Şagirdlərini qoruyarkən həyatını itirən Ayla müəllimin acısına həyat yoldaşı tab gətirə bilmədi - VİDEO
Şanlıurfa və Kahramanmaraşda baş verən məktəb hücumları ölkədə dərin kədərə səbəb olub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Kahramanmaraşda yerləşən Ayser Çalık Orta Məktəbində 8-ci sinif şagirdi tərəfindən törədilən silahlı hücum nəticəsində 1 müəllim və 8 şagird həyatını itirib. Hücum zamanı həyatını itirən müəllimin riyaziyyat müəllimi Ayla Kara olduğu müəyyən edilib.
Məlumata görə, Ayla Kara şagirdlərini qorumaq üçün özünü onların qarşısına sipər edib. Onun güllələrin qarşısını almaq üçün şagirdlərin üzərinə qapanaraq həyatını itirdiyi bildirilib. Müəllimin bu fədakarlığı hadisənin ağrısını daha da artırıb.
Həmkarları və şagirdləri tərəfindən sevilən müəllim kimi tanınan Ayla Karanın ölümü təhsil ictimaiyyətində böyük üzüntü ilə qarşılanıb. Sosial şəbəkələrdə onun şagirdlərinə bağlılığı və nümunəvi şəxsiyyəti ilə bağlı çoxsaylı paylaşımlar edilib.
Hadisə nəticəsində müəllimin ailəsi ikinci bir sarsıntı da yaşayıb. Həyat yoldaşı onun məktəbdə vurularaq öldüyünü eşitdikdən sonra keçirdiyi şok nəticəsində ürəktutması keçirib. Hazırda xəstəxanada müalicə alan şəxsin vəziyyəti ilə bağlı gözlənti davam edir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 681 Tarix: 16 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş
Lənkəranda arvad ərini döyərək bıçaqlayıb. -ın məlumatına görə, hadisə Lənkəran şəhəri ərazisində baş verib. Şəhər sakini Şadil Məmmədov (soyad şərtidir - red.) birinci ailəsindən boşanmış 4 uşaq anası olan Aytənlə evlənib. Bir müddətdən sonra onların bir övladı olub. Bir neçə gün əvvəl Şadil işdən ev
14 oktyabrTovuzda evdə yanğın olub, 42 yaşlı qadın ölüb
Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsində yaşayış evində yanğın baş verib. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğı
3 oktyabrAbşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT
Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə
5 oktyabrTürkiyədə dəhşətli qəza: 11 nəfər həlak oldu, 27 yaralı var - Video
Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 11 nəfər həlak olub, daha 27 nəfər xəsarət alıb. "Milliyet"ə istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Akhisar rayonunda qeydə alınıb. Qəza yerinə dərhal təcil
11 oktyabrBakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - Video
Bakıda itə qarşı zorakılıq edildiyini əks etdirən görüntülər yayılıb. -ın məlumatına görə, görüntülərdə hündürmərtəbəli binanın pəncərəsindən hamilə itin aşağı atıldığı görünür. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Qaradağ rayonu ərazisində heyvanla rəhmsiz rəftar edən şəx
4 oktyabrMasazırda mənzildə yanğın oldu - VİDEO
Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəl
30 sentyabrYasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Yasamal rayonunda orta məktəblərin birində yanğın törətməyə cəhd olunub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisənin qarşısı dərhal görülmüş tədbirlər nəticəsində alınıb. Xəsarət alan olmayıb. Bu hadisə xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelinə hücum edən təxribatçılarl
12 oktyabr