Bir dilim qızardılmış çörəklə başladı: İndi qapısında növbədir

Bir dilim qızardılmış çörəklə başladı: İndi qapısında növbədirAcı mayalı çörəyi kərə yağı ilə qızardıb peçenyeyə qatan şef, çörəkçilik dünyasını bir-birinə qatıb.

Milli.Az xəbər verir ki, hər şey bir dilim qızardılmış çörəklə başlayıb, indi isə çörəkxanaların qarşısında növbələr yaranır. Londonlu şirniyyatçı şef Lunqi Mlanqanın "Kərə yağlı tost peçenyeləri" sadəcə sosial mediada səs-küy salmayıb, eyni zamanda nəhəng peçenye zəncirlərini və Hollivud ulduzlarının da diqqətini cəlb edib.

Mlanqa uşaqlığımızın ən sadə ləzzəti olan kərə yağlı tostu mürəkkəb bir qənnadı məhsuluna çevirərək "Kərə yağlı tost peçenyeləri" kateqoriyasını ixtira edib.

Şef yaxşıca qızardılmış və kərə yağı ilə yağlanmış acı mayalı çörək dilimlərini mətbəx robotunda qırıntı halına gətirərək peçenye xəmirinə qatır. Bu üsul peçenyeyə xaricdən xırtıldayan bir toxuma, daxildən isə qeyri-adi bir çeynəmə hissi qazandırır. Qarışığa əlavə edilən qara bəkməz, miso və bəyaz şokolad isə bu ləzzəti tamamlayır.

Mlanqanın uğuru yalnız rəqəmsal baxış sayları ilə məhdudlaşmır. Məşhur aktrisa Hilari Daffdan komik Toni Beykerə qədər bir çox ad bu yeni axını müzakirə edir. Reddit istifadəçiləri nəhəng peçenye zənciri "Crumbl"ın "Cookie Lab" bölməsində Mlanqanın moruq mürəbbəli və acı mayalı reseptinə "təəccüblü dərəcədə bənzər" bir məhsulun göründüyünü iddia ediblər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 737   Tarix: 11 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Limonların ömrünü uzadan saxlama üsulları

Mətbəxdə tez-tez istifadə olunan limon otaq temperaturunda saxlandıqda tez quruyur, qabığı bərkiyir və şirəsini itirir. Təzə limon həm daha şirəli, həm də yumşaq qabıqlı olur. xəbər verir ki, limonun dadını və təravətini qorumaq üçün aşağıdakı üsullardan istifadə etmək olar:. Bütöv limonların saxlanması

29 noyabr
.

Evinizin həyətinə qarğa qonursa, bu nə deməkdir? - Çoxlarının bilmədiyi inanclar

Qarğalar əsrlər boyu müxtəlif xalqların inanclarında sirli quşlar hesab olunub. Bəzi insanlar onların evin yaxınlığında görünməsini bədbəxtlik və ölüm əlaməti kimi qəbul etsələr də, xalq inanclarında qarğalar həm də uğur, zənginlik və xoş xəbərlərlə əlaqələndirilir. Maraqlıdır ki, bu inanclara görə

29 noyabr
.

Çiy toyuq ətini yumaq niyə təhlükəli hesab olunur?

Mətbəxdə geniş yayılmış vərdişlərdən biri çiy toyuq ətini bişirməzdən əvvəl suyun altında yumaqdır. Lakin qida təhlükəsizliyi üzrə mütəxəssislər bu üsulun bakteriyaların mətbəx səthlərinə yayılmasına səbəb ola biləcəyini bildirirlər. -a saytına istinadla xəbər verir ki, ət məhsullarının saxlanması v

26 noyabr
.

Sən demə buzlaqlar da "oxuya" bilirmiş

Buzlağın rəngi işıqlandırmadan və baxış bucağından, çıxardığı səslər isə hərəkətindən və temperatur şəraitindən asılıdır. Ölkə.az Rusiya KİV-ə istinadla xəbər verir ki, bu barədə Rusiya Arktika və Antarktika Elmi-Tədqiqat İnstitutunun İqlim və Ətraf Mühit Dəyişiklikləri Laboratoriyasının elmi əməkdaş

27 noyabr
.

Balaxanıda zibilin içindən elə şeylər çıxır ki... - Təəccüblənəcəksiniz

Tullantıların arasından təkcə plastik, kağız və metal deyil, bəzən insanların itirdiyi pul, sənədlər, avtomobil nömrələri, hətta müxtəlif dəyərli əşyalar da çıxır. Bəs bu əşyalar tapıldıqdan sonra hara gedir, taleləri necə olur? . "Təmiz Şəhər" ASC-dən -ın sorğusuna cavab olaraq bildirili

29 noyabr
.

Qəhvənin tərkibindəki maddənin bağırsaq iltihabına qarşı təsiri araşdırılıb

Qəhvə və bəzi digər bitkilərin tərkibində olan kofein turşusunun bağırsaqlarda iltihabı azaltmaq və onların qoruyucu baryerini möhkəmləndirmək potensialı aşkar edilib. xəbər verir ki, bu barədə Çinin alimlərinin "Phytomedicine" jurnalında dərc olunan araşdırmasında bildirilib. Tədqiqatçıla

25 noyabr
.

Bu ailə davranışları uşaqları məktəbdə zorakılığa sövq edir - ARAŞDIRMA

Valideynlərin uşaqlarına tez-tez dediyi "Sənə vurana sən də vur", "Özünü əzdirmə" kimi ifadələr onların münaqişələri zorakılıq yolu ilə həll etməsinə səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, ailədə fiziki şiddət, sərt tərbiyə üsulları və uşağa qarşı emosional laqeydlik məktəbd

26 noyabr
.

Yeni canlı növü kəşf edildi

Alimlər təxminən 10-13 milyon il əvvəl Şimali Amerikada yaşamış, uzun boynu və dörd santimetrə çatan iti köpək dişləri ilə seçilən yeni dəvə növünü müəyyən ediblər. Qorxunc görünüşünə görə "vampir dəvəsi" adlandırılan bu heyvan bitkilərlə qidalanıb. "Qafqazinfo" xəbər verir ki, "Vampyrocamelu

26 noyabr
.

Yuxular qeydə alınacaq - Film kimi izləyəyəcəyik

Yaponiyalı alimlər yuxuların şifrəsinin açılması istiqamətində ilk addımı atıblar. -ə istinadən bildirir ki, ATR institutunun əməkdaşları funksional MRT və maşın öyrənməsi texnologiyasından istifadə edərək insanların yuxuya gedərkən gördükləri obyektlərin kateqoriyalarını müəyyənləşdirməyə çalışıblar

25 noyabr