Repçini öldürüb meyitini tualetə atdılar
Argentinada tanınmış repçi evinin həyətində yerləşən tualetdə ölü tapılıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, 58 yaşlı Mayk Di (əsl adı Roberto "Tito" Martin Alerutso) bir neçə gün əvvəl itkin düşüb. Dostları və qonşuları buna görə həyəcan təbili çalıblar.
İki günlük axtarışlardan sonra onun cəsədi tualetdə aşkar edilib. Üzəri təxminən 15 santimetrlik torpaq və tikinti tullantıları ilə örtülmüş vəziyyətdə olub.
İlkin tibbi müayinə ağır kəllə-beyin travması və digər xəsarətlərin olduğunu göstərib.
Polis hadisə ilə bağlı iki şübhəlini saxlayıb. 29 yaşlı Xoel Ramses Baladan martın 31-də reperlə birlikdə görülüb. Şahidlərin sözlərinə görə, üzü qana bulaşmış musiqiçi Baladana işarə edərək onun tərəfindən döyüldüyünü və telefonunun oğurlandığını qışqırıb. İkinci şəxs 33 yaşlı Pablo Qarsiya isə özü könüllü şəkildə təslim olub. Hər ikisi günahını inkar edir və məsuliyyəti bir-birinin üzərinə atır.
Məlumata görə, qətl baş verən gün Baladan mağazaya daxil olaraq paltardan qanı daha yaxşı necə təmizləmək barədə soruşub və bunu guya qəssabxanada işləməsi ilə izah edib. İstintaq hesab edir ki, cinayətin motivi musiqiçinin əmlakını ələ keçirmək istəyi olub.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 581 Tarix: 10 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Divandakı pis qoxu və ləkələri aparan vasitə
Mətbəxdə istifadə etdiyimiz qida sodası və qab yuyan vasitə divanın üzərindəki köhnə ləkələri təmizləməyə, xoşagəlməz qoxunu azaltmağa kömək edə bilər. xəbər verir ki, təmizliyə başlamazdan əvvəl seçilən vasitə divanın görünməyən kiçik hissəsində sınaqdan keçirilməlidir. Parçanın rəngi və quruluşu dəyişmirsə
27 avqustBahalı kremlərə ehtiyac yoxdur - Gözaltı qaralardan qurtulmağın sadə yolu
Gözaltı qaralmaları yorğun və solğun görünüşə səbəb ola bilər. Lakin bu problemin qarşısını almaq üçün mütləq bahalı kosmetik məhsullardan istifadə etmək lazım deyil. Evdə tətbiq edilə bilən sadə üsullardan biri 10 dəqiqə ərzində gözaltı nahiyəsinə soyuq kompres tətbiq etməkdir. xəbər verir ki, soyu
29 avqustZolaq xətlərinin sarı olmasının vacib səbəbi var imiş
Sürücülərin hər gün qarşılaşdığı sarı yol xətləri sadə bir bələdiyyə seçimi və ya estetik toxunuş deyil. Yol hərəkəti mühəndisliyi və insan biologiyasının birgə işi ilə müəyyən edilən bu rəng çətin hava şəraitində həyat qurtaran kritik bir funksiyaya malikdir. xəbər verir ki, insan gözü spektrdəki bütü
30 avqustHəkim yaşlı qadınlarda xərçəngin qeyri-aşkar əlamətini açıqladı
Tanınmış rusiyalı həkim və televiziya aparıcısı Aleksandr Myasnikov yaşlı qadınlarda xərçəngin qeyri-aşkar əlamətlərindən birini açıqlayıb. xəbər verir ki, mütəxəssis bu barədə "Rossiya 1" telekanalında danışıb. Həkim vurğulayıb ki, yaşlı qadınlar dəmir çatışmazlığı anemiyasına diqqət yetirməlidirlər
30 avqustPəncərənin ağzına duzlu su qoyun - Pis enerjilərdən qoruyan İNANC
Qapının və ya pəncərənin yanında bir stəkan duzlu su saxlamaq qədim xalq inanclarında evi qorumaq, mənfi təsirlərdən uzaqlaşdırmaq və yeni başlanğıcları simvolizə edən adətlərdən biri olub. xarici mediaya istinadən xəbər verir ki, xüsusilə qədim macar inanclarında duza yalnız qida məhsulu kimi deyil
28 avqustKişiləri zəhərləyib öldürən 20 yaşlı qıza ÖMÜRLÜK CƏZA
Cənubi Koreyada birinci instansiya məhkəməsi seriyalı qatil kimi tanınan Kim So Yonu ömürlük azadlıqdan məhrum edib. xarici KİV-ə istinadla bildirir ki, 20 yaşlı qız iki kişini öldürməkdə və daha dörd nəfərin sağlamlığına ağır zərər vurmaqda təqsirli bilinib. O, sakitləşdirici və yuxugətirici dərmanları
27 avqustMaşında ürəkbulanma niyə yaranır? - SƏBƏB
Avtomobildə yol gedərkən ürəkbulanma, başgicəllənmə və hətta qusma ilə qarşılaşan insanlar az deyil. Xalq arasında "maşın tutması" adlandırılan bu vəziyyət hərəkət xəstəliyi kimi tanınır. xəbər verir ki, hərəkət xəstəliyi zamanı ürəkbulanma ilə yanaşı baş ağrısı, soyuq tər və halsızlıq da müşahid
30 avqustGecikmiş səhər və şam yeməyi ürək-damar xəstəlikləri riskini artırır
Orqanizmin vəziyyəti insanın qəbul etdiyi qidadan birbaşa asılıdır. Məlum olub ki, qidalanma rejimi də sağlamlığa təsir göstərir. Səhər və şam yeməyinin gecikdirilməsi ürək-damar xəstəliklərinin inkişafı riskini artıra bilər. Xüsusilə yaşlı insanlar bu baxımdan risk qrupuna daxildirlər. xəbər verir ki
28 avqust