1977-ci ildə görünən "qar adamı" ilə bağlı sübutlar FTB-yə təqdim edildi
ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) rəqəmsal arxivlərində "qar adamı" (Bigfoot/Yeti) ilə bağlı illərlə davam edən araşdırmaya dair 22 səhifəlik sənədlər aşkarlanıb və ictimaiyyətə açıqlanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Indian Defence Review" məlumat yayıb.
Sənədlərin əsasını 1976-1977-ci illərdə FTB-nin Elmi-Texniki Şöbəsi ilə Oreqondakı "Bigfoot Information Center" arasında aparılan yazışmalar təşkil edir.
Məlumata görə, tədqiqatçılar agentlərə "qar adamına aid olduğu düşünülən" tük nümunələri təqdim ediblər. FTB isə bu müraciəti ciddi şəkildə araşdıraraq laborator analiz aparıb.
Nəticə isə gözlənildiyi kimi sensasiyalı olmayıb. Rəsmi ekspertiza tük nümunələrinin əslində maral ailəsinə aid olduğunu müəyyən edib.
FTB-nin rəyində qeyd olunub: "Aparılan analizlər nəticəsində məlum olub ki, tüklər maral ailəsinə məxsusdur".
Bununla belə, hadisə internetdə və ufologiya həvəskarları arasında yeni müzakirələrə səbəb olub. Bəziləri FTB-nin bu işi "tam bağlamadığını" və sənədlərin yalnız qismən açıqlandığını iddia edir.
Qurum qaydalarına görə, bəzi sənədlər yalnız uzun müddət keçdikdən sonra və ya xüsusi hallarda ictimaiyyətə açıqlanır. Bu isə fanatlara "qar adamı işi hələ də tam bağlanmayıb" kimi zarafatlara əsas verib.
Hazırda arxivlərdə Bigfoot ilə bağlı əlavə, daha əvvəl açıqlanmamış sənədlərin olub-olmaması dəqiq deyil. Lakin fakt budur ki, 1970-ci illərdə dünyanın ən güclü xüsusi xidmət qurumlarından biri iddia olunan "mifik varlıq" barədə nümunələri elmi analizə göndərib və nəticədə adi maral tükü ilə qarşılaşıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 692 Tarix: 24 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ərdoğan son dəfə namizəd olacaq - Seçki tarixi açıqlandı
Türkiyə Prezidentinin baş müşaviri və Prezidentin Hüquq Siyasətləri Şurasının sədr müavini Mehmet Uçum 2028-ci ildə keçirilməsi gözlənilən prezident və parlament seçkilərinin mümkün tarixi ilə bağlı proqnozunu açıqlayıb. Qaynarinfo xəbər verir ki, Türkiyə Mətbuat Federasiyasında çıxış edən Uçum seçkiləri
17 sentyabrSeul Hörmüz boğazına hərbçi göndərməyəcək
Cənubi Koreya ordusunu Hörmüz boğazına göndərməyəcək. xəbər verir ki, bunu Cənubi Koreya prezidenti Li Ce Myon bildirib. "Qoy aydın olsun. Münaqişədə iştiraka səbəb olacaq heç bir qoşun yeridilməyəcək. Müharibədə iştirak olmayacaq", - deyə Li Ce-myen cümə günü Ryeonghap agentliyinin keçirdiy
18 sentyabrRusiya və Ukrayna arasında hərbçilərin meyitlərinin mübadiləsi olub
Rusiya və Ukrayna hərbi qulluqçuların meyitlərinin yeni mübadiləsini həyata keçirib. RBK-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Şamsail Saraliyev bildirib. Onun məlumatına görə, mübadilə Belarus-Ukrayna sərhədindəki "Novaya Quta" buraxılış məntəqəsində baş tutub. Rusiy
17 sentyabrGürcüstan Azərbaycana yeni səfir təyin etdi
Giorgi Zakaraşvili Gürcüstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib. xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Qeyd olunur ki, Zakaraşvili ölkənin xaricdəki diplomatik nümayəndəliklərində çoxillik iş təcrübəsinə malikdir. Diplomat 2021-ci ildə
16 sentyabrKəpənəklər arasında inanılmaz fərq - Biri 14 gün, digəri 348 gün yaşayır
Bəzi kəpənək növlərinin qocalma prosesini digər növlərlə müqayisədə daha yavaş keçirdiyi müəyyən edilib. xəbər verir ki, Bristol Universitetinin rəhbərliyi ilə Smithsonian Tropik Tədqiqat İnstitutunun əməkdaşlığı çərçivəsində aparılan araşdırmada Cənubi və Mərkəzi Amerikanın tropik yağış meşələrind
19 sentyabrTramp Rusiya neftinə 100% tarif tətbiq edən qanunu imzaladı
ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaları genişləndirən və ona Rusiya enerjisini almağa davam edən ölkələrə tarif tətbiq etmək üçün əlavə səlahiyyət verən qanun imzalayıb. xəbər verir ki, xüsusilə, sənəd Rusiya neft və qazının əsas alıcıları olan ölkələrdən gələn mallara 100%-ə qədər gömrü
19 sentyabr