"Körpənin həyatını xilas etmişdi" - Həmin həkimlə bağlı təsirli sözlər

"Körpənin həyatını xilas etmişdi" - Həmin həkimlə bağlı təsirli sözlərHəkim yoldaşı Milli Onkologiya Mərkəzində partlayış nəticəsində xəsarət alan və beyin ölümü keçirən həkim Asif Nəsirli ilə bağlı təsirli paylaşım edib. Həmkarı Şahin Məmmədov A. Nəsirli ilə illər öncə həyata keçirdiyi bir proseduru danışıb:

"Milli Onkologiya Mərkəzinin uşaq korpusu təzə açılmışdı. Ora ilk təyin olunan anestezioloq mən olmuşdum o vaxt. Və 3 il uşaq onkologiyasında uşaq anestezioloq reanimatoloqu işləmişəm. Uşaqları çox sevdiyimdən işə başladığım ilk gündən hər dəfə onkoloji uşaq gələndə həddən artıq pis olurdum. Digər həkimlər kimi. Hətta dözə biləcəyimə, psixoloji davam gətirəcəyimə əmin deyildim.

Təxmini 2 həftə olardı işləyirdim ki, çox şirin bir uşaq gətirdilər həkimlər otağına. Qız uşağı idi təxmini 7-8 aylıq. Anası ağlamaqdan süstləşmişdi, səsi batmışdı. İranda müayinələr olunmuşdu, orada müalicəsi mümkün olmamışdı. Uşağı götürüb qucağımızda biraz oynatdıq, əzizlədik. Həmin vaxt onkoloq həkimlər müayinə kağızlarını araşdırırdı. Məlum oldu ki bu şirin körpədə uzunsov beyində, düz ürək damar və tənəffüs mərkəzinin üstündə bədxassəli şiş var.

İrandakı və Azərbaycanda bir çox neyrocərrahlar baxmışdı, əməliyyatın qeyri mümkün olduğunu bildirmişdi. Riskli zona olduğu üçün heç bir cərrahi əməliyyat mümkün deyildi.
Otaqdakı həkimlər həddən artıq pis olmuşdu. Bu körpəyə kömək edə bilməyəcəyimizə görə, çarəsizlik hissi şəxsən mənə böyük bir stress yaşatdı. Körpə isə bizə baxıb gülümsəyir, dünyadan xəbəri yox idi.. Bu şişlə bir iki ay ömrü qalmışdı.

Uşaq üzrə xüsusi ixtisaslaşmış şüa terapevti Asif Nəsirlini konsiliuma çağırdılar. Mən həmin vaxt bu cavan, mehriban həkimi ilk dəfə görürdüm. Hamımız nəfəsimizi saxlayıb onun nə deyəcəyini gözləyirdik. MRT plyonkalarına diqqətlə baxdı, dedi köməklik etmək mümkündür. Onun optimist cavabından sonra xeyli ümidləndim, sevindim. Məndən şüa terapiyası stolunda təxmini 15 gün ard-arda narkoz verə biləcəyimi soruşdu. Məndən tələb o oldu ki, hər dəfə uşaq qətiyyən tərpənməməlidir. Şüa dəqiqliklə uzunsov beyinin üzərindəki şişə fokuslanmalı idi. Azca hərəkət hədəfdən kənar toxumaların- həyati vacib mərkəzlərin zədələnməsinə səbəb ola bilərdi.

Mən hazırlğıma başladım, səhəri gün uşağa ilk venadaxili sedasiya verdim. Çox riskli idi, çünki elə doza seçməli idim ki, həm uşaq dərin yatsın, həm də o dərinlikdə olmasın ki, tənəffüsü pozulmasın. Əlavə çətinlik o idi ki, mən uşağı yatırdandan sonra otağı tərk etməli idim.

2 həftədən çox hər gün səhərlər bu uşağı anesteziya etdim şüa otağında. Asif Nəsirli isə həm mürəkkəb radiotexnika ilə işləyir, şişin üzərinə şüa verirdi, həm də mənə anesteziyada köməklik edirdi. Onunla birgə ilk dəfə həmin otağa kamera qoyduq, kameranı monitora tərəf çevirdik ki, uşağı otaqdan kənarda izləyə bilim.

Qısaca deyim, bu ilk uşaq xəstə idi şüa mərkəzində sedasiya edirdim. Əziyyətimiz hədər getmədi. Həmin qız sağaldı. Şiş tamamilə yoxa çıxdı. Asif Nəsirli o balaca körpənin həyatını xilas etmişdi.

