Telefonunuzda batareyanın daha tez tükənməsinin SƏBƏBİ
Smartfonlarda batareyanın daha tez bitməsinə səbəb olan funksiyanı açıqlanıb. Mütəxəssislərin sözlərinə görə, Always-On Display (AOD) yəni ekranın daim açıq qalması gündəlik istifadə zamanı enerji sərfiyyatını əhəmiyyətli dərəcədə artırır.
Lent.az xəbər verir ki, bu funksiya kilidli ekranda belə saatı, bildirişləri və bəzi interfeys elementlərini göstərir. Rahat olsa da, batareya üçün ən "gizli düşmənlərdən biri" hesab olunur. Araşdırmalara görə, AOD aktiv olduqda smartfonun enerji sərfiyyatı gündəlik təxminən 10-15 faiz daha çox ola bilər.
Niyə AOD batareyanı tez boşaldır?
İdeyaya görə, bu funksiya enerjiyə qənaət etməlidir, çünki ekran tam yox, yalnız müəyyən hissələrdə işləyir. Xüsusilə AMOLED ekranlarda yalnız lazım olan piksellər işıqlandırılır.
Amma praktikada belə deyil:
Ekran daim aktiv qalır
Sistem davamlı olaraq məlumatları yeniləyir
Fon prosesləri işləməyə davam edir
Nəticədə enerji sərfiyyatı hiss olunacaq dərəcədə artır. Müasir texnologiyalar kömək edir, amma tam yox. Bəzi yeni smartfonlarda LTPO ekran texnologiyası var və bu texnologiya yenilənmə tezliyini 1 Hz-ə qədər azalda bilir. Bu isə enerji sərfiyyatını azaltsa da, onu tam aradan qaldırmır.
Digər risk: ekranın "yanması"
AOD funksiyası uzun müddət eyni elementlərin (saat, ikonlar) ekranda qalmasına səbəb olur. Bu isə:
pikselin qeyri-bərabər köhnəlməsi
ekran yanması (burn-in)
kimi problemlərə yol aça bilər.
Əslində bu funksiya çox da lazım deyil
Ekspert qeyd edir ki, AOD əksər hallarda artıq funksiyadır:
Saatı ekrana toxunaraq və ya telefonu qaldıraraq görmək olar
Bildirişlər ekran açıldıqda görünür
Ağıllı saat istifadə edənlər üçün isə bu məlumatlar artıq əlçatan olur
Necə söndürmək olar?
"iPhone"da:
Ayarlar - "Ekran və parlaqlıq" - "Həmişə aktiv" funksiyasını söndürün
"Android"də:
Ayarlar - "Kilid ekranı" - "Always-On Display" - deaktiv edin
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 509 Tarix: 15 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu
Yemək bişirərkən qaz gözünü qabın ölçüsünə uyğun seçməmək əlavə qaz sərfiyyatına səbəb olur. Kiçik görünən bu səhv zamanla xərcləri artıra bilər. Qaza qənaət etməyin ən sadə yollarından biri qazanın və ya tavanın ölçüsünə uyğun qaz gözündən istifadə etməkdir. Kiçik qazanı böyük qaz gözünün üzərinə qoyma
11 oktyabrSüni intellekt xəstələrə dərman təyin etməyə başladı
ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər
8 oktyabrHavasını çıxartdınız, amma radiator yenə soyuqdur? - Bu kiçik detalı yoxlayın
İstilik mövsümü başlayandan sonra radiator qızmırsa, dərhal yenidən havasını çıxarmağa tələsməyin. İsti suyun sistemdə normal dövr etməməsinin bir neçə səbəbi ola bilər. Radiatorun havasını çıxardıqdan sonra o yenə də soyuq qalırsa, proseduru dərhal təkrarlamaq lazım deyil. Problem. ümumiyyətlə, hav
11 oktyabrSoyuducunu bu vasitə ilə təmizləməyin - xarab edə bilər
Soyuducunun uzun müddət problemsiz işləməsi üçün onun müntəzəm və düzgün təmizlənməsi vacibdir. Lakin istifadə edilən təmizləyici vasitənin düzgün seçilməməsi cihazın səthinə zərər verə, hətta bəzi hallarda təhlükəli vəziyyət yarada bilər. Mütəxəssislər xüsusilə ağardıcı və xlor tərkibli güclü vasitələrdə
4 oktyabrBakıda ən ucuz evlər bu ərazidədir
Bakının daşınmaz əmlak bazarında qiymətlər yenidən gündəmdədir. Yeni tikililərdə kvadratmetrin qiymətinin artması, mərkəz ilə kənar ərazilər arasındakı fərqin dərinləşməsi və alıcılıq qabiliyyətinin dəyişməsi bazarda yeni reallıqlar yaradıb. Əmlak eksperti Ramil Osmanlı -a açıqlamasında Bakı şəhərind
3 oktyabrEvin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
Hər evdə, salonda heç nədən xəbəri olmadan yetişdirilən bu bəzək bitkisi az qala bir uşağın həyatına son qoyurdu. Türkiyənin Tokat bölgəsində 2 yaşlı uşağın yarpağından bir parça dişləməsi ilə başlayan kabus reanimasiyada bitib. xəbər verir ki, difenbaxiya bitkisi bitkidən qopardığı kiçik bir parçan
3 oktyabrPayızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ
Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso
4 oktyabrZaman artıq nüvə ilə ölçüləcək - Yeni saat növü yaradıldı
Alimlər işıqla atom nüvəsi arasındakı qarşılıqlı təsirləri izləyərək vaxtı ölçən ilk işlək nüvə saatlarını hazırlayıblar. Yeni texnologiyanın gələcəkdə atom saatlarının dəqiqliyini üstələyə biləcəyi bildirilir. "Qafqazinfo" xəbər verir ki, 70 ildən çoxdur istifadə olunan atom saatları elektronları
8 oktyabr