Minlərlə kilometrlik çayda niyə bir dənə də körpü yoxdur?
Dünyanın su həcminə görə ən böyük çayı olan Amazon müasir mühəndisliyin bütün imkanlarına baxmayaraq hələ də bir sahildən digərinə körpü ilə birləşdirilməyib. Bu vəziyyətin səbəbi texnologiya çatışmazlığından çox, mürəkkəb təbii və logistik amillərlə bağlıdır.
Qaynarinfo xəbər verir ki, təxminən 6400 kilometr uzunluğa malik olan Amazon çayı üzərində əsas axını birləşdirən heç bir böyük körpü mövcud deyil. Bu, ilk baxışda qeyri-adi görünsə də, reallıqda bölgənin ekstremal təbii şəraiti ilə izah olunur.
Amazon hövzəsində yağıntılar son dərəcə intensivdir və çayın səviyyəsi qısa müddətdə kəskin dəyişə bilir. Quraq mövsümdə sakit görünən çay, yağışlı dövrdə su səviyyəsinin 9 metrədək qalxması ilə geniş bir su hövzəsinə çevrilir. Bəzi ərazilərdə çayın eni 50 kilometrə, hətta ekstremal nöqtələrdə 190 kilometrə çatır.
Belə dəyişkən şəraitdə körpü dayaqlarını sabitləşdirmək olduqca çətindir. Bundan əlavə, çayda yalnız su axını deyil, həm də "matupa" adlanan və futbol meydançası böyüklüyündə üzən bitki kütlələri mövcuddur. Bu təbii "adalar" istənilən mühəndis quruluşuna ciddi zərər verə bilər.
Digər mühüm amil isə iqtisadi və sosial tələbatın aşağı olmasıdır. Amazon hövzəsində yaşayış məntəqələri seyrəkdir və nəqliyyat əsasən su yolu ilə həyata keçirilir. Məsələn, Makapa kimi iri yaşayış mərkəzləri belə əsasən çay vasitəsilə əlaqə saxlayır və yerli əhali ənənəvi olaraq qayıqlardan istifadə edir.
Tarixən bölgədə qurulan avtomobil yollarının böyük hissəsi zamanla meşə tərəfindən "udulub". 1970-ci illərdə çəkilən bəzi yolların bu gün yalnız qalıqları mövcuddur. Bu təcrübə təbiətə qarşı böyük infrastruktur layihələrinin risklərini açıq şəkildə göstərib.
Ətraf mühit amilləri də əsas maneələrdəndir. Araşdırmalar göstərir ki, meşələrin qırılması halları əsasən yolların yaxınlığında daha çox baş verir. Amazon üzərində körpü tikintisi isə yalnız nəqliyyat layihəsi deyil, həm də qanunsuz mədənçilik və meşə qırıntıları üçün yeni giriş nöqtəsi yarada bilər.
Bu səbəbdən, Amazon çayının əsas hissəsi hələ də insan müdaxiləsinə qarşı dayanan nadir təbii sistemlərdən biri kimi qalır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 769 Tarix: 07 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİranla bağlı kritik qərar ərəfəsi: ABŞ yeni hücum variantlarını müzakirə edir
ABŞ və İran arasında hərbi qarşıdurma ilə bağlı gərginlik davam edir. Vaşinqtonun Tehrana qarşı mümkün yeni hərbi əməliyyatları müzakirə etdiyi bir vaxtda ABŞ Senatında prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatlarını davam etdirməsi üçün Konqresin razılığını tələb edən qanun layihəsi qəbu
20 noyabrPutin bütün Avropaya qarşı müharibə aparır və qalib gəlməyəcək
Almaniya kansleri Fridrix Merts Rusiya Prezidenti Vladimir Putinin apardığı müharibənin bütün Avropaya qarşı yönəldiyini bildirib. xəbər verir ki, kansler Ukraynada sülhün bərqərar olması üçün səylərin davam edəcəyini vurğulayıb. "Bir daha açıq şəkildə bildirirəm ki, Rusiya bu müharibədə qalib gəlməyəcək
20 noyabrPezeşkian enerjiyə qənaət üçün iş otağında işıq və istiliyi söndürüb - Video
İran Prezidenti Məsud Pezeşkian ölkədə yaşanan enerji böhranı fonunda elektrik enerjisinə qənaət tədbirlərini əyani şəkildə nümayiş etdirmək məqsədilə dövlət televiziyasının nümayəndələrini öz iş otağına dəvət edib. xəbər verir ki, bu barədə İran mətbuatında məlumatlar yayılıb. İran dövlət televiziyasını
21 noyabrABŞ Ukrayna ilə bağlı kompromislər təklif edib, Rusiya Ankoricdə razılaşıb
ABŞ Ukrayna ilə bağlı kompromislər təklif edib, Rusiya Ankoricdə onlara razılaşıb. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Çinə səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə, burada məsələ Kiyev və Avropanın ABŞ-nin təklif etdiyi
19 noyabrBu ölkədə 6 günlük iş həftəsi ləğv edilir
Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ölkədə həftədə 6 gün iş və 1 gün istirahət nəzərdə tutan "6x1" iş sisteminin ləğvi haqqında fərman imzalayıb. "Qafqazinfo"nun məlumatına görə, dövlət başçısı sosial media hesabında bildirib ki, yeni tənzimləməyə əsasən, işçilərin əməkhaqqında
20 noyabrABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 48,3 milyard dolları ötüb
ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara çəkdiyi xərclər 48,3 milyard dollara çatıb. xəbər verir ki, bu barədə Pentaqonun maliyyə məsələləri üzrə nümayəndəsi Artur Miller açıqlama verib. Onun sözlərinə görə, noyabrın 13-nə olan məlumata əsasən, fevralın sonunda başlayan münaqişə ilə bağl
20 noyabr