14 qədəh tekila içib yıxılan tibb bacısı 300 min dollar təzminat qazandı
Kaliforniyadan olan 45 yaşlı tibb bacısı Diana Sanders, "Carnival Corporation" kruiz şirkətinə qarşı qaldırdığı məhkəmə iddiasında 300.000 dollar təzminat qazanıb. Hadisə kruiz səyahəti zamanı baş verib: qadın 14 qədəh tekila içdikdən sonra yıxılaraq kəllə-beyin travması alıb.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, həmin gün Diana səkkiz saat yarım ərzində gəmidəki altı barı gəzib. Turistin həddindən artıq sərxoş olduğu hər kəsə bəlli idi - o, müvazinətini itirmişdi, kəlmələri kəsik-kəsik deyirdi, "Mən tekila qızıyam!" deyə qışqırır və nalayiq zarafatlar edirdi. Buna baxmayaraq, barmenlər ona içki verməyə davam edirdilər.
Nəticədə qadın yıxılaraq ağır xəsarət alıb. Məhkəmə zərərçəkmişlə razılaşıb ki, Sandersin aldığı xəsarətlərin 60%-i şirkətin təqsiri ucbatındandır, çünki əməkdaşlar ona həddindən artıq spirtli içki təqdim ediblər.
Qələbədən sonra Diana mediaya verdiyi açıqlamada nəticədən razı qaldığını və aldığı travmaya baxmayaraq, tekiladan hələ də imtina etmədiyini bildirib.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 367 Tarix: 05 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mətbəx çanağına sirkə püskürtsəniz nə baş verər? - SADƏ ÜSUL
Mətbəx çanağı hər gün yağ, qida qalıqları və su ilə təmasda olur. Buna görə də mütəmadi yuyulmasına baxmayaraq, onun üzərində ləkələr, ərp və xoşagəlməz qoxu yarana bilər. Məlum olub ki, hərtərəfli təmizlik üçün həmişə məişət kimyəvi vasitələrinə ehtiyac yoxdur. Adi sirkə də bu işdə kömək edə bilər
13 sentyabrMumiyalanmış insan qalıqları internetdə satılır: Həyəcan təbili
Bioarxeoloqlar sosial şəbəkələrdə, onlayn marketpleyslərdə və hərraclarda mumiyalanmış insan qalıqlarının satışının artması ilə bağlı sağlamlıq üçün real təhlükə barədə xəbərdarlıq ediblər. Alimlər bu qənaətə mumiyaların fraqmentlərinin satışı ilə bağlı 128 elan və paylaşımı araşdırdıqdan sonra gəliblər
17 sentyabrSaatlarla oturanların diqqətinə: Tromb qoparaq ölümə səbəb ola bilər
"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovski bildirib. Ekspertin sözlərinə görə, qədim dövrlərdə insanın sağ qalması xəsarət zaman
14 sentyabrBir ev puluna bütün kəndi satın aldı
ABŞ-li sahibkar Jason Lee Beckwith İspaniyanın Zamora əyalətində 37 ildir heç kimin yaşamadığı Salto de Castro kəndini 310 min avroya satın alıb. xarici mediaya istinadla xəbər verir ki, satış nəticəsində sahibkar yalnız kəndin torpaqlarına deyil, ərazidə yerləşən çoxsaylı tikililərə də sahib olub. Kəndd
14 sentyabrAyla bağlı yeni kəşf: Alimləri təəccübləndirən an
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi 2024-cü ildə yaranan və diametri 22 metr olan yeni krater kəşf edib. xəbər verir ki, bu bu barədə ABŞ aerokosmik agentliyi məlumat yayıb. Bildirilib ki, "Science Advances" elmi jurnalının mütəxəssisləri bu tapıntını Günəş sistemində indiyədə
17 sentyabrPsixoloqlara görə, soyuducuya maqnit asmaq bunu bildirirmiş
Mətbəxlərin əvəzedilməzi olan soyuducu maqnitləri sadəcə sadə bir bəzək əşyası hesab olunurdu. Lakin psixoloqlar bu kiçik aksesuarların arxasındakı gizli mənanı üzə çıxardılar. Mütəxəssislərə görə, soyuducu qapısı ev sahibinin qorxularını, emosional ehtiyaclarını və insan münasibətlərini əks etdirə
13 sentyabrYatarkən daha çox kalori yandırmağın sirri açıqlandı
Əzələ kütləsinin artırılması yuxu zamanı enerjinin daha çox sərf edilməsinə kömək edə bilər. xəbər verir ki, bunu psixiatr və somnoloq Aleks Dimitriu "Men's Health" nəşrinə açıqlamasında bildirib. Mütəxəssisin sözlərinə görə, yuxu zamanı bədən kalori yandırmağa davam edir - bu göstəric
17 sentyabr