Yuxudan sonra keçməyən yorğunluq hansı xəstəliklərin əlaməti ola bilər?
Kifayət qədər dincəlməyə və yatmağa baxmayaraq, insanı tərk etməyən daimi yorğunluq hissi orqanizmdəki müəyyən pozuntuların göstəricisi ola bilər.
Oxu.Az xəbər verir ki, rusiyalı həkim-terapevt Şota Kalandia "İzvestiya" nəşrinə müsahibəsində bu problemin kökləri və yuxu keyfiyyətinin artırılması yolları haqqında məlumat verib.
Mütəxəssisin sözlərinə görə, ilk növbədə orqanizmdə dəmir, həmçinin D və B qrupu vitaminlərinin defisitini aradan qaldırmaq lazımdır. Sözügedən elementlər əzələlərin işində, sinir sisteminin fəaliyyətində və enerji mübadiləsində mühüm rol oynayır. Onların çatışmazlığı təkcə halsızlıqla deyil, həm də başgicəllənmə, əsəbilik və diqqət dağınıqlığı ilə müşayiət oluna bilər.
Yuxunun müddəti qədər keyfiyyəti də vacibdir. İnsan 7-8 saatlıq yuxu normasına əməl etsə də, proses kəsintili ola bilər. Məsələn, obstruktiv yuxu apnesi zamanı tənəffüsdə qısamüddətli dayanmalar baş verir ki, bu da orqanizmin tam bərpasına imkan vermir.
Endokrinoloji amillər sırasına isə qalxanabənzər vəzinin fəaliyyət pozuntuları, xüsusilə də hipotiroidizm aiddir. Bu hal metabolizmin ləngiməsi, enerjinin düşməsi və ümumi əzginliklə nəticələnir.
Ş.Kalandia bildirib ki, ehtimal edilən digər səbəb xroniki stresdir. Qanda kortizol hormonunun davamlı olaraq yüksək qalması daxili ehtiyatları tükəndirir. Bundan başqa, daimi yorğunluq aşağıdakı xəstəliklərin ilkin əlaməti ola bilər:
- Prediabet və şəkərli diabet (hüceyrələrin enerjisiz qalması);
- Arterial hipertenziya (ürək-damar xəstəlikləri);
- Mədə-bağırsaq xəstəlikləri (qastrit, qaraciyər patologiyaları);
- Autoimmun proseslər.
Halsızlıq, həmçinin hərəkətsiz həyat tərzi, qeyri-sağlam qidalanma və gün ərzində az su içməklə də bağlı ola bilir.
Terapevt xəbərdarlıq edib ki, əgər yorğunluq hissi bir neçə həftə davam edərsə və həyat keyfiyyətini aşağı salarsa, buna laqeyd yanaşmaq olmaz. Belə hallarda mütləq mütəxəssisə müraciət edərək zəruri tibbi müayinələrdən keçmək tövsiyə olunur.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 446 Tarix: 09 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yayın görünməyən təhlükəsi: Bəzi qidalar sizi zəhərləyə bilər
"İsti aylarda qida zəhərlənmələri və bağırsaq infeksiyalarına yoluxma təhlükəsi əhəmiyyətli dərəcədə artır". xəbər verir ki, bunu RT-yə rusiyalı diyetoloq Anastasiya Lebedeva deyib. "Bu halın əsas səbəbi qidaların keyfiyyətinin aşağı düşməsi deyil, yüksək hərarət, saxlama qaydalarını
24 mayEvi təmizləyəndə çıxan toz da hantavirus yarada bilər
Qızdırma, baş ağrısı və nəfəs darlığı - bunlar asanlıqla qriplə qarışdırıla bilən simptomlardır. Lakin bəzən bu əlamətlərin arxasında daha təhlükəli diaqnoz hantavirus infeksiyası dayanır. Hantavirus Bunyaviridae ailəsinə aid mikroorqanizmdir və hantavirus infeksiyasına səbəb olur. Bu ciddi xəstəli
24 mayBir ay taleyinizdən şikayət etməyi dayandırsanız, həyatınızda nə dəyişər?
Heç fikir vermisinizmi ki, daim narazı olan biri ilə söhbətdən sonra sanki enerjiniz tükənir və heç kimi görmək istəmirsiniz? Şikayət etmək bir növ virus kimidir - havadan yoluxur. xarici mediaya istinadən xəbər verir ki, alimlər daim şikayət etmə vərdişinin beynin neyron əlaqələrini dəyişdirdiyi qənaətin
26 mayDünyanın ən uzun çayında niyə körpü yoxdur? - 2 əsas səbəb
Dünyanın ən uzun çayı olan Amazon çayı Peru, Kolumbiya və Braziliya ərazisindən keçərək təxminən 6400 kilometr uzanır. Təəccüblü olsa da, bu çayın üzərində rəsmi olaraq heç bir körpü yoxdur. Qaynarinfo xəbər verir ki, bu barədə ng.24.hu saytı yazır. Sürixdəki İsveçrə Federal Texnologiya İnstitutunu
26 may13 yaşlı çoban eşşəyini yağışdan qorumaq üçün görün nə etdi
Türkiyənin Yozqat vilayətində 13 yaşlı çoban Alperenin davranışı sosial şəbəkələrdə rəğbətlə qarşılanıb. Güclü yağış altında heyvanlarını otaran yeniyetmə eşşəyinin xəstələnməməsi üçün öz geyimini onun üstünə örtüb. xarici mediaya istinadən xəbər verir ki, Sorgun rayonunun Araplı qəsəbəsində yaşaya
25 mayDünya çempionatının ən yaxşı oyunçusu adına favorit AÇIQLANDI
Bukmekerlər 2026-cı il Dünya çempionatının ən yaxşı oyunçusu mükafatını qazanmağa namizədi açıqlayıblar. -ın xarici mediaya istinadən məluamtına görə, analitiklər İngiltərə millisinin hücumçusu Harri Keyni turnirin ən yaxşı oyunçusu mükafatına əsas namizəd kimi göstəriblər. Onun qalib gəlmək şansı 8.00-dür
26 mayNiyə parlaq yuxulardan sonra özümüzü yorğun hiss edirik? - Alimlərin cavabı
Bir çox insan ən azı bir dəfə parlaq və emosional yuxularla dolu gecədən sonra tam yorğunluq hissi ilə oyanıb. Alimlər bildirirlər ki, səbəb yuxunun məzmunundan çox, yuxunun keyfiyyəti və beynin istirahət zamanı necə işləməsi ilə bağlıdır. Qaynarinfo xəbər verir ki, bu barədə "The Independent"
29 mayYanınızdakı insanın narsist olduğunu göstərən yeddi əsas XÜSUSİYYƏT
Yüksək səviyyədə narsisizmə sahib insanlar çox vaxt oxşar davranış və xarakter xüsusiyyətləri nümayiş etdirirlər. xarici mediaya istinadən xəbər verir ki, psixoloqlar yüksək narsisizm səviyyəsinə işarə edə biləcək yeddi vərdişi sadalayıb. Birinci xüsusiyyət - insanın daim özünü haqlı hesab etməsidir
25 may