Gündə yeddi saatdan az yatanların NƏZƏRİNƏ
Məşhur rusiyalı somnoloq, tibb elmləri namizədi Aleksandr Kazaçenko vaxtından əvvəl ölüm riskini artıran amillər barədə xəbərdarlıq edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Lenta.ru" nəşri yazıb.
Mütəxəssis bildirib ki, yuxunun müddəti və keyfiyyəti birbaşa uzunömürlüklə bağlıdır:
"Uzunmüddətli yuxu çatışmazlığı həyat üçün ən az qiymətləndirilən risk faktorlarından biridir. Bir sıra tədqiqatlara əsasən, sutkada 7 saatdan az yatan insanlarda istənilən səbəbdən ölüm riski orta hesabla 12% artır".
A.Kazaçenko vurğulayıb ki, hətta bir günlük yuxusuzluq belə beyin fəaliyyətinə və diqqətin cəmlənməsinə mənfi təsir göstərir. Yuxu defisiti xroniki hala çevrildikdə isə qıcıqlanma, apatiya, tükənmə və depressiya simptomları ortaya çıxır. Eyni zamanda, depressiyanın özü də yuxu keyfiyyətini pisləşdirərək vəziyyəti daha da ağırlaşdırır.
Somnoloqun sözlərinə görə, xroniki yuxu çatışmazlığı ürək-damar sistemi üçün ciddi təhlükə yaradır. Yuxusuzluq orqanizmin tam bərpa olunmasına mane olur. Nəticədə adrenalin ifrazı artır, ürək döyüntüsü sürətlənir və qan təzyiqi yüksəlir.
Həkim onu da izah edib ki, yuxusuzluqdan əziyyət çəkən insanlar güclərini qorumaq üçün fiziki fəaliyyəti məhdudlaşdırırlar. Bu isə çəki artımına və hərəkət çatışmazlığına (hipodinamiya) səbəb olur ki, bu da ölümcül ürək-damar xəstəliklərinin inkişafına gətirib çıxarır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 708 Tarix: 12 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşLimonların ömrünü uzadan saxlama üsulları
Mətbəxdə tez-tez istifadə olunan limon otaq temperaturunda saxlandıqda tez quruyur, qabığı bərkiyir və şirəsini itirir. Təzə limon həm daha şirəli, həm də yumşaq qabıqlı olur. xəbər verir ki, limonun dadını və təravətini qorumaq üçün aşağıdakı üsullardan istifadə etmək olar:. Bütöv limonların saxlanması
29 noyabrÇiy toyuq ətini yumaq niyə təhlükəli hesab olunur?
Mətbəxdə geniş yayılmış vərdişlərdən biri çiy toyuq ətini bişirməzdən əvvəl suyun altında yumaqdır. Lakin qida təhlükəsizliyi üzrə mütəxəssislər bu üsulun bakteriyaların mətbəx səthlərinə yayılmasına səbəb ola biləcəyini bildirirlər. -a saytına istinadla xəbər verir ki, ət məhsullarının saxlanması v
26 noyabrSən demə buzlaqlar da "oxuya" bilirmiş
Buzlağın rəngi işıqlandırmadan və baxış bucağından, çıxardığı səslər isə hərəkətindən və temperatur şəraitindən asılıdır. Ölkə.az Rusiya KİV-ə istinadla xəbər verir ki, bu barədə Rusiya Arktika və Antarktika Elmi-Tədqiqat İnstitutunun İqlim və Ətraf Mühit Dəyişiklikləri Laboratoriyasının elmi əməkdaş
27 noyabrBalaxanıda zibilin içindən elə şeylər çıxır ki... - Təəccüblənəcəksiniz
Tullantıların arasından təkcə plastik, kağız və metal deyil, bəzən insanların itirdiyi pul, sənədlər, avtomobil nömrələri, hətta müxtəlif dəyərli əşyalar da çıxır. Bəs bu əşyalar tapıldıqdan sonra hara gedir, taleləri necə olur? . "Təmiz Şəhər" ASC-dən -ın sorğusuna cavab olaraq bildirili
29 noyabrQəhvənin tərkibindəki maddənin bağırsaq iltihabına qarşı təsiri araşdırılıb
Qəhvə və bəzi digər bitkilərin tərkibində olan kofein turşusunun bağırsaqlarda iltihabı azaltmaq və onların qoruyucu baryerini möhkəmləndirmək potensialı aşkar edilib. xəbər verir ki, bu barədə Çinin alimlərinin "Phytomedicine" jurnalında dərc olunan araşdırmasında bildirilib. Tədqiqatçıla
25 noyabrBu ailə davranışları uşaqları məktəbdə zorakılığa sövq edir - ARAŞDIRMA
Valideynlərin uşaqlarına tez-tez dediyi "Sənə vurana sən də vur", "Özünü əzdirmə" kimi ifadələr onların münaqişələri zorakılıq yolu ilə həll etməsinə səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, ailədə fiziki şiddət, sərt tərbiyə üsulları və uşağa qarşı emosional laqeydlik məktəbd
26 noyabrYeni canlı növü kəşf edildi
Alimlər təxminən 10-13 milyon il əvvəl Şimali Amerikada yaşamış, uzun boynu və dörd santimetrə çatan iti köpək dişləri ilə seçilən yeni dəvə növünü müəyyən ediblər. Qorxunc görünüşünə görə "vampir dəvəsi" adlandırılan bu heyvan bitkilərlə qidalanıb. "Qafqazinfo" xəbər verir ki, "Vampyrocamelu
26 noyabrYuxular qeydə alınacaq - Film kimi izləyəyəcəyik
Yaponiyalı alimlər yuxuların şifrəsinin açılması istiqamətində ilk addımı atıblar. -ə istinadən bildirir ki, ATR institutunun əməkdaşları funksional MRT və maşın öyrənməsi texnologiyasından istifadə edərək insanların yuxuya gedərkən gördükləri obyektlərin kateqoriyalarını müəyyənləşdirməyə çalışıblar
25 noyabr