"Məni narkomanlarla evdə tək qoyurdular" - Bıçaqlanan ana oğlunu bağışlamadı...

"Məni narkomanlarla evdə tək qoyurdular" - Bıçaqlanan ana oğlunu bağışlamadı...Ötən ilin noyabrında Abşeronun Saray qəsəbəsində anasını 13 bıçaq zərbəsi ilə qətlə yetirməyə çalışan 2001-ci il təvəllüdlü Balaəli Cavadovun məhkəməsi keçirilib.

"Qafqazinfo" xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə ona hökm oxunub.

Bildirilib ki, hadisə ailə münaqişəsi zəminində baş verib.

Belə ki, hadisədən bir müddət əvvəl Balaəlinin anası V.Cavadova evi tərk edib. Qadın ərinin və iki oğlunun narkotik vasitə qəbul etmələrindən, nalayiq hərəkətlərə yol vermələrindən bezərək başqa ev tutub və oraya köçüb.

Zərərçəkmiş qadın məhkəmədəki ifadəsində oğullarının da, ərinin də narkotik istifadəçisi olduğunu bildirib.

"Mən övladlarım üçün çox əziyyət çəkmişəm, lakin qarşılığını görə bilməmişəm. Oğlum Elnur (şərti) əsgərliyə gedəndən sonra onun qollarını kəsməsi ilə bağlı xəbər gəldi, Balaəli əsgərliyə gedəndən sonra onun əsgərlikdən qaçdığı xəbəri gəldi. Mən Balaəlinin əsgərlikdən qaçmasının qarşısını aldım və qardaşımla onu geri apararkən Balaəli qardaşıma "şüşə" çəkdiyini etiraf etdi. Ümumiyyətlə, mən yoldaşımın da, Balaəli və Elnurun da narkotik istifadəçisi olduğunu bilirdim.

Yoldaşım evə dəfələrlə narkomanları gətirirdi, oğullarım narkomanlarla məni evdə tək qoyurdular, mən bıçaqlandıqdan sonra digər oğlum Elnur 3 dəfə tutulub. Yoldaşımın da narkotikə görə məhkumluğu olub. Mən bütün bunlara nə qədər dözməli idim? Evdə sadəcə mən işləyirdim və mənim günə 12 manata işləməyimə baxmayaraq, evə 20 manatlıq bazarlıq gətirəndə yoldaşım da, oğullarım da bunu sorğulamırdılar. Evə gec saatlarda gələndə narkotik vasitə istifadə etmək üçün yoldaşım məni evdən çölə çıxarırdı. Mən evə internet çəkdirmək üçün bir nəfər şəxslə telefonumda danışan zaman Elnur məni döydü. Hansı ki "Tiktok" sosial şəbəkəsində uyğunsuz şəxslərlə əlaqə saxlayırdı. Qeyd etdiyim bütün bu məsələlərə görə evi tərk etdim.

Başqa evdə yaşasam da, Balaəli yanıma gəlib-gedirdi. Balaəli ad günü münasibətilə məndən ona telefon almağımı istəmişdi, mən ona telefon aldım və telefonu satmayacağına söz verdi. Lakin daha sonra mənə zəng vurmamağından şübhələndim, habelə, bir nəfər tanışım mənə Balaəlinin mənim paltarlarımı 50 qəpiyə, bir manata satdığı ilə bağlı məlumat vermişdi.

Baləlidə qaldığım evin açarı var idi. Həmin gün içəri girdi və qapını bağladı. Onunla normal söhbət edirdim, lakin içimdə bir hiss var idi. Ondan telefonu niyə satdığını soruşdum, o isə "başımı xarab eləmə, əcəb etmişəm və s." dedi. Mən isə onu söydüm və mənə "onsuzda səni qanına qaltan etməyə gəlmişəm" dedi.

