının qarşısında utandırmamalıdırlar. Problemin həlli üçün uşağa anlayışla yanaşmaq və davranışının səbəblərini araşdırmaq vacibdir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 45 Tarix: 26 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNiyə bazar ertəsi özümüzü yorğun hiss edirik?
Həftəsonu istirahətindən sonra özünü daha yorğun hiss etməyin iki əsas səbəbi var. xəbər verir ki, rusiyalı nevroloq Olqa Butenko -ya açıqlamasında bu halın əsas səbəblərini açıqlayıb. Həkimin sözlərinə görə, ilk səbəb həftəsonu yuxu rejiminin pozulmasıdır. Gec yatıb günortaya qədər yatmaq bioloji saatı
21 noyabrQabarcıqlı sellofan əslində nə üçün icad edilmişdi? - Maraqlı tarixçə
Bu gün kövrək əşyaların qablaşdırılmasında əvəzolunmaz vasitə olan qabarcıqlı sellofanın ilk istehsal məqsədi tamamilə fərqli olub. xəbər verir ki, məhsulun tarixi 1957-ci ildə ABŞ-ın Nyu-Cersi ştatında başlayıb. Mühəndis Alfred Fildinq və isveçrəli ixtiraçı Mark Şavann müasir görünüşlü plastik diva
21 noyabrEvi daha təhlükəsiz edən 12 yapon vərdişi
Evdə təhlükəsizliyi təmin etmək üçün həmişə bahalı avadanlıqlara və böyük dəyişikliklərə ehtiyac olmur. Əşyaların düzgün yerləşdirilməsi, uyğun işıqlandırma və gündəlik vərdişlər xüsusilə yaşlı insanların həyatını asanlaşdıra bilər. xarici mediaya istinadla xəbər verir ki, yapon məişətində evin rahatlığın
22 noyabrValideynlərin telefondan çox istifadəsi uşaqların nitq inkişafını ləngidə bilər
Valideynlərin işdənkənar vaxtlarda mobil telefondan istifadə etməsi məktəbəqədər yaşlı uşaqların nitq inkişafına mənfi təsir göstərə bilər. Araşdırmaçılar bildirirlər ki, rəqəmsal cihazlara həddindən artıq diqqət uşaqlarla canlı ünsiyyət imkanlarını azaldır. xəbər verir ki, bu nəticə Portuqaliyada RISE-Healt
24 noyabrSəhərlər zəngli saatı 5 dəqiqə ertələməyin - Zərəri açıqlandı
"Zəngli saatı beş dəqiqə ertələyib yenidən yatmaq vərdişi səhəri daha da ağırlaşdırır. İnsan əlavə istirahət əvəzinə kəsik-kəsik yuxu alır və nəticədə özünü əzgin hiss edir". "Qafqazinfo" xəbər verir ki, bu barədə həkim-somnoloq Pavel Kudinov bildirib. Mütəxəssisin sözlərinə görə
19 noyabrQədim Misirdə müqəddəs sayılan pişiklərə qarşı amansız rəftar edilib
Qədim Misirdə ilahə Bastetin simvolu hesab olunan və mumiyalanaraq məbədlərə təqdim edilən pişiklərin heç də yaxşı şəraitdə yaşamadığı məlum olub. Alimlər onların sıxlıq, xəstəlik və insan zorakılığına məruz qaldığını üzə çıxarıblar. xəbər verir ki, bu barədə elmi araşdırmaya istinadən məlumat yayıb
19 noyabrHər gün qəhvə içmək üçün daha bir səbəb
Kopenhagen Universitetində aparılan son elmi araşdırma müntəzəm qəhvə istehlakının həzm sisteminə birbaşa təsir göstərdiyini ortaya qoyub. "Qafqazinfo" xəbər verir ki, "Gut Microbiology" jurnalında dərc edilən tədqiqata görə, qəhvə içmək bağırsaq hərəkətləri, yoğun bağırsaq sancılar
18 noyabr