ARXİV! Alimlər Avropadakı son neandertalları tapıdı: Harada yaşayıblar?
Avropada son neandertallara aid ola biləcək yeni arxeoloji məkan Cəbəllütariq qayasının şərqində yerləşən Qorham mağaralar kompleksində, Vanqard mağarasının dərinliyində aşkar edilib. Təxminən 40 min il əvvəl qumla örtülərək möhürlənmiş bu sahə nadir "zaman kapsulu" hesab olunur.
Qaynarinfo xəbər verir ki, bu barədə "Ecoticias" nəşri yazır.
Cəbəllütariq Milli Muzeyinin arxeoloqları uzun illər Vanqard mağarasının dərinliklərində qədim çöküntülərlə bağlanmış keçidləri axtarıblar. Nəticədə onlar təxminən 13 metr uzunluğunda, mağaranın tavanına yaxın yerləşən və xarici aləmdən tam təcrid olunmuş bir kamera aşkar ediblər.
Bu toxunulmamış sahədə vaşaq, hiena və kərkəs sümükləri, iri yırtıcının caynaq izləri, eləcə də dəniz ilbizinə aid bir qabıq tapılıb.
"Kameranı örtən qumun yaşı 40 min il olduğuna görə və bu məkan daha qədim olduğundan, burada yaşayanların neandertallar olduğu qənaətinə gəlirik", deyə Cəbəllütariq Milli Muzeyinin direktoru Klayv Finleyson bildirib.
Aşkarlanan kamera Qorham mağaralar kompleksinin bir hissəsidir. Bu kompleksə daxil olan dörd mağarada 100 min ildən çox müddətdə həm neandertalların, həm də erkən müasir insanların izləri qorunub saxlanılıb.
Qeyd olunur ki, hazırda bu mağaralar demək olar ki, birbaşa dənizə açılır. Lakin buz dövründə onların girişləri quru sahəyə baxırdı.
UNESCO bu ərazini neandertalların davranışına dair nadir sübut kimi qiymətləndirir. Burada onların quş və dəniz heyvanlarını ovladığı, bəzək üçün lələklərdən istifadə etdiyi və mağara divarlarında abstrakt oymalar yaratdığı müəyyən edilib. Bu isə onların düşüncə qabiliyyətinin daha inkişaf etmiş olduğunu göstərir.
Radiokarbon analizinə görə, neandertallar bu ərazidən təxminən 33 min ildən 24 min il əvvələ qədər istifadə ediblər. Bu da Cəbəllütariq sahillərini onların Avropadakı son sığınacaqlarından birinə çevirir.
Qazıntılar göstərir ki, neandertallar yalnız quru heyvanlarını ovlamır, həm də sahil boyunca qida toplayırdılar. Tapılan tullantı qatlarında midiya qabıqları, balıq, rahib suitisi və delfin sümükləri aşkarlanıb. Onların çoxunda daş alətlərdən istifadə izləri var ki, bu da bu heyvanların qida kimi istifadə edildiyini sübut edir.
2024-cü ildə aparılan araşdırmalar zamanı Vanqard mağarasında bitki materiallarını qızdıraraq yapışqan qatran əldə etmək üçün istifadə olunan ocaq da aşkar edilib. Bu qatran daş uclu nizələrin hazırlanmasında yapışdırıcı kimi istifadə olunurdu.
Beləliklə, həm möhürlənmiş kamera, həm də bu "emalatxana" neandertalları yalnız ibtidai mağara sakinləri deyil, həm də sahilyanı toplayıcılar və bacarıqlı texniki ustalar kimi təsvir edir. Gələcək qazıntıların isə gizli kamerada yeni alətlər və ya dəfn izləri aşkar edə biləcəyi ehtimal olunur.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 495 Tarix: 13 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Avropada Qərbi Nil virusu yayılır: Yoluxanların yarısı bu ölkədədir
İtaliyada 2026-cı ildə Qərbi Nil virusuna 650-dən çox yoluxma qeydə alınıb. Bu, Avropada qeydə alınan bütün yoluxmaların təxminən yarısını təşkil edir. "Associated Press"ə istinadən xəbər verir ki, mütəxəssislər virusun yayılma ərazisinin genişlənməsini və yoluxma mövsümünün uzanmasını temperaturu
20 sentyabrSərxoş qadın ərini oxlovla döyüb öldürdü
Rusiyada sərxoş qadın mübahisə zamanı ərini oxlovla döyərək öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Amur vilayətinin Dalnevostoçnoye kəndində baş verib. Məlumata görə, cütlük evdə spirtli içki qəbul edib, daha sonra aralarında mübahisə yaranıb. Mübahisə zamanı kişi 41 yaşlı qadını döyü
20 sentyabrTokioda tayfun səbəbindən 461 reys ləğv edilib
Güclü "Dujuan" tayfununun Yaponiya paytaxtı regionuna yaxınlaşması səbəbindən Tokionun Haneda və Narita hava limanlarında azı 461 reys ləğv edilib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, ən çox reys Haneda hava limanında ləğv edilib. Burada 280-dən çox daxili və təxminə
21 sentyabrRusiyadan enerji alan ölkələrə 100%-dək rüsum: Tramp qanunu imzaladı
ABŞ administrasiyasının rəhbəri Donald Tramp Konqres tərəfindən qəbul edilmiş, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini imzalayıb. xəbər verir ki, bu barədə Ağ Evin saytında yerləşdirilən bəyanatda bildirilib. Bəyanatda qeyd edilib ki, sentyabrın 18-də Amerika lider
20 sentyabrBolqarıstan səfirini geri çağırdı və vəzifəsindən azad etdi
Bolqarıstanın Xarici İşlər Nazirliyi korrupsiya əməllərində şübhəli bilindiyi üçün ölkənin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri İvan Yordanovu geri çağırıb. xəbər verir ki, bu barədə Bolqarıstanın "Fokus" nəşri məlumat yayıb. Bildirilir ki, Bolqarıstanın xarici işlər naziri Velislav
19 sentyabrİrandan Fransaya sərt cavab: "Timsah göz yaşları tökməyin"
"Müstəqillik müharibəsi dövründə 1.5 milyon əlcəzairli Fransa tərəfindən qətlə yetirilib. Paris onların yalnız onda birindən azını rəsmən tanıyır və Fransa indiyədək öz müstəmləkə cinayətlərinə görə üzr istəməkdən boyun qaçırır", - deyə nazir qeyd edib. Əraqçı, həmçinin Barronu Minabdakı məktəb
19 sentyabrQırğızıstanın sabiq fövqəladə hallar naziri iki ay müddətinə həbs edilib
Qırğızıstanın sabiq fövqəladə hallar naziri Boobek Ajikeyev iki ay müddətinə həbs edilib. "Report" yerli mediaya istinadən xəbər verir ki, bu qərarı Hərbi Prokurorluğun müstəntiqinin vəsatəti əsasında Bişkekin Pervomayski Rayon Məhkəməsi çıxarıb. Qeyd olunub ki, Ajikeyevə Qırğızıstan Cinayə
20 sentyabrABŞ Ukraynaya milyardlarla dollarlıq silah satacaq
Amerika Birləşmiş Ştatları Ukraynaya ümumi dəyəri 2.68 milyard dollar təşkil edən hava hücumundan müdafiə (HHM) vasitələrinin və hərbi sursatların mümkün satışına razılıq verib. xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi internet səhifəsində dərc olunan bəyanatda məlumat verilib. Sənədd
19 sentyabr