İsa Mersinlinin kompüteri açıldı, əsl həqiqət üzə çıxdı - ŞOK QEYDLƏR

İsa Mersinlinin kompüteri açıldı, əsl həqiqət üzə çıxdı - ŞOK QEYDLƏRKahramanmaraşdakı məktəbə silahlı hücumu zamanı 9 nəfəri öldürüb 20 nəfəri yaralayan VIII sinif şagirdi İsa Aras Mersinlinin kompüterində dəhşətli qeydlər aşkarlanıb.

Şagird həmin qeydləri aprelin 11-də yazıb. İ.A.Mersinli qeydlərində böyük bir şeyə hazırlaşdığını bildirib:

"Bunu 11 aprel 2026-ci ildə yazıram. Sən bunu oxuduğun anda mən ya böyük bir şey planlayır, ya planladığımı həyata keçirmiş, ya da həyata keçirmək üzrə olacağam. Niyəsini bilmirəm, amma çox böyük üstünlüklərim var idi. Həmişə insanlarla qaynaşmağa çalışmışam, lakin yenə də yalnız qalmışam. İnsanların məni tanımalarından, fərqimə varmalarından xoşum gəlir. İstəyirəm ki, bu dünyadakı varlığımı, verdiyim zərərləri hiss etsinlər. İstəyirəm ki, nəhayət, mənim fərqimə varsınlar".

Qeydlərdə maraqlı olan nüanslardan biri də İsa Arasın ailəsi ilə bağlı etirafları olub. O, dəfələrlə tənhalıqdan şikayətlənib, hətta ailəsinin ondan qorxduğunu etiraf edib: "İnsanlar bu vəziyyətimə görə bəzi şeyləri güman edir, amma bu, qətiyyən tənhalıqla bağlı deyil. Mən onsuz da yalnızam. Hətta çox yalnızam. Demək olar ki, heç dostum yoxdur. Sadəcə 2 dostum var, onlarla da çox danışmıram. Ailəm mənə nifrət edir. Məndən qorxurlar, hətta varlığıma görə məyus olublar".

Cinayətkar yazıda özünü hamıdan üstün sayıb, məktəbin ona heç nə qazandırmadığını vurğulayıb: "Mən bir dahiyəm. Hamıdan əlayam. Ən üstün insanam. Özümə sadiqəm. Mən daha əlayam. Üstün zəkalıyam. 130 IQ-um var. Heç dərs oxumadan həmişə yüksək qiymətlər almışam. İngilis dilini məktəbdə öyrənməmişəm. Evdə də danışmırdım. Sadəcə bir neçə il ərzində öz-özünə səlis danışa bildim. Məktəb mənə heç nə qazandırmadı. Öz-özümə öyrənmək daha sürətli idi".

Xatırladaq ki, bundan öncə də İ.A.Mersinlinin "Discord" mesajlaşma tətbiqindəki mesajları üzə çıxıb. O, həmin mesajlarda da təklikdən, yalnızlıqdan, diqqət görməməkdən şikayətlənib. Hətta atasının onu boğaraq öldürməyə çalışdığını bildirib./Savashmedia.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 707   Tarix: 19 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ata oğlunu öldürdü, gəlini və nəvəsini yaraladı

Türkiyənin Osmaniye vilayətində dəhşətli hadisə qətl olub. yerli mediaya istinadla bildirir ki, hadisə bu gün səhər saatlarında Sumbas rayonunun Mehmetli qəsəbəsində qeydə alınıb. 66 yaşlı Fevzi Topbaş ilə 41 yaşlı oğlu Aydın Topbaş arasında hələlik məlum olmayan səbəbdən mübahisə yaranıb. Mübahisə böyüdükdə

20 sentyabr
.

Kim Çen Inın bacısından ABŞ-yə xəbərdarlıq: "KXDR nüvə gücünü artıracaq"

ABŞ-nin hərbi təlimləri Şimali Koreyanı nüvə arsenalını gücləndirməyə vadar edir. -ın Koreya Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadən verdiyi məlumata görə, bunu Şimali Koreya liderinin bacısı, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Çjon bildirib. Qeyd edək ki, 7-11 sentyabrd

20 sentyabr
.

İrandan Fransaya sərt cavab: "Timsah göz yaşları tökməyin"

"Müstəqillik müharibəsi dövründə 1.5 milyon əlcəzairli Fransa tərəfindən qətlə yetirilib. Paris onların yalnız onda birindən azını rəsmən tanıyır və Fransa indiyədək öz müstəmləkə cinayətlərinə görə üzr istəməkdən boyun qaçırır", - deyə nazir qeyd edib. Əraqçı, həmçinin Barronu Minabdakı məktəb

19 sentyabr
.

Trampın iqamətgahı üzərində həyəcanlı anlar: "F-16" qırıcısı mülki təyyarəni ələ keçirdi

ABŞ-nin "F-16" qırıcısı Merilend ştatında Kemp-Devid şəhərində yerləşən və həmin vaxt Donald Trampın olduğu prezident iqamətgahı üzərində uçuş məhdudiyyətlərini pozan kiçik mülki təyyarəni ələ keçirib. xəbər verir ki, bu barədə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) məluma

20 sentyabr
.

Nobel mükafatının məbləği artırıldı

Nobel Fondu 2026-cı ildə hər bir kateqoriya üzrə Nobel mükafatının məbləğini artıraraq 12 milyon krona (1.22 milyon dollar) çatdırmaq barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə fondun mətbuat xidmətinin bəyanatında bildirilir. Belə ki, mükafatın məbləği 1 milyon kron (101 min dollar) artırılıb

20 sentyabr
.

Rusiyadan enerji alan ölkələrə 100%-dək rüsum: Tramp qanunu imzaladı

ABŞ administrasiyasının rəhbəri Donald Tramp Konqres tərəfindən qəbul edilmiş, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini imzalayıb. xəbər verir ki, bu barədə Ağ Evin saytında yerləşdirilən bəyanatda bildirilib. Bəyanatda qeyd edilib ki, sentyabrın 18-də Amerika lider

20 sentyabr
.

İran müharibənin dayandırılması üçün ABŞ-yə şərtlərini təqdim edib

İran hökuməti müharibənin dayandırılması üçün şərtlərini Qətər vasitəçiləri üzərindən ABŞ-yə çatdırıb və Prezident Donald Trampın cavabını gözləyir. "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi deyib. Onun sözlərinə görə

20 sentyabr
.

Tramp oğlunun toyuna rusiyalı iş adamının pul ödəməsindən danışdı

ABŞ Prezidenti Donald Tramp böyük oğlu kiçik Donald Trampın toy xərclərini qismən ödəyən rusiyalı iş adamı, Beynəlxalq Boks Assosiasiyasının (IBA) rəhbəri Umar Kremlyova pulların geri qaytarıldığını bəyan edib. "Meduza"ya istinadən xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasınd

20 sentyabr
.

Avstraliyada üzgüçüyə hücum edən köpəkbalığının öldürülməsi barədə qərar verilib

Avstraliyada köpəkbalığının üzgüçüyə ölümlə nəticələnən hücumundan sonra Pert bölgəsindəki bir sıra çimərliklər bazar gününə qədər bağlı qalacaq. "Report" BBC-yə istinadən xəbər verir ki, Qərbi Avstraliya ştatının səlahiyyətliləri köpəkbalığının tutulması və öldürülməsi barədə nadir qərar veriblər

20 sentyabr