İşlədiyi 18 il ərzində yüzlərlə uşağa şüa müalicəsi tətbiq etdi. Çox savadlı idi, dəfələrlə ondan məsləhətlər almışam, tam təmənnasız kömək edib. Kimləri onun yanına göndərmişdim, hamısı yerlə göy qədər ondan razılıq edirdi. Asif Nəsirli çox mehriban, sadə, işgüzar həkim idi. Kollektivin sevimlisi idi. Bütün onu tanıyanlar təsdiqləyər o necə humanist, dəyərli biri idi. Heyf. Azərbaycan xalqı belə gözəl həkimi itirdi".(musavat.com)


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 872   Tarix: 03 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qadın döyüldüyünü iddia edir - Pəncərəsi daşlanır

Sosial şəbəkələrdə bir qadının zorakılığa məruz qalması və həyatının təhlükə altında olması barədə görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, paylaşılan videoda qadının bədənindəki xəsarətlər əks olunub. O, Abbas Həsənli adlı şəxs tərəfindən döyüldüyünü və təhdid edildiyini iddia edib

25 noyabr
.

Pirallahıda əməliyyat: Keçmiş məhkumlar saxlanıldılar

Pirallahıda oğurluq edən, əvvəllər məhkum olunmuş iki nəfər saxlanılıb. -ın əldə etdiyi məlumata görə, polis rayon ərazisində iki ayrı oğurluq faktı üzrə əməliyyat tədbirləri həyata keçirib. Müəyyən edilib ki, şəxslərdən biri anbar kimi istifadə olunan tikilidən soyuducu və kondisioner mühərrikləri

28 noyabr
.

Nərgizi öldürəndən sonra parçalayan ata və ögey anaya hökm oxundu

2020-ci ildə itkin düşən, 4 il sonra isə doğma atası və ögey anası tərəfindən qətlə yetirildiyi üzə çıxan 1996-cı il təvəllüdlü Nərgiz Nəcəfovanın ölüm işi ilə bağlı məhkəmə prosesi yekunlaşıb. -a istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs qismind

28 noyabr
.

XƏBƏRDARLIQ! Bu tarixlərdə hava KƏSKİN PİSLƏŞƏCƏK: Güclü külək, temperatur enəcək...

Növbəti üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, güclü külək əsəcəyi və temperaturun aşağı enəcəyi gözlənilir. xəbər verir ki, meteoroloji proqnozlara əsasən, bu gün - noyabrın 15-də paytaxtda gündüz 17-18 dərəcə isti müşahidə olunsa da, küləyin sürəti 16-17 m/s-də

15 noyabr
.

İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var

İrandan güclü təsiredici dərmanları qaçaqmalçılıq yolu ilə gətirərək "Vidal" aptekdə narkotik asılılığı olan şəxslərə qanunsuz olaraq satan şəxslər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıql

21 noyabr
.

Bakıda toyda rəqs edən qonaqların başına iş gəldi

Nizami rayonunda iki nəfərə məxsus mobil telefonların oğurlanması barədə polisə məlumat daxil olub. -ın əldə etdiyi məlumata görə, polis tərəfindən keçirilən tədbirlərlə əməli törədən, əvvəllər məhkum olunan M.Rəhmanov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, M.Rəhmanov rayon ərazisind

28 noyabr
.

TƏCİLİ! Azərbaycanda gəmilərə XƏBƏRDARLIQ EDİLDİ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. bildirir ki, xəbərdarlığa əsasən, noyabrın 15-i gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunaca

14 noyabr
.

Yataqxanada meyiti tapılan tələbənin ölümü: ATU-dan açıqlama gəldi - Foto

Azərbaycan Tibb Universiteti ötən gün yataqxanada meyiti tapılan Elvira Eyyubova ilə bağlı açıqlama yayıb. xəbər verir ki, universitetin açıqlamasında deyilir:. "Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsinin II kurs tələbəsi Elvira Eyyubova gözlənilmədən vəfat edib. Universite

15 noyabr
.

Maşın almaq üçün kredit götürdü, pulu köhnə tanışı oğurladı

Binəqədi rayonu ərazisində talama hadisəsi qeydə alınıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, zərərçəkən bir müddət əvvəl avtomobil almaq üçün pul toplamaq qərarına gəlib. Bu məqsədlə bankların birindən 4 00 manat kredit götürərək yaşadığı evə gətirib

21 noyabr