Sinif yoldaşlarını ölümlə hədələdiyi deyilən şagirdlə bağlı - Açıqlama
Paytaxtda yerləşən 275 nömrəli tam orta məktəbin V sinfində təhsil alan şagirdin sinif yoldaşlarını ölümlə hədələməsi ilə bağlı iddialar səsləndirilib.
İddialara əsasən, şagird ölümlə təhdid etdiyi sinif yoldaşlarının siyahısını hazırlayıb.
"Qafqazinfo"nun məlumatına görə, məsələ ilə bağlı məktəbdən "Azərbaycan müəllimi"nə bildirilib ki, 2022-ci ilin 16 noyabr tarixində 275 nömrəli tam orta ümumtəhsil məktəbinə yerdəyişmə ilə gələn 5 "d" sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) valideyni tərəfindən əvvəlki məktəbinə geri qaytarılıb.
"Qeyd edək ki, məktəb psixoloqlarının şagirdlə apardığı işin nəticəsi olaraq müəyyən davranış tənzimləməsi ilə bağlı fərdi mütəxəssis dəstəyi alması haqda valideynə məlumat verilib. Bununla yanaşı, şagird davranış qaydaları ilə əlaqədar məktəb psixoloqu tərəfindən zəruri dəstəkləyici tədbirlər həyata keçirilib", - açıqlamada vurğulanıb.
Məlumata görə, həmçinin Suraxanı rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla bağlı profilaktik işin təşkili bölmə rəisi valideyn və şagirdlərlə profilaktik söhbət aparıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 757 Tarix: 23 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İki gəncin öldüyü qəzanın səbəbi açıqlandı - Video
Xəbər verdiyimiz kimi, dünən saat 14:00 radələrində, Bakı-Yevlax avtomobil yolunun Qaraoğlan kəndi ərazisindən keçən hissəsində 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, DİN-in Baş DYP İdarəsi qəzaya uğrayan avtomobildə texniki nasazlığı
28 oktyabrXınalıqda müəllim vəfat etdi
Uzun illər Azərbaycanın ən ucqar və qədim yaşayış məskənlərindən olan Qubanın Xınalıq kənd orta məktəbinin direktoru və müəllimi işləmiş Ənvər Hacıməmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə onun yaxınları məlumat paylaşıblar. Ə.Hacıməmmədov bu gün xəstəlik səbəbindən ölüb
28 oktyabrBu il həbsxanalarda 3 uşaq doğulub
Son 6 ildə həbsxanalarda 21 uşaq dünyaya gəlib. -a istinadən xəbər verir ki, 4 saylı cəzaçəkmə müəssisəsində 3 uşaq dünyaya gəlib. Bu göstərici digər illərlə müqayisədə azdır. Son 5 ildə ən yüksək göstərici isə 2024-cü ildə qeydə alınıb. Son beş ildə cəzaçəkmə müəssisəsində qeydə alınan doğumlar:. 2021-c
29 oktyabrMəktəblərdə mühafizəçi ştatı niyə yaradılmır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Məktəblərdə şagirdlərin təhlükəsizliyinin təmin olunması üçün ayrıca mühafizəçi ştatının yaradılması məsələsi gündəmə gəlir. Bəzi təhsil müəssisələrində mühafizə funksiyasının texniki işçilər tərəfindən yerinə yetirilməsi təhlükəsizlik tədbirlərinin nə dərəcədə effektiv olması ilə bağlı suallar yaradır
29 oktyabrDoğum evində həkim səhlənkarlığı iddiası - 8 aylıq döl ana bətnində tələf oldu
Bakıda 6 nömrəli doğum evində 8 aylıq dölün ana bətnində tələf olduğu bildirilir. Bu barədə -ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub. Məlumata görə, hadisə oktyabrın 26-da baş verib. Hamilə qadın əvvəlcə özəl klinikaya müraciət edib. Daha sonra doğuş üçün 6 nömrəli doğum evinə yönləndirilib
28 oktyabr