Daha sonra mən paltarlarımı dəyişmək üçün otağa keçdim, paltarlarımı tam geyinməmiş Balaəli içəri daxil oldu. Çölə çıxmağını istədim, çıxıb dərhal geri qayıtdı və nalayiq söz işlədərək məni bıçaqla vurdu. Mən qışqıraraq kömək istəyirdim, Balaəli isə bıçaq zərbələrinə davam edirdi. Daha sonra çölə qaçdı. Bibimə zəng vurdum, "ölürəm, kömək edin" dedim. Sonrakı baş verənləri isə huşum üzərimdə olmadığına görə xatırlamıram. Balaəlidən şikayətim yoxdur, mənəvi olaraq onu bağışlamasam da, barışmışam", - ana öz ifadəsində qeyd edib.

B.Cavadov Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinərək 7 il 10 ay 15 gün həbsə məhkum edilib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 1172   Tarix: 07 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

18 yaşlı oğlan məktəbin qarşısında öldürülüb - Polis şübhələni saxladı-Yenilənib

Ötən gün Bakının Xətai rayonunda 18 yaşlı oğlan bıçaqlanaraq qətlə yetirilib. "Qafqazinfo" "Bakupost"a istinadən xəbər verir ki, hadisə 56 nömrəli məktəbin qarşısında baş verib. Əraziyə polis əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatları hələlik məlum deyil. TƏBİB-dən verilən məlumat

5 oktyabr
.

Yatdığı yerdə amansızlıqla öldürülən qayınatanın - Fotosu

Xəbər verdiyimiz kimi, Ağdam rayon sakini, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu mübahisə zəminində bıçaqlanaraq öldürülüb. Onun qətlində kürəkəni Qənbərov Eldəniz Elşən oğlu şübhəli bilinir. "Qafqazinfo" yatdığı yerdə amansızlıqla öldürülən Z.Hüseynovun fotosunu təqdim edir:

26 avqust
.

Gəncədə boğularaq öldürülən qadının - Fotosu

Xəbər verdiyimiz kimi, Gəncədə 48 yaşlı qadın boğularaq qətlə yetirilib və şübhəli şəxs kimi onun oğlu saxlanılıb. "Qafqazinfo" həmin qadının fotosunu təqdim edir:

21 avqust
.

Naxçıvanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürüb

Naxçıvanda yeni doğulan körpəni öldürən 1974-cü il təvəllüdlü K.S.-nin məhkəmə prosesi başa çatıb. -a istinadla xəbər verir ki, Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dəhşətli faktlar üzə çıxıb. Məlum olub ki, qadının öldürdüyü körpəni onun öz qızı dünyaya gətirib. 52 yaşlı təqsirləndirilə

23 sentyabr
.

Xaçmazda iki ata övladını BIÇAQLADI

Xaçmaz rayonunda bir gündə iki ailə münaqişəsi yaşanıb. Ayrı-ayrı ünvanda atalar öz oğullarını bıçaqlayaraq xəstəxanalıq ediblər. Bizim.media-ya istinadən xəbər verir ki, hadisələrdən biri Xaçmaz şəhərində qeydə alınıb. Xaçmaz şəhər sakini, 51 yaşlı İlqar Musayev aralarında yaranmış şəxsi mübahisə zəminind

15 avqust
.

Bakıda məktəbli qətlə yetirildi - Sinif yoldaşı saxlanıldı - Yenilənib

Bakının Nizami rayonunda məktəbli bıçaqlanıb. "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan şagird ölüb. Qətli törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. *. -ın məlumatın

5 oktyabr
.

Qohumların yanında arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu

Ağstafa rayonunda həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməyə cəhd göstərmiş 1992-ci il təvəllüdlü Pərviz Bayramlıya (soyad şərtidir) hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilərək, ciddi rejiml

12 sentyabr
.

Vüsalın qətlinə görə cəmi 10 min veribmiş...

13 il əvvəl Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verməkdə ittiham olunan Xəyal Əli-Zadənin məhkəmə istintaqı başlayıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror ittiham aktını elan edib. Xəyal Əli-Zadə 2013-c

28 sentyabr
.

Vüsalın qətlini sifariş verənin məhkəməsi başlayır - 13 il sonra...

2013-cü ildə Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verən Xəyal Əli-Zadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Azərbaycan Baş Prokurorluğunun İstintaq idarəsində cinayət işi üzrə ibtidai istintaqı

1 sentyabr