Bu vulkanın partlayışı kosmosun kənarına qədər təsir edib - Alimləri heyrətləndirən nəticə
2022-ci ildə Hunqa-Tonqa-Hunqa Ha’apai vulkanının püskürməsi gözlənilən istiləşmə əvəzinə stratosferdə anormal soyuma yaradıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Galaxy" yazır.
Bu hadisənin əsas səbəbi 146 teraqram su buxarının partlayış nəticəsində birbaşa atmosferin yuxarı qatlarına atılmasıdır. Bu həcm stratosferdə normalda mövcud olan rütubətin təxminən 10 faizinə bərabərdir. NASA-nın Reaktiv Hərəkət Laboratoriyasından alim Luis Milyanın məlumatına görə, bu göstərici 1991-ci ildəki məşhur Pinatubo vulkanının təsirindən təxminən dörd dəfə daha yüksəkdir.
Anomaliyanın əsas səbəbi vulkanın yerləşdiyi dərinlik olub. Kaldera okean səviyyəsindən 150 metr aşağıda yerləşirdi. Tədqiqatçılara görə, bu dərinlik "ideal balans" yaradıb: kifayət qədər dayaz olub ki, maqma okean suyunu buxara çevirsin, lakin eyni zamanda su təzyiqi partlayışı tam zəiflədə bilməyib. Nəticədə kükürd atmosferdə qalmaq əvəzinə su buxarı ilə əvəz olunub.
Alimlər bildirirlər ki, su buxarı istiliyi saxlamır, əksinə onu kosmosa doğru ötürür.
Normal vulkan püskürmələrində sulfat hissəcikləri atmosferdə istiliyi "örtük" kimi saxlayırsa, Tonga hadisəsində su bu enerjini əksinə boşaldıb. Bu isə atmosferin bəzi qatlarında temperaturun 0,5-1 dərəcə Selsi aşağı düşməsinə səbəb olub.
Lids Universitetindən professor Amanda Meykokun sözlərinə görə, bu püskürmə 2023 və 2024-cü illərdə qeydə alınan rekord istilərlə birbaşa əlaqəli deyil, baxmayaraq ki, uzun müddət bu ehtimal araşdırılıb. Partlayış o qədər güclü olub ki, yaranan təzyiq dalğası Yer kürəsini dörd dəfə dövr edib və hətta Aralıq dənizində "meteoroloji sunami" kimi qeyri-adi hadisələr qeydə alınıb.
Araşdırmalara əsasən, 2025-ci ilin sonuna doğru atmosferdəki rütubət hələ də normadan yüksək qalıb. Alimlər xəbərdarlıq edirlər ki, bu "su izi" 2020-ci illərin sonuna qədər atmosfer kimyasına təsir göstərməkdə davam edə bilər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 624 Tarix: 07 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPolşanın Baş naziri təcili müşavirə çağırıb
Polşanın Baş naziri Donald Tusk ölkənin hava məkanının naməlum uçuş obyekti tərəfindən pozulması ilə əlaqədar təcili müşavirə çağırıb. Hadisə Rusiyanın Ukraynaya kütləvi hava hücumu fonunda baş verib. Tusk "X" sosial şəbəkə hesabında bildirib ki, müşavirədə hökumət üzvləri, Polşa Silahlı Qüvvələrini
20 noyabrSi Cinpin ABŞ və Rusiyanı qlobal çağırışlara qarşı birgə mübarizəyə çağırıb
Çin, Rusiya və ABŞ tarixdən dərs çıxarmalı və qlobal çağırışlara qarşı birgə mübarizə aparmalıdırlar. xəbər verir ki, bunu Çin Sədri Si Cinpin APEC sammitində ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putinlə üçtərəfli görüşündə bildirib. O vurğulayıb ki, böyük dövlətlər dünyada sülhün və sabitliyi
19 noyabrİtkin düşən oğulları üçün 75 min mükafat vəd etdilər
Yaponiyanın ən yüksək zirvəsi olan Fuci dağında noyabrın 8-də itkin düşən 25 yaşlı çinli alpinist Çen Cienin ailəsi onu sağ tapan şəxsə 500 min yuan (təxminən 75 min dollar), meyitini tapanlara isə 100 min yuan (təxminən 15 min dollar) mükafat vəd edib. "Qafqazinfo" BBC-yə istinadən xəbər veri
21 noyabrGürcüstanda Poniçala faciəsi ilə bağlı noyabrın 22-si matəm günü elan olunub
Gürcüstan hökuməti Aşağı Poniçalada yaşayış binasının uçması nəticəsində həlak olanların xatirəsinə noyabrın 22-ni ölkədə matəm günü elan edib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb. Hökumətin qərarına əsasən, matəm günü ilə əlaqədar ölkə ərazisind
20 noyabrPutinin tərcüməçisinin natiqlik bacarığının sirri açıqlandı
"Rusiya Prezidenti Vladimir Putinin tərcüməçisi Aleksey Sadıkov Moskva Dövlət Linqvistika Universitetində (MDLU) təhsil aldığı illərdə İngilis teatrında fəal iştirak edib. Çox güman ki, məhz bu təcrübə ona ictimaiyyət qarşısında mükəmməl çıxış etmək bacarığı qazandırıb". xəbər verir ki, bun
21 noyabrSəudiyyə Ərəbistanı Ər-Riyada hücum edən üç Husi raketini vurduğunu bildirib
Yəmənin İranla həmrəy olan Husilərlə mübarizə aparan Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya şənbə günü Ər-Riyada atılan üç ballistik raketi ələ keçirib məhv etdiyini bildirib. Reuters-ə istinadən xəbər verir ki, bu, cümə axşamı günü ən hündür göydələninə zərbə endirildikdən sonra bir neç
21 noyabrUitkoff və Kuşner Çindən Berlinə gedəcək
ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cerad Kuşner Çinin Şençjen şəhərindən Almaniyaya gedəcəklər. "Al Jazeera" xəbər verir ki, onlar "İstəklilər Koalisiyası"nın iclasında iştirak etmək üçün Berlin şəhərinə yola düşəcəklər. Uitkoffla Kuşnerin Ukrayna Prezidenti Volodimi
19 noyabr