Alış-veriş xəstəliyi faciə ilə bitdi: Qadın evində, aldığı əşyaların altında qalaraq öldü

Alış-veriş xəstəliyi faciə ilə bitdi: Qadın evində, aldığı əşyaların altında qalaraq öldüİtalyanın Verona şəhərində psixoloji mənşəli dispozofobiya xəstəliyi növbəti dəfə faciə ilə nəticələnib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, 57 yaşlı Maria R. uzun illər ərzində topladığı əşyaların altında qalaraq öz evində həyatını itirib.

Məlumata görə, qadından bir neçə gün xəbər ala bilməyən sevgilisi vəziyyətdən narahat olaraq aidiyyəti qurumlara müraciət edib. Hadisə yerinə gələn xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları mənzilə daxil olmaqda çətinlik çəkiblər. Belə ki, giriş qapısının arxası tamamilə müxtəlif əşyalarla dolu olub.

Qapını güclə açan xilasedicilər evin içərisində də eyni mənzərə ilə qarşılaşıblar. Mənzilin hər tərəfi bit bazarlarından və internet üzərindən alınmış paketlər, çantalar və müxtəlif əşyalarla dolu olub, ev rəsmən anbara çevrilib.

Aparılan ilkin araşdırma zamanı Maria R.-nin meyiti əşyaların sıx yığıldığı, demək olar ki, keçilməz vəziyyətə düşmüş bir hissədə aşkarlanıb. İlkin ehtimallara görə, qadın üzərinə aşan ağır əşya yığınlarının altında qalaraq hərəkətsiz vəziyyətdə sıxılıb və havasızlıqdan dünyasını dəyişib. Onun yardım istəmək imkanının olmadığı güman edilir.

Bildirilir ki, dispozofobiyadan əziyyət çəkən qadın evinə kənar şəxslərin daxil olmasına icazə vermirmiş. O, mənzil daxilində yalnız özünün bildiyi dar keçidlərdən ibarət bir növ "labirint" yaradıb. Bu isə hadisə zamanı kənardan müdaxiləni demək olar ki, mümkünsüz edib.

Mütəxəssislər qeyd edirlər ki, dispozofobiya kimi tanınan bu psixoloji pozuntu vaxtında müdaxilə edilmədikdə həm insanın sosial həyatına, həm də fiziki təhlükəsizliyinə ciddi risklər yarada bilər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 809   Tarix: 03 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kərə yağını uzun müddət təzə saxlamağın yolları

Kərə yağının uzun müddət təzə, dadlı və ətirli qalması üçün onun düzgün saxlanılması vacibdir. Soyuducuda və dondurucuda bəzi sadə qaydalara əməl etməklə məhsulun keyfiyyətini daha uzun müddət qorumaq mümkündür. xarici mediaya istinadən xəbər verir ki, kərə yağı ilk baxışdan xüsusi saxlama şəraiti tələ

11 oktyabr
.

Pulsuz internet rahatlıqdır, yoxsa məlumatlar üçün risk? - Video

Bakının müxtəlif yerlərində - restoranlarda, hotellərdə və digər obyektlərdə pulsuz və ya şifrəsiz "Wi-Fi" şəbəkələrinə rast gəlmək mümkündür. Lakin bir neçə saniyə ərzində qoşulduğumuz belə şəbəkələrdən ehtiyatsız istifadə şəxsi və maliyyə məlumatlarımız üçün təhlükə yarada bilər. xəbər veri

4 oktyabr
.

A frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?

A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri

5 oktyabr
.

Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR

Turşunun diri və sərt qalmasını təmin edən təbii vasitələrdən ən məşhuru üzüm və palıd yarpaqlarıdır. Bu yarpaqlardakı taninlər tərəvəzlərin toxumasını qorumağa kömək edir. Bankaya əlavə edilən noxud fermentasiya prosesini sürətləndirir, limon suyu və ya limon duzu isə turşunun turşuluq balansını qoruyara

11 oktyabr
.

Pulsuz "Wi-Fi" sizə baha başa gələ bilər - Səbəb

Bakıda restoran, hotel və digər ictimai məkanlarda parolsuz "Wi-Fi" şəbəkələrindən istifadə geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, belə şəbəkələrə ehtiyatsız qoşulmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi ilə nəticələnə bilər. xəbər verir ki, Baku TV-nin sorğusund

3 oktyabr
.

Ailənin 20-ci övladı idi, yeriyə bilmirdi - Dünyanın ən sürətli qadının HƏYATI

Dünyanın ən sürətli qadınlarından biri kimi tarixə düşən Vilma Rudolfun həyatı adi idman uğuru hekayəsindən çox fərqlənir. O, 20 yaşında üç Olimpiya qızılı qazanaraq adını idman tarixinə yazdırıb. Halbuki uşaqlığında keçirdiyi poliomielit səbəbindən uzun müddət ayağında xüsusi aparatla yaşamaq məcburiyyətind

4 oktyabr
.

Telefonda zəng müddətini necə uzatmaq olar?

Smartfonda bir çox parametri dəyişmək mümkündür: əsas ekranın görünüşündən tutmuş zəng melodiyasına qədər. Amma gələn zəngin səsli poçta yönləndirilməzdən əvvəl neçə saniyə davam edəcəyini seçmək üçün ayrıca ayar adətən olmur. xəbər verir ki, zəngin müddətini dəyişmək mümkündür, lakin bunu telefonu

4 oktyabr
.

Uşaqları kitab oxumağa necə cəlb etmək olar? - Psixoloqdan mühüm tövsiyələr

"Kitablara maraq yalnız oxumaq bacarığının mənimsənilməsi ilə yaranmır. Əsas məsələ uşağın kitabları yeni məlumatlar əldə etmək və düşünmək üçün vasitə kimi qəbul etməsidir". xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında psixoloq Darya Misiyukova bildirib. Mütəxəssisin sözlərinə görə

11 oktyabr
.

Yemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu

Yemək bişirərkən qaz gözünü qabın ölçüsünə uyğun seçməmək əlavə qaz sərfiyyatına səbəb olur. Kiçik görünən bu səhv zamanla xərcləri artıra bilər. Qaza qənaət etməyin ən sadə yollarından biri qazanın və ya tavanın ölçüsünə uyğun qaz gözündən istifadə etməkdir. Kiçik qazanı böyük qaz gözünün üzərinə qoyma

11 oktyabr